Müəmmalı qızı üzə çıxan İlhamə Quliyeva haqda - Faktlar

Müəmmalı qızı üzə çıxan İlhamə Quliyeva haqda - FaktlarBu gün Xalq artisti İlhamə Quliyevanın doğum günüdür.

BiG.AZ Kulis.az-a istinadən bu münasibətlə sənətçi haqda 10 maraqlı faktı təqdim edir.

İlhamə Quliyeva 1943-cü il avqustun 17-də Lənkəranda prokuror Məzahir Quliyev və xanəndə Tükəzban İsmayılovanın ailəsində dünyaya gəlib. Atasının işi ilə əlaqədar olaraq 5 yaşına qədər Şəkidə yaşayıblar.

Sonradan valideynləri boşanır. Tükəzban İsmayılova tarzən Həbib Bayramovla ailə qurur. İlhamə Quliyeva I sinfə Bakıda gedir. Bu vaxtdan da 7 illik fortepiano ifaçılığı təhsili də almağa başlayır.

O, orta məktəbi bitirəndən sonra təhsilini musiqi sahəsi üzrə davam etdirmək istəsə də, Tükəzban xanım qəti şəkildə qızının müğənni olmasını istəmir. İlhamə xanım Həbib müəllimin də etirazları ilə qarşılaşır.

1972-ci ildə Moskvada Azərbaycan bəstəkarlarının gecəsi keçirilir. İlhamə Quliyeva orada çıxış edir. Konsertdən sonra Fikrət Əmirov onunla görüşür və ona yaxşı mahnılar yazacağını deyir. Onların işbirliyindən "Mən səni araram", "Göygöl", "Gülür ellər", "Gülərəm gülsən", "De görüm, neyləmişəm" kimi mahnılar yaranır.

İlhamə Quliyeva sağlığında bir çox həmkarı ilə küsülü olub. Onun adı tez-tez Xalq artistiləri Flora Kərimova, Nazpəri Dostəliyeva, Əməkdar artist Elza Seyidcahanla müxtəlif qalmaqallarda hallanıb. Hətta o, Nazpəri Dostəliyevaya məhkəmədə qalib gəlib və ondan iyirmi beş min manat pul alıb. Müğənni ilə uzun illər düşmən olan sənətkarlardan biri Flora Kərimova olub. Efir vasitəsi ilə onları barışdırmağa dəfələrlə cəhd olunsa da, heç nə əldə olunmayıb və İlhamə Quliyeva Flora Kərimovadan küsülü qalaraq dünyasını dəyişib. Buna baxmayaraq hər iki sənətkar biri-birlərinin sənətini yüksək qiymətləndiriblər.

İlhamə Quliyevanın övladı olmayıb. Ancaq həmkarı Flora Kərimova bu yaxınlarda verdiyi açıqlamada deyir: "Hər qadın kimi ərə getmək istəyirdi. Onu da bacardı, birinci dəfə Faiq adlı oğlana ərə getdi. Çox yaxşı oğlan idi. Ümumiyyətlə, övladı olmalı idi. Xəstəxanaya getdi. İki aydan sonra mən də Zümrüdümlə oradaydım. Çox şeylər eşitdim. Təəssüf ki, xəstəxanaya cüt gəldi, amma tək çıxdı. Bilərəkdən tələf etdi. Çünki həmin adam söz də verməmişdi. Hər bir qadın kimi İlhamə ana olmaq istədi. Düşünürəm ki, ünvansız uşaq dünyaya gətirmək istəmədi. Bəlkə də, perspektivsiz münasibətə görə bunu etdi. Nə qədər acıdil, acıqanlı olsa da, qadındır. O da bir ocaq sahibi olmaq istəyirdi. Ancaq qisməti qismət, xasiyyəti isə xasiyyət deyildi".

***

İlhamə Quliyeva 1980-ci ildə Faiq Mirmöhsünov adlı şəxslə ailə qurub. Ancaq bu evliliyin ömrü çox qısa olub. Bir müddət Mirmöhsünova soyadı daşıyan İlhamə xanım həyat yoldaşı ilə boşanır, onun soyadından imtina edərək yenidən Quliyeva soyadına qayıdır. İlhamə Quliyeva ikinci dəfə ailə qurmur.

Müğənni xalasının nəvəsi Orxan adlı oğlanı oğulluğa götürür, ona öz övladı kimi baxır, toyunu edir. Lakin, müğənninin ölümündən sonra İlhamə xanımın qohumları ilə Orxan arasında miras davası baş qaldırır və məlum olur ki, İlhamə Quliyeva oğulluğunu tək varis kimi elan etməyib. Hətta deyilənə görə, İlhamə xanımın son dəfə əsəbiləşməsinə və xəstəxanaya düşməsinə səbəb oğlu Orxandan gələn gecə zəngi olub.

Deyilənə görə, müğənninin Flora adlı qız övladı olub. Flora ilə 13 saylı məktəbdə bir sinifdə oxuyan, hazırda Rusiyada yaşayan Gülzar Vəliyeva bu barədə belə deyib: "Biz İlhamə Quliyevanın qızı ilə bir sinifdə oxuyurduq. Yasamal rayonu 13 nömrəli məktəbdə "B" sinfini bitirmişik. Həmin vaxt Flora xanım bilirdi ki, onun anası İlhamə Quliyevadır. Həmçinin İlhamə xanım onun təhsili və geyimi üçün pul da verirdi. Amma bu haqda danışmaq istəmirdi. Çünki anası onu övlad kimi qeydiyyata almamışdı. Biz 10-cu sinifdə oxuyanda İlhamə Quliyeva məktəbə gəlmişdi. Qızı dedi ki, onu görmək istəmirəm. Mənim anamdırsa, məni övladlığa götürərdi. Mənim bildiyimə görə, həmin qızı İlhamə xanımın yaxın qohumu saxlayırdı. Flora xanım, bildiyimə görə, Yasamal rayonu ərazisindəki qəbiristanlıq tərəfdə yaşayır. Mən Bakıya gedəndə, sinif yoldaşlarımla görüşəndə onu da soruşdum. Ancaq onunla görüşə bilmədim. Biz 1980-ci ildə onunla birlikdə Yasamal rayonu 13 nömrəli məktəbin "B" sinfini bitirmişik".

İlhamə Quliyeva 25 fevral 2016-cı ildə tromboemboliyadan vəfat edir. Səhər saatlarında vəziyyəti qəfildən pisləşən İlhamə Quliyevanın evinə təcili yardım gəlsə də, artıq dünyasını dəyişmiş olur. Onun ölümündə köməkçisi şübhəli bilinsə də, bu sübuta yetirilməyib. 26 fevral 2016-cı ildə İkinci Fəxri Xiyabanda anası Tükəzban İsmayılova və ögey atası Həbib Bayramovun yanında dəfn edilir.


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 5849   Tarix: 17 avqust 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Toydan 3 ay sonra ayrıldılar

Aparıcı Ece Erken 3 ay əvvəl ailə qurduğu Şafak Mahmutyazıcıoğlu ilə ayrılıb. Axşam.az-a istinadən xəbər verir ki, o, birlikdə olan fotolarını sosial şəbəkədən silib. Ece eyni zamanda soyadını da dəyişdirib. İyunda vəkil sevgilisi ilə uzun müddət davam edən münasibətini rəsmiləşdirən Erkenin bu addım

18.09.2021 5366
.

Xəyanət iddialarını yalanladı

Türkiyəli aktrisa Bensu Soral həyat yoldaşı Hakan Başla münasibətlərinin soyuq olması ilə bağlı xəbərlərə münasibət bildirib. Axşam.az-a istinadən xəbər verir ki, aktrisa xəyanət iddialarını yalanlayıb:. "Çətin bir dönəmdən keçirik, küsülü deyilik. Bu məsələnin 3-cü şəxslə heç bir əlaqəsi yoxdur"

17.09.2021 2431
.

Zamiqin oğlunun ad günündən - FOTO

Müğənni Zamiq Hüseynovun oğlu Zeynin 2 yaşı tamam olub. Axşam.az-a istinadən xəbər verir ki, sənətçi övladı ilə obyektiv qarşısına keçib. Zamiq birlikdə çəkdirdikləri şəkilləri izləyiciləri ilə bölüşüb. İfaçı paylaşımına "Sən nə böyük sevgisən. Ad günün mübarək, əziz oğlum" qısa şərhini yazı

18.09.2021 5961
.

Toyunda ürəkdən "hə" deməsi minlərlə baxış sayı topladı - VİDEO

4 ilə yaxındır sevgili olan tanınmış müğənni Ece Seçkin və pilot Çağrı Terlemez cütlüyü özünə toy edib. xəbər verir ki, bu barədə ifaçı instaqram hesabında bildirib. Seçkinin toyda geyindiyi iki fərqli gəlinlik böyük marağa səbəb olub. Bundan başqa, müğənninin nikah mərasimində "Çağrı Terlemezl

16.09.2021 1693
.

Aqil M.Quliyev cinayətdən danışacaq

Rejissor Aqil M.Quliyev də bu mövsüm aparıcılıq edəcək. Axşam.az-a istinadən xəbər verir ki, rejissor "Xəzər TV" ilə işbirliyinə başlayıb. Onun proqramı "Cinayət və cəza" adlanır. Aqil.M.Quliyev cinyyət hadisələrindən bəhs edəcək. Qeyd edək ki, Aqillə yanaşı bu mövsüm Əməkdar artis

18.09.2021 2371
.

"O səs Türkiyə"nin münsifləri açıqlandı

Türkiyənin məşhur aparıcısı, TV 8-in rəhbəri Acun Ilıcalı "O səs Türkiyə"nin yeni mövsümdəki münsiflərini açıqlayıb. xəbər verir ki, münsif kürsüsündə Ebru Gündeş, Oğuzhan Koç, Bəyazid Öztürk və Murad Boz əyləşəcək. Qeyd edək ki, yarışmanın çəkilişlərinə noyabrda başlanılacaq

15.09.2021 2403
.

Afət Fərmanqızı qısa "şortik"də DİQQƏT ÇƏKDİ - FOTOLAR

Müğənni Afət Fərmanqızı istirahətə yollanıb. xəbər verir ki, müğənni istirahətindən sosial media hesabında paylaşımlar edib. Paylaşdığı fotolarda Afətin qısa şortikdə olması diqqətdən yayınmayıb. Həmin fotoları təqdim edirik:

16.09.2021 7310
.

Pandemiyada ikinci restoranını açdı

Aşıq Zülfiyyə pandemiya ərəfəsində biznesini gücləndirib. Axşam.az-a istinadən xəbər verir ki, sənətçi bundan əvvəl yaşadığı binada restoran açmışdı. Bir neçə gün əvvəl isə aşıq yenidən restoran açıb. Onun açılış mərasiminə sənət dostları da qatılıblar. Qeyd edək ki, Zülfiyyə bundan əvvəl daha bir restoranını

17.09.2021 3697
.

"Bu missiyam da tamamlandı" - Afaq Gəncəli

"16 il. Əlvida, Azad Azərbaycan. Hər kəsin yolu açıq olsun. Mənim də rolum bu kanalda bura qədər idi". Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri aparıcı Afaq Gəncəli bildirib. Artıq "Xəzər TV"də yeni işə bağlayan Afaq xatirələrini bölüşüb:. "Kitab kimi yaşayıram, hər səhifəmd

16.09.2021 1999
.

TOP MP3