"Sənət Akademiyası" türk sənət adamlarının iştirakı ilə ilk filmini çəkdi

"Sənət Akademiyası" türk sənət adamlarının iştirakı ilə ilk filmini çəkdiBir neçə ay əvvəl, yəni, 17 Aprel 2021-ci il tarixdə Mədəniyyətin Təbliği və Sosial Təşəbbüslər İctimai Birliyi ilə (MTST) Eslem Film Yapım Şirkəti arasında qardaş Türkiyənin sənət adamlarının təcrübəsindən bəhrələnmək və yeni istedadlı gənclərin yetişdirilərək üzə çıxarılması məqsədilə "Sənət Akademiyası"- adlı təhsil mərkəzi təsis edilmişdi.

Akademiyanın fəaliyyət istiqaməti mədəniyyətin bütün sahələrini əhatə etməyi hədəfləsə də ilk addım aktyorluq dərslərindən başladı.

Artıq bir neçə aydır ki, qardaş Türkiyədən dəvət edilən məşhur sənət adamları azərbaycanlı gənclərlə öz səhnə təcrübələrini bölüşürlər. Akademiyada aktyorluq dərsləri keçən tələbələr bu şansdan maksimum faydalanmağa çalışırlar.

"Sənət Akademiyası" türk sənət adamlarının iştirakı ilə ilk filmini çəkdiƏslində akademiyanın fəaliyyəti təkcə tədrislə kifayətlənmir, eyni zamanda film və serial istehsalı ilə bağlı da planlamalar hazırlayır.
Yəni bir yandan akademiyada tanınmış türk ulduzlar həm aktyorluq dərsləri keçirlər digər yandan da film istehsalı ilə bağlı ciddi çalışmalar aparılır.

Məhz buna görə də qısa zaman içərisində Türkiyənin Eslem Film Yapım şirkətinin rəhbəri Erhan Ufak, şirkətin Baş Koordinatoru Yalçın Çoban, rejissor İbrahim Bülbül və əsas texniki heyət gecikmədən Bakıda çəkilişlərə başladılar.

Görülən işlər barədə yerli mediaya "Sənət Akademiyası"nın direktoru Səbuhi Zaman və Eslem Film Yapım şirkətinin rəhbəri Erhan Ufak dəvət aldıqları televiziya proqramlarında və digər online media orqanlarında ətraflı açıqlamalar da vermişdilər.

Bu başlangıcla da Azərbaycan kino sahəsinə yeni nəfəs gətirilmiş oldu. Eslem Film Yapım Şirkətinin ilk layihəsi olan və artıq çəkilişləri bitmiş olan "NİSAN" adlı film artıq hər kəsin marağına səbəb olub.
İstehsalçısı və təşəbbüskarı Yalçın Çoban, rejissorluğu isə İbrahim Bülbülə aid olan bu möhtəşəm layihədə hər iki qardaş ölkədən tanınmış isimləri görmək mümkündür.

Türkiyənin dünyaca məşhur Kurtlar Vadisi serialından tanıdığımız Erhan Ufakın (Erhan Güllü) baş rol aldığı bu film layihəsində, Güllü Ərhanı tamam fərqli bir xarakterdə görəcəkləri üçün onu sevən heyran kütləsi artıq günləri saymağa başlayıb. Filmin digər baş rol oyuncusu isə əslən Makedoniyadan olan Almaniya vətəndaşı Canan Nəzirovadır.

Çəkilişlər bitdikdən sonra Almaniyaya qayıdan Canan Nəzirovanın filmin təqdimat gecəsində yenidən Azərbaycana gələcəyi deyilir.
Xatırladaq ki, "Nisan" adlanan filmdə Azərbaycandan da tanınmış isimlər rol alıblar.

Erhan Ufak
Canan Nezirova
Reşat Kəsəmənli,
Murad Abdullayev,
Sebuhi Zaman,
Şahin İmaməliyev,
Elmira Qocayeva
Vurğun Həsənov,
Novruz Cəfərov,
Tural Sadiqov

Sənət Akademiyasında hal-hazırda təhsil alan tələbələr də iştirak ediblər.

Qeyd: Azərbaycandakı fəaliyyətini hər kəsin yaxından izlədiyi Türk şirkətinin "NİSAN" adlı filmi üçün çox yaxın tarixlərdə möhtəşəm təqdimat gecəsi planlaşdırılır. Bu barədə ətraflı açıqlamalar avqust ayının 6-da təşkil ediləcək mətbuat konfransında veriləcək.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 417   Tarix: 04 avqust 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azyaşlı 6-cı mərtəbədən yıxılıb sağ qaldı

Rusiyanın Leninqrad vilayətində beş yaşlı uşaq altıncı mərtəbədən yıxılaraq sağ qalıb. -ın yerli mediaya istinadla məlumatına görə, hadisə Vsevolojsk rayonunun Staraya kəndində baş verib. Valideynlərinin nəzarətsizliyi ucbatından beş yaşlı qız altıncı mərtəbədə açıq pəncərədən yıxılıb. Uşaq təcili xəstəxanay

25.04.2024 440
.

Azərbaycanda 8-ci sinif şagirdi qoşulub qaçdı

Azərbaycanda məktəbli qız evlənmək məqsədilə qoşulub qaçıb. -ın əldə etdiyi məlumata görə, hadisə Goranboy rayonunda qeydə alınıb. Məlumata əsasən, aprelin 23-də Xoylu kənd məktəbinin 8-ci sinfində təhsil alan qız naməlum şəxsə qoşularaq qaçıb. Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi mətbuat xidmətini

25.04.2024 1039
.

O, 24 ildən sonra Aygün Kazımova ilə GÖRÜŞDÜ - VİDEO

Xalq artisti Aygün Kazımova 24 il əvvəl "Şəklimi çəkə-çəkə" mahnısının klipindəki tərəf müqabili Şamil Muradovla bir araya gəlib. bizim.media-ya istinadən bildirir ki, ikilinin görünüşü el şənliklərinin birində baş tutub. Toyda səhnə alan Aygünə aparıcı tərəfindən gözlənilməz sürpriz olunub

25.04.2024 1008
.

Marketdən 2 kq pendiri şalvarında gizlədərək OĞURLADI

Türkiyədə özünü müştəri kimi təqdim edərək bazara girən şübhəli 2 kiloluq pendir oğurlayıb. xarici mediaya istinadən xəbər verir ki, həmin şəxs pendirini şalvarına gizlədərək oğurlayıb. Ətrafa göz gəzdirən şübhəli pendiri şalvarına qoyub bazarı tərk edib. Həmin anlar təhlükəsizlik kamerasına əks olunub

25.04.2024 600
.

Xıdırlıda inşa edilən məktəb belə olacaq

Xəbər verdiyimiz kimi, aprelin 25-də Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam rayonunun Xıdırlı kənd tam orta məktəbinin birgə təməlqoyma mərasimində iştirak ediblər. "Qafqazinfo"nun məlumatına görə, Xıdırlı kənd tam orta məktəbinin inşas

10:08 216
.

"Yaşımı heç vaxt sirr saxlamadım"

Aktrisa Xəyalə Quliyeva doğum günü münasibətilə sosial media hesabında paylaşım edib. OLAY yazır ki, o, yaşını göstərən şarların da olduğu fotosunu izləyiciləriylə bölüşərək yaşını heç vaxt sirr saxlamadığını bildirib. "Yaş qadının ən böyük sirridir deyiblər. Bu mövzuda heç vaxt sirr saxlamadım

10:24 542
.

Şənbə gününə 32° isti gözlənilir

Aprelin 27-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq, cənub-şərq küləyi əsəcək. Havanın temperaturunun gec

12:57 102
.

Dilan Polat ağladı, əri ittihamları rədd etdi - Məhkəmədə yaşananlar

Ötən ilin noyabrın 1-də çirkli pulların yuyulması və vergidən yayınma kimi bir sıra ittihamlarla saxlanılan türkiyəli sosial media fenomeni Dilan Polat, həyat yoldaşı Engin Polat və digərlərinin məhkəməsi baş tutub. Axşam.az xəbər verir ki, məhkəməyə gətirilən Dilan salona daxil olarkən Engini görü

25.04.2024 714
.

Evliliklərinin 7-ci ilini qeyd edirlər...

Aparıcı İlkin Həsəni və influenser xanımı Aysel Həsəni (icelinee) 7-ci evlilik ildönümlərini qeyd edirlər. OLAY yazır ki, bununla bağlı hər ikisi də paylaşım edib. İlkin toyundan fotonu "7 il" və ürək emojisi ilə paylaşıb. Aysel isə "25.04.2017" qeydi ilə "Bu gün toyumuzdan

25.04.2024 749