"Türkiyə gözləmə otağı olmayacaq" – Altun

"Türkiyə gözləmə otağı olmayacaq" – AltunTürkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun ABŞ-ın bəzi əfqanların Türkiyə də daxil olmaqla üçüncü ölkələr vasitəsi ilə ABŞ-a miqrasiya üçün müraciət edə biləcəkləri açıqlamasına "Türkiyə heç kimin gözləmə otağı deyil və olmayacaq" sözləri ilə reaksiya verib.

Məsələ ilə bağlı Bloomberg-ə danışan F.Altun "ABŞ Dövlət Departamentinin bu dövlət tərəfindən maliyyələşdirilən layihə və təşkilatlarda çalışan bəzi Əfqanıstan vətəndaşlarının üçüncü ölkələrə gedərək ABŞ-dan sığınacaq istəyə biləcəkləriylə bağlı çağırışı bizi çox narahat edir.

Bölgəmizdəki şərtləri və ölkəmizin illərdir 4 milyondan çox qaçqına ev sahibliyi etdiyini nəzərə alsaq, nizamsız köçü təşviq edəcək belə bir çağırış qəbuledilməzdir.

Sərhəd təhlükəsizliyimizi qorumaq üçün bütün gücümüzlə işləməyə davam edəcəyik", – deyib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 474   Tarix: 04 avqust 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Ustalar.az ustalar sayti