Lənkəranda meşə yanğınının söndürülməsinə helikopter cəlb olunub - YENİLƏNİB

Lənkəranda meşə yanğınının söndürülməsinə helikopter cəlb olunub - YENİLƏNİBFövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Lənkəran rayonu, Moloja kəndi yaxınlığında, mürəkkəb relyefli dağlıq ərazidə meşə zolağında yanğın olması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Aviasiya dəstəsinin 1 ədəd helikopteri yanğınsöndürmə işlərinə cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində operativ və təxirəsalınmaz tədbirlər davam etdirilir.

17:32

"Lənkəranda güclü yanğın başlayıb".

BiG.AZ xəbər verir ki, bu haqda tanınmış bloqer Ertoğrul Kamallı sosial şəbəkədə məlumat verib.

O bildirib ki, yanğın Osaküçə kəndinin yaxınlığında meşə massivində başlayıb. Güclü yanğının hələ ki, qarşısını almaq mümkün deyil./AZXEBER.COM


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3892   Tarix: 03 avqust 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş