Baş Prokurorluq: Bakıda 32 naməlum şəhidin məzarı açılıb, nümunələr götürülüb – YENİLƏNİB

Baş Prokurorluq: Bakıda 32 naməlum şəhidin məzarı açılıb, nümunələr götürülüb – YENİLƏNİBƏsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası naməlum şəhid məzarları ilə bağlı ekshumasiya və tibbi-genetik ekspertizasının aparılması üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna müraciət edib.

Baş Prokurorluğun Mətbuat xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, bununla əlaqədar, Respublika Hərbi Prokurorluğunun təqdimatı əsasında Bakı şəhəri Birinci Şəhidlər xiyabanında tanınmadan dəfn edilmiş 23, Bakı şəhəri İkinci Şəhidlər xiyabanında isə 9 şəhid məzarından meyitin qəbirdən çıxarılmasına (ekshumasiya) dair 3 iyun 2021-ci il tarixdə Bakı hərbi məhkəməsi tərəfindən qərarlar qəbul edilib.

Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibbi kriminalistik ekspertin iştirakı ilə ekshumasiyanın keçirilməklə tibbi-genetik tədqiqat üçün müvafiq nümunələrin götürülməsi təmin edilib.

Hazırda Respublika Hərbi Prokurorluğu və aidiyyəti ərazi prokurorluqlarının iştirakı ilə zəruri tədbirlər həyata keçirilir.

İctimaiyyətə ətraflı məlumat veriləcək.

17:12

Bakıdakı Şəhidlər xiyabanında naməlum qəbirlər açılır.

Modern.az-ın ərazidə olan əməkdaşının verdiyi xəbərə görə, artıq bir neçə məzar açılıb.

Bakı şəhəri İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinin nəzdindəki Əhaliyə vətəndaşlıq xidməti trestinin baş mühəndisi Sabir Həsənov açıqlamasında faktı təsdiqləyib.

S.Həsənov bildirib ki, qəbirlərin açılması Səbail Rayon Prokurorluğunun qərarı ilə həyata keçirilir:

"Bunun səbəbi naməlum qəbirlərin kimlərə aid olmasını müəyyən etməkdir".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2936   Tarix: 03 avqust 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş