Bu il neçə ailə övladlığa uşaq götürmək istəyib?

Bu il neçə ailə övladlığa uşaq götürmək istəyib?2021-ci ilin ilk altı ayı ərzində övladlığa uşaq götürmə ilə bağlı 182 müraciət daxil olub.

BiG.AZ xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov 2021-ci ilin ilk yarısının yekunlarına həsr olunan mətbuat konfransında bildirib.

O qeyd edib ki, müraciətlərin 58-i müəssisədən olan uşaqların övladlığa götürülməsi ilə bağlıdır:

"Bu dövrdə 28 qız və 26-sı oğlan olmaqla ümumilikdə 54 uşaq övladlığa verilib. 31 uşaq isə ailələrinə qaytarılıb".

V. Behbudov əlavə edib ki, övladlığa verilən uşaqların monitorinqi həyata keçirilir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 310   Tarix: 29 iyul 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş