Ermənistan təxribatlarının cavabı nə olacaq? - AÇIQLAMA

Ermənistan təxribatlarının cavabı nə olacaq? - AÇIQLAMAXəbər verdiyimiz kimi, dünəndən Kəlbəcər istiqamətində atəşkəs ermənilər tərəfindən pozulur. Nəticədə, gecə saatlarında iki hərbçimiz yaralanıb. Qeyd edək ki, Kəlbəcərdə gərginlik hələ də davam edir. Atəşkəsin dəfələrlə Ermənistan tərəfindən pozulmasının və artıq 2 hərbçimizin yaralanmasının cavabı nə olacaq?

Məsələ ilə bağlı Sonxeber.az-a açıqlama verən hərbi ekspert Ramil Məmmədli bildirib ki, nə Ermənistan, nə də Rusiya bəyannamənin imzalanması ilə üzərlərinə götürdükləri öhdəlikləri icra etmirlər:

"Ermənistan öz üzərinə öhdəlik götürüb və onun təmin olunması ilə bağlı öz üzərinə öhdəlik götürən digər tərəf isə Rusiya Federasiyasıdır. Rusiya Ermənistanın öhdəliklərini icra etməsinə cavabdehdir. Lakin nə Ermənistan, nə də Rusiya öz öhdəliyini yerinə yetirmir. Hesab edirəm ki, belə olan təqdirdə əraziyə, BMT-nin mandatına uyğun olaraq, sülhməramlı birləşmələr yerləşdirilməlidir. Əks təqdirdə, Rusiyanın sülhməramlı qoşunları ərazidən çıxmalıdır. Daha sonra isə Azərbaycan və Ermənistan bu məsələni sona qədər həll etməlidir. Ermənistan ordusu və erməni seperatçı birləşmələri də Qarabağ ərazisindən tam çıxarılmalıdır. Yalnız bundan sonra Ermənistan sülh masasına otura bilər. Bunlar olmadıqca məlumdur ki, Ermənistan tərəfi sülh müqaviləsinin imzalanmasından yayınır".

Mövzuyla bağlı açıqlama verən polkovnik Şair Ramaldanov isə bildirib ki, biz torpaqlarımızı işğaldan azad etsək də, Ermənistanı düşmənçilik meylindən azad edə bilməmişik:

"Bu, sərhəddə olan gərginlikdir. Gərginliyin səbəbi Azərbaycan deyil, Ermənistan olduğu üçün cavabdehliyi də Ermənistan tərəfi daşıyır. Azərbaycan tərəfi bununla əlaqədar öz bəyanatını verdi. Vəziyyətin belə olmağına gəldikdə isə, biz onlarla hələ sülh müqaviləsi bağlamamışıq, müharibə vəziyyətindəyik. Erməniləri öz yuvalarına qədər qovmuşuq və torpaqlarımızı işğaldan azad etmişik. Torpaqlarımızı işğaldan azad etsək də, onları düşmənçilik yanaşmalarından azad etməmişik. Hazırda Azərbaycan öz sərhədlərini qurur və təbii ki, Ermənistan da buna mane olmaq istəyir. Onlar Azərbaycanın öz sərhədlərini qurma məsələsini gecikdirmək, bəyannamənin şərtlərinin yerinə yetirilməsinə müəyyən əngəllər yaratmaq istəyirlər. Bütün bunlar Ermənistan tərəfindən gözlənilən hallardır. Azərbaycan onları bəyannaməni imzalamağa məcbur edib. Ermənilərin istəyi odur ki, müəyyən hadisələr törətməklə Zəngəzur dəhlizi məsələsini gərgin vəziyyətdə saxlayaraq prosesi uzatsınlar. Ermənistan hakimiyyəti heç vaxt müstəqil olmayıb, həmişə xarici qüvvələrin sifarişini yerinə yetirib. Biz xarici qüvvələrin Azərbaycanla bağlı mövqeyini bildiyimizə görə, demək olar ki, bu hadisələrdə erməni havadarlarının da əli var. Bir şey dəyişməzdir ki, Azərbaycan Respublikası öz sərhədini Ermənistanla quracaq və qoruyacaq. Heç bir qüvvə ölkəmizə orada mane ola bilməz. Azərbaycan tərəfi bütün atəşkəs pozulmalarına adekvat və sərt cavab verəcək.

30 ildir ki, sərhədlərdə Ermənistan tərəfindən atəşkəs pozulur. Bu proses sülh müqaviləsi imzalanana, Zəngəzur dəhlizi açılana qədər belə davam edəcək.

İndi gərginlik davam edir. Buna da səbəb hazırda Ermənistanda olan hakimiyyətsizlik, hakimiyyətin zəif olması, Müdafiə Nazirliyində və hərbi hissələrində olan acınacaqlı vəziyyətdir. Ermənistanda vəziyyət belə olduğu halda təxribatların törədilməsi təəccüblü deyil. Azərbaycanın Ermənistanla heç bir işi yoxdur, Azərbaycan öz sərhədlərini qoruyur. Əgər torpaqlarımızda hər hansı təxribat həyata keçirilsə də, bunun qarşısı adekvat və sərt şəkildə alınacaq".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1237   Tarix: 28 iyul 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR

Ötən gün odlu silahdan atəş açaraq özünə qəsd edən sabiq baş pediatr Nəsib Quliyev bu gün Mehdiabad qəsəbəsindəki qəbiristanlıqda dəfn edilib. Dəfndən sonra mərhumun yaşadığı evində yas mərasimi keçirilib. -un əməkdaşları sabiq baş pediatrın yas mərasiminə gələn yaxınları ilə söhbətləşib, bəzi suallar

10:36 1109
.

Millət vəkilinə ağır itki

Milli Məclisinin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanova ağır itki üz verib. "Qafqazinfo" xəbər verir ki, millət vəkilininin qardaşı Vaqif Əmiraslanov vəfat edib. Qeyd edək ki, Vaqif Əmiraslanov Bakı Humanitar Kollecinin sabiq direktoru olub

25.04.2024 748
.

Körpə ehtiyatsızlıqdan ananın qucağından düşüb öldü - Yenilənib

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisə vaxtı 4 aylıq körpə anasının qucağından yerə düşüb. Belə ki, ana övladı ilə birgə 4-cü mərtəbədəki mənzilin eyvanına hava almağa çıxıb. Bu zaman ehtiyatsızlıqdan körpə qadının qucağından yerə düşüb və aldığı xəsarətlərdən vəfat edib. *. Sabunç

16:04 641
.

"Son 3 ildə Azərbaycanda genişzolaqlı internetin sürəti 2 dəfə artıb" - Elvin Abbasov

"Beynalxalq statistika göstərir ki, son 3 ildə Azərbaycanda genişzolaqlı internetin sürəti 2 dəfə artıb". Bu sözləri -a açıqlamasında informasiya texnologiyaları üzrə ekspert Elvin Abbasov deyib. O qeyd edib ki, Azərbaycanda internetin sürətinin yaxşılaşmasının əsas səbəbi RİNN-nin həyata keçirdiy

16:22 133
.

"Vardanyan timsalında hamıya başa salındı ki, Azərbaycan ərazisində qanunu pozanlar cəzalarını layiqincə alacaqlar"

"Aprelin 8-də erməni biznesmen Ruben Vardanyanla bağlı qəribə informasiya yayıldı. Vardanyanın ofisindən bildirildi ki, hansısa təşəbbüs qrupu tərəfindən "Sülh təşəbbüslərinin inkişaf etdirilməsi" və Qarabağda "humanitar fəlakət"in qarşısının alınmasında xidmətlərinə görə onu

16:59 2
.

Ramiz Mehdiyevin şirkətləri üz-üzə - MƏHKƏMƏ ÇƏKİŞMƏSİ

Azərbaycan Milli Elmlər Akademiyasının sabiq prezidenti Ramiz Mehdiyevin şirkətləri arasında məhkəmə olacaq. "Qlobal East VVest" MMC "Şərq-Qərb" ASC-ni məhkəməyə verməklə əmlak tələb edir. xəbər verir ki, iddiaya Bakı Kommersiya Məhkəməsində hakim Kənan Hüseynovun sədrliyi ilə baxılacaq

15:14 179
.

Prorektoru öldürməkdə təqsirləndirilən şəxs məhkəməni daha iki həftə uzatdırdı

"Təfəkkür" Universitetinin prorektoru Tariyel Əhmədovun öldürülməsində təqsirləndirilən Müşviq Atakişiyev, Dəyanət Quliyev və Samir Quliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçirilə

15:41 166
.

Azərbaycanda general vəfat etdi

Gömrük xidməti general-mayoru Arif Əliyev vəfat edib. Bu barədə İqtisadiyyat.az-a onun ailəsindən bildirilib. Qeyd edilib ki, A.Əliyev uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. Qeyd edək ki, Arif Əliyev uzun illər gömrük orqanlarında xidmət edib. Ona 2006-cı ildə gömrük xidməti general-mayoru al

10:43 509
.

Səudiyyə Ərəbistanının kralı Salman xəstəxanadan buraxılıb

Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdüləziz bir neçə saat davam edən rutin yoxlanışdan sonra Ciddə şəhərindəki xəstəxanadan buraxılıb. xəbər verir ki, Səudiyyə Ərəbistanı Kral Məhkəməsindən verilən açıqlamaya görə, Kral Salman dünən axşam saatlarında Ciddədəki Kral Feysal İxtisas Xəstəxanasında

25.04.2024 332