Gəncədə iki nəfəri ildırım vurub

Gəncədə iki nəfəri ildırım vurubGəncə şəhərində 2 nəfəri ildırım vurub.

BiG.AZ xəbər verir ki, hadisə Yeni Gəncə qəsəbəsində qeydə alınıb.

Gəncə şəhər sakini, 1973-cü il təvəllüdlü Səlimov Aydın Ələkbər oğlunu ildırım vurub. Yaralı Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib.

Daha bir hadisə isə Cavad Xan küçəsində baş verib, 1985-ci il təvəllüdlü Kərimov Sərxan İsmixan oğlunu ildırım vurub və adıçəkilən şəxs komaya düşüb.

Faktla bağlı araşdırma aparılır./"Report"


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1225   Tarix: 27 iyul 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş