Smartfonda göz yorğunluğunu azaltmaq üçün 5 üsul

Smartfonda göz yorğunluğunu azaltmaq üçün 5 üsulGözlərimizin yorulma səbəbi telefon və kompüterlərimizin ekranlarından yayılan Mavi İşıq-dır.

BiG.AZ technote.az-a istinadən məlumat verir ki, mavi işıq günəşdən gələn ağ işığın gözlə görülə bilən 3 növündən biridir. Digər 2-si isə qırmızı və yaşıldır. Yəqin ki, RGB terminini eşitmisiniz. Bu termin də elə bu 3 üç işığın birləşməsindən yaradılıb və işıq spektrumunun əsasını təşkil edir.

Mavi işığ ən çox enerjiyə malik olan işığdır. Bu işıq parlaq günəş işığı altında belə görünə bilir. Elə bu səbəbdən də ekranlarda istifadə edilir. Gözlərimizin yorulması da buna görə olur. Gün işığından fərqli olaraq mavi işıq gözümüzdə müəyyən filterlərdən keçmir və bir başa gözümüzə təsir edir. Mavi işığın səbəb olduğu göz yorğunluğunu azaltmaq üçün isə bir neçə üsul mövcuddur.

1-Dark Mode-u aktivləşdirin. "Dark mode" və ya "Qaranlıq rejim" demək olar ki, artıq bütün telefonlarda və kompüterlərdə mövcuddur. Bu rejim həm göz yorğunluğunu azaltdığı üçün, həm də daha az enerji istifadə etdiyinə görə istifadəçilər tərəfindən çox sevilir. Həm Android, həm iOS cihazlarında "Settings" menyusuna keçid edərək "Display" ayarlarına daxil olub Dark Mode-u aktivləşdirə bilərsiniz.

Kompüterinizdə isə əgər Windows 10 istifadə edirsinizsə öncə Settings-ə olub, açılan pəncərədən "Personalization" bölməsinə keçid edərək "Colors" ayarlarına daxil oluruq. Buradan Dark seçimini edərək kompüterimizdə Dark Mode-u aktivləşdirə bilərik.

2- Gecə işığı-nı aktivləşdirin. Smartfon və kompüter istehsalçıları Mavi işığın zərərlərini azaltmaq üçün Gecə işığı və ya Gecə Filteri adlanan funksiyanı təqdim edirlər. Bu funksiya ekranlardan yayılan mavi işığa sarı işıq əlavə edərək onun zərərlərini azaldır.

Smartfonlarda bu funksiyanı "Settings" daha sonra "Display" menyularına daxil olaraq aktivləşdirə bilərsiniz. Kompüterlərdə isə öncə "Settings" menyusuna daxil olub "System" bölməsinə keçid edirik. Buradan "Display" menyusuna daxil olaraq gecə işığını aktivləşdirmək mümkündür.

3- Hər 45 dəqiqədən bir 15 dəqiqə fasilə edin. Aparılan araşdırmalara görə mavi işığın gözlərə təsiri 45 dəqiqədən sonra daha kəskin artır. Buna görə də mütəxəssislər təklif edir ki, hər 45 dəqiqədən bir 15 dəqiqə fasilə etmək göz yorğunluğunu ciddi şəkildə azaldacaq.

4- Göz gimnastikası etməyi unutmayın. Əgər gözlərinizin yorulduğunu hiss edirsinizsə və fasilə etmək kifayət etmirsə, o zaman göz gimnastikası etmək göz yorğunluğuna daha effektli təsir edəcək. Bunun üçün öncə gözlərinizi bağlayın, sonra isə gözlərinizi bu halda sağa-sola doğru çevirin. Daha sonra isə gözlərinizi açaraq 4-5 dəfə sıxıb açın.

5-Mavi işıq eynəklərindən istifadə edin. Göz yorğunluğunu azaltmaq üçün xüsusi hazırlanmış Mavi işıq eynəklərindən istifadə edə bilərsiniz. Bu eynəklər bir növ filter rolunu oynayır və mavi işığın zərərlərini azaldaraq gözlərinizə olan təsiri minimal səviyyəyə endirir.

Daha çox faydalı və texnoloji məlumat üçün isə bizim Youtube kanalımza abunə olun və bildirişləri açın ki, texnoloji məlumat olanda ilk xəbərdar siz olasınız. Bizi Instagramdan izləyirsinizsə, videoları save edib, story bölmənizdə dostlarınızla paylaşın.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 834   Tarix: 27 iyul 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Xıdırlıda inşa edilən məktəb belə olacaq

Xəbər verdiyimiz kimi, aprelin 25-də Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam rayonunun Xıdırlı kənd tam orta məktəbinin birgə təməlqoyma mərasimində iştirak ediblər. "Qafqazinfo"nun məlumatına görə, Xıdırlı kənd tam orta məktəbinin inşas

10:08 280
.

Fenomenlərin həbsi məktəbdə səhnələşdirildi, tənqid olundu - Video

Türkiyədə 23 aprel - Milli Suverenlik və Uşaq Bayramında məktəblərdən birində lentə alınan görüntülər müzakirələrə səbəb olub. Axşam.az xəbər verir ki, məktəbdə kiçik siniflərdə təhsil alan uşaqlarla "Enerci" mahnısı sədaları altında həbs olunan fenomenlər canlandırılıb. Belə ki, məktəblilə

10:15 386
.

Sevdanın Barselonada gerçəkləşməyən arzusu - Video

Müğənni Sevda Yahyayeva həkim həyat yoldaşı Zakir Bayramovla ispaniyaya yollanıb. Axşam.az xəbər verir ki, Barcelonada gəzən cütlük bir çox turistik məkanlara girə bilməyib. Bu haqda Sevda sosial şəbəkədə paylaşım edib. Z.Bayramov dördüncü dəfə Barselonaya getdiyini, amma hələ də "Sagrada Família"

11:35 515
.

"Son 3 ildə Azərbaycanda genişzolaqlı internetin sürəti 2 dəfə artıb" - Elvin Abbasov

"Beynalxalq statistika göstərir ki, son 3 ildə Azərbaycanda genişzolaqlı internetin sürəti 2 dəfə artıb". Bu sözləri -a açıqlamasında informasiya texnologiyaları üzrə ekspert Elvin Abbasov deyib. O qeyd edib ki, Azərbaycanda internetin sürətinin yaxşılaşmasının əsas səbəbi RİNN-nin həyata keçirdiy

16:22 96
.

"Yaşımı heç vaxt sirr saxlamadım"

Aktrisa Xəyalə Quliyeva doğum günü münasibətilə sosial media hesabında paylaşım edib. OLAY yazır ki, o, yaşını göstərən şarların da olduğu fotosunu izləyiciləriylə bölüşərək yaşını heç vaxt sirr saxlamadığını bildirib. "Yaş qadının ən böyük sirridir deyiblər. Bu mövzuda heç vaxt sirr saxlamadım

10:24 754
.

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətində minaya düşüb. Bu barədə Ermənistan parlamentinin deputatı Qarnik Danielyan məlumat verib. Ermənistan Müdafiə Nazirliyindən bildirilib ki, hərbçi mina partlayışı nəticəsində xəsarət alıb. Onun həyatı üçün heç bir təhlükə yoxdur. Hərbçini

25.04.2024 374
.

Bəstəkarın qızı: "Kim icazə almadan atamın mahnılarını oxusa, məhkəməyə üz tutacağam"

"Mən Tahir Əkbərin vərəsəsiyəm. Son günlər atamın mahnılarını icazəsiz oxuyanların sayı artıb. Kim icazə almadan atamın mahnısını oxusa, məhkəməyə üz tutacağam. Onlar özlərini məhkəmədə görəcəklər". Bunu -a açıqlamasında mərhum bəstəkar Tahir Əkbərin qızı Bəhriyyə Əkbərova deyib. O, daha sonr

16:28 147
.

Sağlamlıq arayışlarının ödənişləri niyə fərqlidir?

TƏBİB sağlamlıq arayışlarının ödənişlərindəki fərqə aydınlıq gətirib. "Qafqazinfo" xəbər verir ki, bunu TƏBİB-in şöbə müdiri Səbinə Quliyeva jurnalistlərin suallarını cavablandırarkən deyib. "Bəzi tibbi arayışlar ödənişsiz, icbari tibbi sığorta çərçivəsində qarşılanır. Tariflər sağlamlı

12:12 227
.

"Aquavita" işçilərinin maaşını vermir - İDDİA

Azərbaycanda "Aquavita" suları və "Gülüstan" limonadlarının istehsalı və satışı ilə məşğul olan "Tac" MMC-nin (VÖEN – 130025841) işçilərin əməkhaqlarını vaxtında vermədiyi iddia olunur. Bu barədə -a "Aquavita"da çalışan işçilər məlumat veriblər. Qeyd edək ki, dah

17:14 0