Müğənninin hoteldə qətli kimi qələmə verilən video "feyk" çıxdı - DİN

Müğənninin hoteldə qətli kimi qələmə verilən video "feyk" çıxdı - DİNDaxili İşlər Nazirliyi (DİN) müğənni Aygün Mirzəyevanın otel otağında qətli ilə əlaqələndirilən və bir neçə gündür sosial şəbəkədə müzakirə olunan video haqda açıqlama yayıb.

DİN-dən verilən məlumata görə, görüntülər araşdırılıb:

"Məlum olub ki, hadisə Amerika Birləşmiş Ştatlarının Florida ştatında baş verib. Belə ki, Florida ştatında bir kişinin arvadı kimi təsvir olunan qadını və sevgilisini öldürdüyünü iddia edən video onlayn yayılır. Video ilk dəfə cümə günü Twitter platformasında paylaşılıb və sürətlə dünya mediasında yayılıb. Video artıq 10 milyondan çox insan tərəfindən onlayn izlənilib və bir müddət sosial media platformasında ən çox baxılan video olub".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1578   Tarix: 25 iyul 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş