Atası azərbaycanlı olan türk kinosunun sultanı Türkan Şoray - VİDEO
Türk kinosunun sultanı titulunu daşıyan aktrisa 1945-ci il iyunun 28-də İstanbulda doğulub. O, məmur ailəsinin ilk övladı idi. Bioqrafiyasında atası çərkəz əsilli yazılsa da, Türkan Şoray müsahibələrindən birində ata tərəfdən azərbaycanlı, Naxçıvandan olduğunu demişdi. İndiyədək bunu dilə gətirən yeganə mənbə də onun özüdür. Anası isə Selanikdəndir.
O, 1960-cı illərdə kino sahəsində özünü tanıdır, aktrisa kimi hamının ürəyində taxt qurur. Gözəlliyi, ələlxüsus gözləri, baxışı milyonlarla insanın ürəyini fəth edir. Hətta bir çox qadınlar həyat yoldaşına Türkan Şorayı qısqanırdı.
Şorayın atası vəfat etdikdən sonra ailə sıxıntılar içində yaşayır və anası Meliha Şoray qızının aktrisa olmasına dəstək olur.
Türkan kinoya necə gəldiyindən bəhs edərkən deyir: "Kinoya gəlişim belə oldu: qonşuluqda film çəkmək üçün komanda gəlmişdi, baş rolda oynayan aktrisanı görəndə düşündüm, nə gözəl xanımdır. Bu qadın Muhterem Nur idi. Bir kişi yanıma gəldi və dedi, filmlərə çəkilmək istəyirsən? Qorxdum və dərhal evə qaçdım. Sonradan bu adamın Memduh Ün olduğunu öyrəndim".
Türkan gözəl qadın olsa da, sevgidə bəxti o qədər də gətirmir. 20 il "Qalatasaray"ın keçmiş vitse-prezidenti Rüçhan Adlı ilə münasibətdə olur. Bu cütlük film çəkilişində tanış olub. Rüçhan Şoraydan düz 23 yaş böyük idi.
Türkiyədə Türkan Şoraya niyə sultan deyilir?
Rüçhan Adlı Şoraya göndərdiyi çiçək buketlərinə qoyduğu kartlarda və qeydlərdə həmişə "sultanım" yazırmış. Türkan Şoray Türk kinosunun və xalqının sultanı olmağa başlayır. Türkan Şoray Rüçhandan ayrılır. Səbəb isə onun birinci ailəsindən boşanmaması olur. Amma ürəyində balaca da olsa sevgisini daşıyan aktrisa 1995-ci ilin avqustunda xəstəxanaya yerləşdirilən Adlını son anlarınadək tək qoymur.
1983-cü ildə aktyor Cihan Ünalla evlənir. 1987-ci ildə ayrılır və bu evlilikdən Yağmur adlı qızı dünyaya gəlir.
Türk filmlərinin sultanı rejissor Lütfi Akadla uzun illər birlikdə çalışır. "Lütfi Akad mənim möcüzə rejissorumdur" deyir. O, mənə deyirdi ki, sənin gözlərin gözəldir və sən gözlərinlə oynamalısan.
Bəli, Türkiyənin sultanı Türkan Şoray haqqında çox danışmaq olar. Onun gözəlliyi, sənəti hər zaman bizim qəlbimizdədir.(oxu.az)
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Kərəm Bürsinə görə İtaliyada izdiham yaşandı - Video
Sonuncu dəfə "Sen çal kapımı" serialında rol alan aktyor Kərəm Bürsin İtaliyaya gedib. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyor "Canale 5" telekanalında yayımlanan "Verissimo" proqramında qonaq olacaq. Kərəm Bürsinin İtaliyadakı pərəstişkarları onu coşğ
17.09.2021 1059 Mina Hüseynin arxiv fotosu ORTAYA ÇIXDI
Müğənni Mina Hüseyndən xəbər var. xəbər verir ki, Mina sosial media hesabında arxiv fotosunu paylaşıb. Uşaqlıq fotosu ilə izləyicilərin marağına səbəb olan müğənni paylaşımı ilə xoş rəylər alıb. Həmin fotonu təqdim edirik:
17.09.2021 6686 Validə Abbasova Yunanıstanda belə dincəlir - FOTOLAR
"Miss milenium" gözəli Validə Abbasova yay tətilini Yunanıstanda keçirib. Axşam.az-a istinadən xəbər verir ki, keçmiş model gəzinti fotolarını İnstaqramda izləyiciləri ilə bölüşüb. Abbasovanın formada qalması isə izləyicilərinin diqqətini çəkib. Onlar modelə bunla bağlı suallar ünvanlayıblar
17.09.2021 2305 Rumıniyanın ən gözəl qadını seçilən azərbaycanlı... - "Miss Playboy"
Andrea Mantea - Bir gün Buxarestdə ofisiant işlədiyi restoranda tanımadığı müştəri ona modellik təklif edir, fikirləşmədən bununla razılaşır. Beləliklə, şöhrətin qapıları bu yeniyetmə qız üçün aralanır. "Libertatea" qəzetində "Ən seksual qız" seçildikdə mətbuatın diqqətini çəkir
17.09.2021 1704 Səyyad Əlizadə ECMO cihazına qoşuldu - YENİLƏNİB
Koronavirusa yoluxan sənətçi Səyyad Əlizadə ECMO cihazına qoşulub. Bu barədə -a onun qohumu Razim Qasımov məlumat verib. O bildirib ki, sənətçinin ağciyərlərinin yalnız 30 faizi çalışır:. "Ciyərlərin 70 %-də buzlu şüşə aşkarlanıb. Müalicəsi davam etdirilir. Süni koma vəziyyətində saxlanılır"
17.09.2021 4147 Tünzalə Ağayevanın formada qalma sirri - Fotolar
Xalq artisti Tünzalə Ağayeva son günlər görünüşündəki dəyişikliklərlə gündəmə gəlir. Axşam.az xəbər verir ki, müğənni əvvəlcə sarı saçlarını tünd rəngə boyadı. Daha sonra isə onların düz görünüşünü buruqlu düzümlə əvəzləyib. T.Ağayeva eyni zamanda cəsarətli geyimləri ilə də gündəmdən düşmür. İfaçı İnstaqramı
17.09.2021 2993 Türkiyədə yaşayan azərbaycanlı aktrisa AİLƏSİ İLƏ - FOTOLAR
Ailə qurandan sonra Türkiyədə yaşamağa başlayan aktrisa Cəmilə Tağızadədən xəbər var. xəbər verir ki, aktrisa instaqram hesabında yeni fotolarını paylaşıb. Fotolarda onun həyat yoldaşı Murad Təmiz və oğlu da yer alıb. Onun paylaşımı izləyicilərin marağına səbəb olub. Fotolara çoxsaylı bəyəni gəlib. Qey
18.09.2021 4262 Nigar Şabanovanın ailəsindən XOŞ XƏBƏR - FOTO
Əməkdar artist Nigar şabanovanın ailəsindən xoş xəbər var. xəbər verir ki, sənətçinin anası uzun müddətdir ki, beyin qanaması keçirdiyi üçün yataq xəstəsi idi. Nigar sosial media hesabında paylaşım edərək anasının artıq yataqdan ayağa qalxdığını qeyd edib: . "5 aya yaxındır ki, anam beyin qanamas
16.09.2021 7167 "Bütün dünya bizim toyumuzdan danışacaq"
Sosial şəbəkə fenomeni Şeyma Subaşının misirli sevgilisi Mohammed Alsaloussi ilə evlilik planlarından danışıb. Axşam.az-a istinadən xəbər verir ki, Şeyma hazırda hər hansı tarix müəyyən etmədiklərini açıqlayıb: . "Bir gün mənə dedi ki, elə bir toy edəcəyəm ki, bütün dünya bir il boyunca bizim haqqımızd
16.09.2021 2225