AFFA klublarımızın avrokubok oyunlarına azarkeşlərin buraxılmasına razılıq aldı

AFFA klublarımızın avrokubok oyunlarına azarkeşlərin buraxılmasına razılıq aldıAzərbaycan klublarının avrokubok oyunlarında tribunalara stadionların ümumi azarkeş tutumunun 50 faizi qədər azarkeş buraxılacaq.

"Report"un məlumatına görə, AFFA-nın Nazirlər Kabineti yanında Operativ Qərargaha ünvanladığı müvafiq müraciət müsbət cavablandırılıb.

Milli assosiasiya COVID-19 pandemiyası ilə əlaqədar mövcud olan bütün tələb və tövsiyələrə, sanitar-gigiyenik qaydalara əməl olunması barədə müvafiq məlumatları klublara göndərəcək.


BiG.Az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 266   Tarix: 10 iyul 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş