Adını yanlış bildiyimiz Əməkdar artist haqda FAKTLAR

Adını yanlış bildiyimiz Əməkdar artist haqda FAKTLARBu gün Əməkdar artist Məhəbbət Kazımovun doğum günüdür.

BiG.AZ Kulis.az-a istinadən bu münasibətlə müğənni haqqında maraqlı faktları təqdim edir.

Möhübbət Allahverdi oğlu Kazımov 1953-cü il iyulun 2-də Laçın rayonunun Çorman kəndində anadan olub. Ailədə səkkiz bacı, dörd qardaş olublar. Atası Allahverdi kənd təsərrüfatı ilə məşğul olub. Anası Südabə isə evdar xanım imiş.

İlk təhsilini Şamkənd kənd orta məktəbində alıb. Musiqi təhsili alması üçün qohum-əqrəbanın təkidi ilə 1974-cü ildə Asəf Zeynallı adına musiqi texnikumuna qəbul olunur. İlk muğam dərslərini Nəriman Əliyevdən alıb. Sonra isə Ağaxan Abdullayevin sinfində oxuyur.

1976-cı ildən peşəkar səhnədə çıxış edirdi. "Dan Ulduzu" ansamblının solisti olub. Azərbaycanın bir çox konsert salonlarında öz tamaşaçılarına solo konsertlər verib. Bir çox xarici ölkələrdə -Türkiyədə, Rusiyada, İranda, Çexoslovakiyada və başqa ölkələrdə qastrol səfərlərində olub.

İlk dəfə diktor Roza Tağıyeva efirdən karıxaraq onun adını Məhəbbət kimi səsləndirib və o andan etibarən Məhəbbət Kazımov kimi tanınıb.

Bakı şəhərində yaşamağa başlayan müğənni 1990-cı ildə ailə həyatı qurub. Üç övlad atası olub.

Məhəbbət Kazımov əsasən Azərbaycan milli musiqisi janrında bir çox tanınmış mahnı və muğamlar oxuyub, mahnılar bəstələyib. Ən çox sevilən mahnılarından biri bəstəsi özünə aid olan "Laçınım" mahnısı olub.

Ailə üzvlərinin və dostlarının sözlərinə görə "Laçınım" mahnısını oxuyanda çox kövrəlirmiş. Hətta çox vaxt bu mahnını ifa edəndən sonra təzyiqi də qalxırmış. Bir dəfə adamlar "Laçınım" mahnısına toyda oynadıqları üçün Məhəbbət Kazımov mikrofonu masaya qoyub toydan çıxır. Sonralar ondan bunun səbəbini soruşanda deyir: "Bu mahnıya oynayıb, əl çalmayın."

Ölümündən 4 il qabaq həkim ona oxumağı qadağan edir. O qədər ürəkdən oxuyurmuş ki, daxili orqanları tab gətirmirmiş. Həyat yoldaşı isə onun haqqında belə deyib: "Məhəbbətə hər şeyi qadağan etmək olar, amma oxumağı yox."

Məhəbbət Kazımov müğənni və duet ortağı Könül Kərimova ilə oxuduğu mahnılar onlara böyük populyarlıq qazandırıb. Könül xanımın sənətə gəlişində Məhəbbət Kazımovun böyük dəstəyi olub. İlk dəfə Könülün səsini Ağcabədidə toyda eşidib və xoşuna gəlib. Uzun illər bir yerdə çalışsalar da sonralar Könül Kərimova solo ifaçılığa başlayır və onların dostluğu pozulur. Cabbar Musayevlə duetlərdən sonra mətbuat onların düşmən olduğunu yazır. Lakin Məhəbbət Kazımov bunu təkzib edib, sadəcə ondan incidiyini dilə gətirib.

Şair Zahir Abbas Məhəbbət Kazımovun ifa etdiyi "Laçınım" mahnısının yaranma tarixindən bəhs edib:

"Bir gün Məhəbbət müəllim gəldi ki, mənim bir dostum var, Fəxrəddin, yol polisi əməkdaşıdır. Onun bir şeiri var, "Laçınım", onu bir zümzümə edim, görün, necə alınır?" Oxudu, hamı təsirləndi. Peşəkar bir şeir deyildi, amma xalq dilində yazıldığından ürəyə yatımlı idi. Məhəbbət müəllim onu oxuyanda bütün sənətkarlar kövrəldi, hətta Arif Babayev də ağladı. Məhəbbət müəllim müğənni Könül Kərimova ilə birlikdə mahnını məşq etdi. Sonra "Laçınım"ı "Səbuhi" studiyasında yazdırdı. Amma mahnı hazır olub efirə çıxanda problemlə qarşılaşdıq. Məhəbbət müəllim ehtiyat edirdi. İşğal olunan rayonlar çox idi, onların heç birinin adına mahnı bəstələnməmişdi. İkinci bir tərəfdən isə mahnının musiqisində oynaqlıq vardı. Hamı deyirdi ki, Laçın dərdli yerimizdir. Belə bir mahnını tamaşaçı qarşısına necə çıxaraq? Azərbaycan cəmiyyəti bunu necə qarşılayacaq? Biz düşünürdük ki, "Laçınım" ağlamalı bir mahnı olacaq. Mart ayında əsgərlər qarşısında konsert vardı. Məhəbbət Kazımov həmin mahnını əsgərlər qarşısında oxudu. AzTV konserti dərhal efirə verdi. Bu mahnı efirə verilən gündən populyarlaşdı. Məhəbbət müəllimin bir ayın içində minlərlə kaseti satıldı."

Günlərin birində Osman Alıyev adlı bir nəfər Məhəbbət Kazımovla görüşür, ona mahnının sözlərinin əsl müəllifi olduğunu deyir. Uzun söhbətdən sonra Məhəbbət müəllim həmin adama inanır və sonrakı kaset buraxılışlarından musiqinin söz yazarı kimi həmin adamın adını qeyd edir.

Bu mahnı xalq, xüsusən laçınlılar arasında ona inanılmaz hörmət qazandırmışdı. Bu gün də Laçın camaatı müğənnini Məhəbbət Kazımovu inanılmaz məhəbbətlə sevirlər.

Ölməmişdən öncə hamını yığıb, deyir, mən ölümümlə tarix yazacam. Doğrudan da elə oldu. Onun yasına bütün xalq gəldi. "Laçınım" mahnısının sədaları altında dəfn olundu.

Ailəsinə və yaxınlarına son vəsiyyəti belə olur: "Laçın işğaldan azad olunsa, qəbrimi Laçına aparın, məni doğulduğum torpaqda dəfn edin."

Məhəbbət Kazımov mühafizəkar, doğulduğu yürin adət-ənənisnə uyğun yaşayan bir sənətçi idi. O, ailəsini mətbuatdan həmişə gizli saxladı, heç adi suallara da cavab vermədi. Soruşanlara isə "Şəxsi həyatım yalnız mənə aiddir" cavabını verirdi.

Məhəbbət Kazımov yazıçı Seyran Səxavətin "İlk məhəbbətim" şeirinə də musiqi bəstələyib. Seyran müəllim müsahibələrinin birində xatırlayır: "Məhəbbət Kazımovla həmişə görüşərdik, yeyib-içib dərdləşərdik. Qarabağdan, Laçından, Füzulidən və Ağdamdan söhbətlər edərdik. Bir gün Məhəbbət zəng vurub dedi ki, qardaş, filan yerə gəl, orada görüşək. Mən də dediyi yerə getdim və gördüm ki, burda o qədər adam var, iynə atsan, yerə düşməz. Dedim, doğum günündü? Məhəbbət dedi, xeyr, bir az gözlə görəcəksən. Gördük, "İlk məhəbbətim" şeirimə mahnı yazıb və klipin təqdimatıdır. Bu gün müğənnilərin böyük əksəriyyəti o mahnını oxuyur".

Sağlığında bir dəfə telekanalda yalan xəbər yayılır ki, Məhəbbət Kazımovun ömrünə üç ay qalıb. Bu xəbəri eşidən jurnalistlərdən biri ona zəng edir və müğənninin səsini eşidən kimi təəccüblənib deyir: "Bıyy, Məhəbbət müəllim, siz ölməmisiniz?" Müğənni isə deyir: "Siz mənim ölməyimi istəyirsiniz?"

Vladivostoka konsert verməyə gedəndə ordakı azərbaycanlılar onu 70-80 maşından ibarət avtomobil karvanı ilə qarşılayıb aparıblar.

Məşhurluğunun pik nöqtəsində Məhəbbət Kazımov şəkər və təzyiq xəstəliyindən əziyyət çəkir, yatağa düşür. Uzun müddətli müalicədən sonra İrana gedir. Həkimlər ona qrip xəstəliyindən qorunmağı tövsiyə edirlər. Lakin üç gün evdən çıxmayaraq qripdən qorunmağa çalışan müğənni xəstəliyə yoluxur və səhhəti ağırlaşır.

Öldüyü gün səhhəti qaydasında imiş, lakin gecə halı qəfildən pisləşir. Evi ilə təcili tibbi yardım mərkəzinin arası iki dəqiqəlik yol olsa da, həkimlər gələnə qədər o, dünyasını dəyişir. Xırdalan qəbiristanlığında dəfn olunur. Ölümü bütün yaxınları və sənət cameəsi üçün gözlənilməz olur.

Müğənninin uzun illər yaradıcısı və rəhbəri olduğu "Laçınım" musiqi ansamblı onun son gününə qədər fəaliyyət göstərib. Hazırda həmin ansambl fəaliyyətini dayandırmayıb. Ona rəhbərliyi hazırda müğənni Habil Laçınlı edir.


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 23364   Tarix: 02 iyul 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Narkotik istintaqı çərçivəsində saxlanılan türkiyəli məşhur aktrisa Hande Erçelin ifadəsi məlum oldu

İstanbul Baş Prokurorluğu tərəfindən məşhurları hədəf alan narkotik əməliyyatında yeni məlumatlar ortaya çıxıb. -ın xəbərinə görə, bu barədə "Sabah" nəşri məlumat verib. Barəsində saxlanılma qərarı verilən və İngiltərədə olduğu müəyyən edilən türkiyəli məşhur aktrisa Hande Erçel ötən gün Türkiyəy

28.03.2026 386
.

Gülay Zeynallı paylaşımı ilə DİQQƏT ÇƏKDİ - FOTO

Müğənni Gülay Zeynallı sosial mediada paylaşım edib. xəbər verir ki, müğənni instaqram hesabında yeni görüntülərini paylaşıb. Görüntülərdə Gülay zərif görünüşü və gözəlliyi ilə diqqət çəkib. Onun paylaşımımarağa səbəb olub. Həmin fotoları təqdim edirik:

29.03.2026 883
.

"Ən qorxduğum hadisələr yaş ötdükcə başıma gəlir"

Meyxanaçı Namiq Qaraçuxurlu vəfat edən anası Qənirə Şükürova ilə bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, sənətçi anasının məzarı başında çəkdirdiyi fotonu paylaşaraq bunları yazıb:. "Ən qorxduğum hadisələr yaş ötdükcə başıma gəlir. Nə edək, həyat davam edir. Dik durmağa məcburuq". Qey

22.03.2026 470
.

Aysel plastik əməliyyat etdirdi

Müğənni Aysel Əlizadə plastik əməliyyat etdirib. Axşam.az xəbər verir ki, sənətçi ötən gün bıçaq altına yatıb. Aysel nədən əməliyyat olunduğunu gizli saxlayıb. İfaçı "Özüm üçün kiçik, amma çox önəmli bir toxunuş etdim. Bəzən böyük dəyişikliklərə ehtiyac olmur, sadəcə düzgün əllərdə edilən incə bi

01.04.2026 480
.

Röya Aygün Kazımovanın hansı mahnısını oxumasından danışdı

Xalq artisti Röya Ayxan həmkarı Aygün Kazımovanın repertuarından oxuduğu mahnıdan danışıb. Axşam.az xəbər verir ki, müğənni "İki başlı" proqramında bu haqda sualları cavablandırıb. Röya Pop kraliçanın repertuarında olan ən məşhur mahnılardan birinə müraciət etdiyini bildirib. O, mahnının adın

29.03.2026 344
.

Abbas Bağırov buna görə Gəncəyə köçüb

Əməkdar artist Abbas Bağırov oğulları Raul və Murada görə Gəncəyə köçdüyünü bildirib. Axşam.az xəbər verir ki, bu haqda sənətçi "Evdəkilərə salam" proqramında danışıb. O bildirib ki, Gəncədə daha rahat yaşayır:. "Gəncədə daha rahatam. Uşalqarım istirahət edir. Mənəvi istirahət önəmlidir

23.03.2026 980
.

Bu da aparıcı Zümrüdün qızı Ləman - YENİ FOTO

Tanınmış aparıcı Zümrüd Bədəlova sosial şəbəkədə paylaşım edib. xəbər verir ki, Zümrüd instaqram hesabında qızı Ləman ilə olan görüntülərini paylaşıb. Onun paylaşımı izləyicilərin marağına səbəb olub. Görüntülərə xoş sözlər və təriflər ünvanlayıblar. Həmin görüntüləri təqdim edirik:

29.03.2026 1011
.

"Arka sokaklar"ın yeni bölümü niyə yayımlanmadı?

20 ildir yayımlanan "Arka sokaklar" serialının bu həftəki - 744-cü bölümü izləyicilərə son anda təqdim olunmayıb. Axşam.az xəbər verir ki, buna səbəb ekran işinin yeni bölümünün xərclərini ödəmək üçün lazimi qədər reklam gəlirinin olmamasıdır. Qeyd edək ki, layihə cümə günləri "Kanal D"d

28.03.2026 319
.

Məşhur aktyor 54 yaşında vəfat etdi

"Buffy the Vampire Slayer" serialındakı rolu ilə tanınan aktyor Nikolas Brendon vəfat edib. Axşam.az xəbər verir ki, serialda Hander Harris obrazı ilə tanınan Brendon 54 yaşında dünyasını dəyişib. Ailəsi onun ölümünü sosial mediada paylaşıb. "Qardaşımız və oğlumuz Nikolas Brendonun vəfatın

22.03.2026 514
.

TOP MP3