Vaksin olunanlar Türkiyə və Gürcüstana test vermədən gedəcək

Vaksin olunanlar Türkiyə və Gürcüstana test vermədən gedəcəkÖtən il yay mövsümündə pandemiya səbəbindən ölkədən kənarda dincələ bilməyənlər bu il onun əvəzini çıxarmağa çalışırlar.

Artıq Azərbaycanda olduğu kimi, bir çox ölkələrdə də karantin qaydalarında yumşalmalara gedilib, bəzi ölkələr səyahətə gəlmək istəyənlər üçün hava sərhədlərini açıblar. Lakin hələ də sosial şəbəkələrdə xarici ölkələrə giriş-çıxış qaydaları müzakirə olunur. Səyahət qruplarında Türkiyəyə COVID-19 pasportu olanlara giriş şərtlərindəki güzəştlərdən aviadaşıyıcıların məlumatsız olduğu qeyd olunur. Feysbuk izləyiciləri yazırlar ki, "Buta Airways"dən onlara COVID-19 pasportunun olub-olmamasından asılı olmayaraq PCR testi tələb ediləcəyi bildirilib.

BiG.AZ xəbər verir ki, "Qafqazinfo" azərbaycanlıların istirahət üçün ən çox Türkiyə və Gürcüstana üz tutduqlarını nəzərə alaraq bu ölkəyə səyahət şərtlərini bir daha araşdırıb.

Hava yolu ilə qonşu Türkiyəyə səyahət etmək istəyənlər üçün 1 iyun tarixindən etibarən yeni giriş qaydaları müəyyən edilib. Türk Hava Yollarının açıqladığı yeni qaydalara görə, COVID-19 pasportu olan şəxslərin əlavə xərc çəkib PCR testi vermələrinə ehtiyac yoxdur. Belə ki, onların ölkəyə girişdən ən az 14 gün əvvəl peyvənd olunduqlarına və ya son 6 ayda koronavirus xəstəliyini keçirdiklərinə dair rəsmi qurumlar tərəfindən verilmiş sənədi təqdim etmələri kifayətdir. PCR test tələbi həmçinin 6 yaşdan kiçik sərnişinlər və ticarət donanmasının dənizçilərinə də aid deyil.

Vaksin olunanlar Türkiyə və Gürcüstana test vermədən gedəcəkCOVID-19 pasportu olmayan bütün əcnəbilər isə əvvəlki qaydada 72 saat əvvəl alınmış neqativ nəticəli PCR test və ya 48 saat ərzində alınmış neqativ nəticəli antitel test arayışı təqdim etməlidirlər. Qaydalarda həmçinin qeyd olunur ki, əcnəbilər, o cümlədən, Azərbaycan vətəndaşları Türkiyəyə giriş nöqtələrində PCR testi oluna bilərlər. Test nümunələri götürüldükdən sonra sərnişinlərin son təyinat yerinə getməsinə icazə veriləcək və test nəticələri müsbət olarsa, Səhiyyə Nazirliyinin COVID-19 təlimatına uyğun olaraq müalicə alacaqlar.

Türkiyəyə səyahət edən bütün sərnişinlər (https://register.health.gov.tr saytında) xüsusi giriş anketini doldurmalı, qeydiyyat və ya gəliş zamanı təqdim etməlidirlər. Anket doldurmaq tələbi Türkiyədən tranzit keçən və bu ölkənin sərhədini keçməyən sərnişinlər üçün məcburi deyil.

Bu qaydalar 8 dövlətin - Braziliya, CAR, Əfqanıstan, Banqladeş, Hindistan, Nepal, Pakistan, Şri-Lanka vətəndaşları və ya bu ölkələrdən Türkiyəyə gələnlərə şamil edilmir. Sadalanan 8 ölkənin vətəndaşları Türkiyəyə daxil olarkən son 72 saat ərzində alınmış mənfi koronavirus test nəticələrini təqdim etməlidirlər. Bununla yanaşı, sözügedən ölkələrdən gələn şəxslər yerli rəhbərliklər tərəfindən təyin ediləcək yerlərdə 14 günlük karantinə alınacaq.

Gürcüstana səyahətə gəlincə, COVID-19 pasportu olanlara da bu ölkəyə girişdə güzəşt edilir. Belə ki, vaksin pasportu olanların PCR test arayışı təqdim etmələrinə ehtiyac yoxdur. Gürcüstana səfər qaydalarına görə, istənilən ölkədən hava nəqliyyatı ilə bu ölkəyə daxil olan şəxslər sərhəd-buraxılış məntəqələrində istənilən COVID-19 peyvəndinin iki doza vurulmasını təsdiqləyən sənəd təqdim etdikləri təqdirdə, Gürcüstana daxil ola bilərlər. Lakin koronavirus əleyhinə peyvənd sertifikatı ingilis dilində olmalıdır.

Vaksin olunanlar Türkiyə və Gürcüstana test vermədən gedəcəkAzərbaycan da daxil olmaqla, Türkiyə, Özbəkistan, Avstriya, Bəhreyn, Belçika və digər adı siyahıda olan ölkələrin vətəndaşları və orada yaşayış icazəsi olanlar Gürcüstana daxil olmaq üçün məcburi onlayn formanı doldurmalıdırlar: https://registration.gov.ge/pub/form/8_protocol_for_arrivals_in_georgia/tk6157/.

Qeydiyyatdan keçdikdən sonra gediş məntəqəsində uçuşa qeydiyyatdan keçərkən göstərilməli olan təsdiqləmə nömrəsi veriləcək. Vaksinasiyadan tam keçmiş sərnişinlər üçün bu formanın doldurulması vacib deyil.

Peyvənd olunmamış sərnişinlər üçün şərtlər isə belədir:

Əcnəbilər Gürcüstana səfərdən 72 saat əvvəl keçirilmiş PCR testinin arayışını Gürcüstanın sərhəd buraxılış məntəqəsində təqdim etməlidirlər. PCR testinin arayışı ingilis dilində olmalıdır. 10 yaşdan aşağı olan sərnişinlər PCR testi olmadan Gürcüstana daxil ola bilərlər. Gürcüstanda olduqları 3-cü gün ərzində öz hesabına əlavə PCR-müayinədən keçməlidirlər. Dövlət sərhədini keçməzdən əvvəl son 14 gün ərzində səyahət tarixçəsini, əlaqə məlumatlarını (ünvan, telefon nömrəsi, elektron poçt və s.) göstərməklə xüsusi anket formasını doldurmalıdırlar.

Gürcüstana getmək istəyən Gürcüstan vətəndaşları isə sərhəddə PCR testini təsdiqləyən sənədi təqdim etmədiyi təqdirdə 8 gün özünütəcridə alınacaq və ya təcrid olunması mümkün deyilsə, məcburi karantinə yerləşdiriləcək.

Son 14 gün ərzində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığına səyahət etmiş bütün şəxslər əraziyə girişdən sonra 12 gün müddətinə məcburi karantinə yerləşdiriləcək. Bu halda sərhəddə PCR testinin neqativ nəticəsi haqqında arayış təqdim etmək və Gürcüstanda olduqları 3-cü gün ərzində PCR müayinəsindən keçməkdən azad olunacaqlar.

Gürcüstandan Azərbaycana "AZAL" və "Buta Airways" aviaşirkətlərinin reysləri ilə uçarkən "Synevo" laboratoriyasının (www.synevo.ge) filiallarının birindən koronavirus infeksiyasının olmaması barədə arayış almalı və ya üzərində QR-kodu olan PCR testinin neqativ nəticəsi haqqında arayış təqdim edilməlidir.

Mövzu ilə bağlı "Buta Airways"in qaynar xətti ilə də əlaqə saxladıq. Aviaşirkətdən də saytımıza bildirildi ki, həm Gürcüstan, həm də Türkiyəyə uçan və COVID-19 pasportu olan şəxslərin PCR test arayışı təqdim etməsinə ehtiyac yoxdur. Bu şəxslər yalnız iki doza vaksinasiyadan keçmələrini əks etdirən sənədi təqdim etməklə qonşu ölkələrə səfər edə bilərlər.

Xatırladaq ki, bu qaydalar vətəndaşların Azərbaycana qayıtması üçün keçərli deyil. Azərbaycana giriş qaydalarına görə, Azərbaycan vətəndaşları, həmçinin Azərbaycanda işləmək və yaşamaq hüququ olan şəxslər uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənədi təqdim etməklə hava nəqliyyatı ilə ölkəyə daxil ola bilərlər.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1041   Tarix: 23 iyun 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Britaniya hökuməti Kral III Çarlzın ölümünə fəal şəkildə hazırlaşır

Böyük Britaniya hökuməti Kral II Çarlzın ölümünə fəal şəkildə hazırlaşır. Bu barədə "Daily Beast" Bukingem sarayına yaxın mənbəyə istinadla xəbər verib. Bildirilir ki, bunun üçün "Menay körpüsü" adlı plan hazırlanıb. Layihə Nazirlər Kabineti tərəfindən mütəmadi olaraq nəzərdən keçirili

14:36 91
.

Dünyada DXOMARK-dan 5 qızıl medal əldə edən ilk smartfon HONOR Magic6 Pro

Yeni HONOR Magic6 Pro flaqman smartfonu fevral ayında MWC 2024 sərgisində qlobal bazara təqdim edilmiş və həmin tədbirdə bir çox mükafatlar qazanmışdır. Bundan əlavə, bu smartfon bu günə qədər DXOmark reytinqindən 5 qızıl mükafat alan 2024-cü ilin ilk smartfonudur. Görünüş - eleqant. HONOR Magic6 Pr

10:00 193
.

Asiyanın ən varlı adamı: Yaxınlarına etdiyi hədiyyələr dodaq uçuqladır

Asiyanın ən varlı adamı Mukeş Ambani 116 milyard dollar sərvətinə malikdir və o, ailəsi ilə dəbdəbəli həyat sürür. xarici mediaya istinadən xəbər verir ki, Ambani sevdiklərinə bahalı hədiyyə verməklə ad çıxarıb. Mukeşin ailə üzvlərinə və dostlarına verdiyi bahalı hədiyyələrin siyahısını təqdim edirik

25.04.2024 663
.

İlham Əliyev və Mehriban Əliyeva Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndəriblər

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın ilk ombudsmanı Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndəriblər. xəbər verir ki, əklil mərhumənin məzarı üstünə qoyulub. Qeyd edək ki, E.Süleymanova bu gün 87 yaşında uzun sürən xəstəlikdən sonra vəfat edib və İkinc

25.04.2024 823
.

Nihal Candan azadlığa buraxıldı

Beş ay öncə dələduzluq ittihamı ilə həbs olunan fenomen Nihal Candan azadlığa buraxılıb. OLAY yazır ki, onun həbsxanada səhhətində problem yarandığı, arıqlayaraq 37 kiloya çatdığı və müalicəsinin orada davam etdirilə bilməyəcəyi qeyd olunub. Lakin Nihalın bacısı Bahar hələ də həbsdədir

14:52 78
.

Millət vəkilinə ağır itki

Milli Məclisinin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanova ağır itki üz verib. "Qafqazinfo" xəbər verir ki, millət vəkilininin qardaşı Vaqif Əmiraslanov vəfat edib. Qeyd edək ki, Vaqif Əmiraslanov Bakı Humanitar Kollecinin sabiq direktoru olub

25.04.2024 700
.

Aktyordan xanımına söz atan müxbirə mükəmməl cavab

"Deliha" filmində birgə rol aldıqdan sonra bir-birlərinə aşiq olub evlənən Barış Arduc və Gupse Özay cütlüyü hər zaman medianın diqqətində olub. -ın Türkiyə mediasına istinadən xəbərinə görə, sosial şəbəkələrdə həmişə Gupsenin ərinə yaraşmadığı, çirkin olması barədə şərhlər yazılırdı. Onları

25.04.2024 1144
.

Dünyanın ən gənc həkimi: 17 yaşında

Ümumiyyətlə, həkim peşəsinə yiyələnən şəxsin çox gənc yaşda ola bilməyəcəyini hər birimiz bilirik. Axı əvvəlcə məktəbi bitirməli, 5-6 il tibb universitetində oxumalısan. Ali tibb təhsili diplomu alan insanlar ən azı 22-23 yaşda olurlar. xarici KİV-ə istinadən xəbər verir ki, ancaq bu qaydanın istisnalar

25.04.2024 681
.

Marketdən 2 kq pendiri şalvarında gizlədərək OĞURLADI

Türkiyədə özünü müştəri kimi təqdim edərək bazara girən şübhəli 2 kiloluq pendir oğurlayıb. xarici mediaya istinadən xəbər verir ki, həmin şəxs pendirini şalvarına gizlədərək oğurlayıb. Ətrafa göz gəzdirən şübhəli pendiri şalvarına qoyub bazarı tərk edib. Həmin anlar təhlükəsizlik kamerasına əks olunub

25.04.2024 607