Şadlıq saraylarında kəskin BAHALAŞMA - QİYMƏTLƏR

Şadlıq saraylarında kəskin BAHALAŞMA - QİYMƏTLƏRAzərbaycanda iyulun 1-dən toy və nişan mərasimlərinin keçirilməsinə icazə verilib.

Şərtlərə əsasən, şənlik mərasimləri (toy, nişan, ad günləri və s.) ya 50 nəfərə qədər vaksin pasportu tələb olunmadan tibbi maskadan istifadə edilməklə və ya 150 nəfərə qədər COVID pasportu ilə keçirilə bilər.

Qərarın ardından toy mərasimlərində iştirakçı sayı üzrə qoyulan limitin aşağı olmasının uzun müddətdir işləməyən şadlıq saraylarının zərərini kompensasiya etməyəcəyi deyilir. Elə bu səbəbdən şadlıq saraylarının xidmət üzrə müəyyən etdiyi qiymətləri artıracağı müzakirə mövzusuna çevrilib.

BiG.AZ "Ölkə.az"a isitnadən xəbər verir ki,şadlıq saraylarında mövcud vəziyyət, qiymətlərlə bağlı yeniliklər belədir:

"Şahənşah" şadlıq sarayından sualımıza cavab olaraq bildirildi ki, maksimum iştirakçı sayı 150 nəfər müəyyən olunduğundan qiymətlər 60 manatdan başlayır:

"Əgər iştirakçı sayının daha çox olmasına icazə verilərsə, qiymətlər də aşağı enər. Daha əvvəl qiymət 40-45 manat müəyyən olunmuşdu. Zalımız böyük olduğundan daha əvvəl 150 nəfərlik toyların keçirilməsinə razılıq vermirdik. İndi isə qanun belə tələb etdiyindən razılaşmaq məcburiyyətindəyik".

"Gilavar" şadlıq sarayından isə bildirildi ki, masa qiyməti 50-60 manatdır:

"Ötən il bir masada 12 nəfər otururdu, indi isə 6 nəfər oturur. Bu səbəbdən daha əvvəl endirim edə bilirdiksə, indi edə bilmirik".

"Sultan" şadlıq sarayından isə deyildi ki, masa qiyməti 50 manat müəyyən olunub. İştirakçı sayının aşağı olması və 150 nəfərlik limit qiymətin artmasına səbəb olub. Həmçinin əlavə xərclər də ortaya çıxır.

İqtisadçı ekspert Natiq Cəfərli "Ölkə.az"a açıqlamasında bildirdi ki, prosedur qaydalarının çox sərt olması, həmin qaydalara uyğun toy keçirmək istəyənlərin sayını azaldacaq. Ekspertin sözlərinə görə, 150 nəfərlik say məhdudiyyətinin olması restoranlarda, şadlıq saraylarında qiymətlərin kəskin artması ilə nəticələnəcək:

"Çünki onların da əlavə xərcləri yaranır. Belə ki, COVID-lə bağlı dezinfeksiya tədbirləri, yer məhdudiyyətinin olması maya dəyərinin artmasına səbəb olur. Bununla da bir nəfər üzrə yer pulunun maya dəyəri də artacaq ki, bu da qiymətləri yüksəldəcək".

Ekspert əlavə etdi ki, 500-600 nəfərlik zallara malik olan şadlıq saraylarında 150 nəfərlik toy məclisi keçirmək sərfəli deyil və kifayət qədər baha başa gələcək:

"Çünki işçi sayı, ora sərf olunan elektrik enerjisi, kommunal xidmətlərin həcmi eyni qalacaq. Lakin qonaq sayı az olacaqsa, təbii ki, qiymətlər də artacaq".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1806   Tarix: 23 iyun 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Avtobuslarda gigiyenik qaydalara əməl olunmur - VİDEO

Avtobuslarda gigiyenik qaydalara əməl olunmaması halları müşahidə edilib. Belə ki, sakinlərdən bir çoxu ictimai nəqliyyat vasitəsinin oturacaqlarında toz və kir olduğunu qeyd edir. Onlar bu kimi halların xəstəlik mənbəyi olduğunu bildirərək məsələnin tezliklə həll edilməsini istəyiblər. Məsələ ilə bağl

25.04.2024 296
.

Xıdırlıda inşa edilən məktəb belə olacaq

Xəbər verdiyimiz kimi, aprelin 25-də Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam rayonunun Xıdırlı kənd tam orta məktəbinin birgə təməlqoyma mərasimində iştirak ediblər. "Qafqazinfo"nun məlumatına görə, Xıdırlı kənd tam orta məktəbinin inşas

10:08 193
.

Elmira Süleymanova vəfat etdi

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə sabiq müvəkkili Elmira Süleymanova vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə -a onun yaxınları məlumat veriblər. Bildirilib ki, E.Süleymanova günorta saatlarında dünyasını dəyişib. Qeyd edək ki, Elmira Süleymanova 17 iyul 1937-ci ild

25.04.2024 874
.

Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - Video

Xəbər verdiyimiz kimi, 24 il əvvəl ABŞ Dövlət Departamentinin xüsusi nümayəndəsi, Minsk Qrupunun həmsədri Keri Kavano tərəfindən ulu öndər Heydər Əliyevə təsəlli olaraq təqdim olunan Ağdam Cümə məscidinin bir parça daşı məscidə qaytarılıb. "Qafqazinfo"nun məlumatına görə, həmin həssas anlar

25.04.2024 611
.

Suren Papikyan Avropa Şurasının Yerevan ofisinin rəhbərinin başçılıq etdiyi nümayəndə heyətini qarşılayıb

Ermənistanın müdafiə naziri Suren Papikyan Avropa Şurasının Yerevan ofisinin rəhbəri Maksim Lonqanqenin başçılıq etdiyi nümayəndə heyətini qarşılayıb. xəbər verir ki, bu barədə erməni mətbuatı bildirib. Görüş zamanı AŞ-nin İrəvandakı ofisi tərəfindən "Ermənistan Silahlı Qüvvələrində insan hüquqlarını

25.04.2024 219
.

Bakıda "Mustang"la "avtoş"luq edən həbs olundu - VİDEO

Bakıda avtoxuliqanlıq edən sürücü həbs olunub. Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən -a verilən xəbərə görə, paytaxtın Sabunçu rayonu ərazisində "Ford Mustang" markalı avtomobilin sürücüsü 29 yaşlı Aydın Cəfərov yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq hərəkətləri etdiy

25.04.2024 414
.

Azərbaycanda general vəfat etdi

Gömrük xidməti general-mayoru Arif Əliyev vəfat edib. Bu barədə İqtisadiyyat.az-a onun ailəsindən bildirilib. Qeyd edilib ki, A.Əliyev uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. Qeyd edək ki, Arif Əliyev uzun illər gömrük orqanlarında xidmət edib. Ona 2006-cı ildə gömrük xidməti general-mayoru al

10:43 285
.

İsrailin Qəzza zolağına hücumları nəticəsində daha bir jurnalist həlak olub

İsrailin Qəzza zolağına hücumları davam edir. BİG.AZ xəbər verir ki, hücum nəticəsində daha bir jurnalist ölüb. Bu barədə Qəzza hökuməti məlumat yayıb. Məlumata əsasən, Fələstin əl-Ən Xəbər Agentliyinin işçisi Məhəmməd Bisam əl-Cəməl İsrailin Rafah şəhərindəki evinə endirilən hava hücumu nəticəsind

25.04.2024 213
.

Türkiyədə İŞİD-ə qarşı əməliyyat: 23 nəfər tutuldu

Türkiyə İŞİD-ə qarşı əməliyyat keçirib. BİG.AZ xəbər verir ki, hadisə xüsusi xidmət orqanları tərəfindən qeydə alınıb. Əməliyyat zamanı 23 nəfər saxlanılıb. Bu barədə Türkiyənin daxili işlər naziri məlumat yayıb. "Ölkənin 7 vilayətində keçirilən əməliyyatlar çərçivəsində İŞİD terror təşkilatı il

25.04.2024 247