DİN Tural Zeynalovla bağlı məlumat yaydı

DİN Tural Zeynalovla bağlı məlumat yaydıPolis Şəmkirdə saxlanılan şəxs barədə sosial şəbəkələrdə yayılan məlumatlara rəsmi münasibət bildirib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan BiG.AZ-a verilən məlumatda bildirilir ki, sosial şəbəkələrdə Şəmkir rayon sakini Tural Zeynalovun qanunsuz olaraq saxlanılması, ona və digərlərinə qarşı zor tətbiq olunması barədə yayılan iddialar əsassızdır və böhtan xarakterlidir.

Qeyd edilib ki, iyun ayının 21-də Şəmkir Rayon Polis Şöbəsinə (RPŞ) rayon ərazisində fəaliyyət göstərən "Qoşa Qala" restoranında karantin qaydalarına zidd olaraq toy mərasimi keçirilməsi barədə məlumat daxil olub. Polis əməkdaşları restorana gəldikdə, restoran sahibi əvvəlcə obyektin qapılarını bağlayaraq asayiş keşikçilərinin qanuni fəaliyyətinə, sonra isə içəri daxil olan polis əməkdaşlarının qanuni tələblərinə mane olub, onlara zor tətbiq edərək xuliqanlıq hərəkətləri edib. RPŞ əməkdaşları qanunla müəyyən edilmiş qaydada T.Zeynalovu saxlayaraq polis şöbəsinə gətirib, lakin sonuncu söyüş söyərək və zor tərbiq edərək xuliqanlıq hərəkətlərini davam etdirib.

Tural Zeynalov barəsində Cinayət Məcəlləsinin 221.2.1-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb.

Qeyd edilir ki, T.Zeynalovun obyektində bundan əvvəl də 7 dəfə karantin rejiminin pozulması aşkar edilərək barəsində inzibati tədbir görülüb. Bundan başqa o, polis əməkdaşları tərəfindən dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, komendant rejimini və karantin qaydalarını pozduğuna görə barəsində İnzibati Xətalar məcəlləsinin 510 (xırda xuliqanlıq), 517 (fövqəladə vəziyyət rejiminin tələblərinin pozulması), 535-ci (polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddələri ilə təqsirli bilinərək protokol tərtib edilməklə rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə T.Zeynalov 15 sutka inzibati həbs olunub.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 8386   Tarix: 23 iyun 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb

Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl

18.09.2021 914
.

Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar

18.09.2021 264
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18.09.2021 523
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608
.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18.09.2021 865
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini

17.09.2021 1467