Nigar Şabanova XTQ gizirinin üzüyünü qaytarması ilə bağlı DANIŞDI

Nigar Şabanova XTQ gizirinin üzüyünü qaytarması ilə bağlı DANIŞDIƏməkdar artist Nigar Şabanova nişanını atması ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.

Bu haqda BAKU.WS-ə danışan sənətçi, yayılan xəbərləri təkzib edib və şayiə olduğunu bildirib:

"Mən heç bir mətbuat orqanına elə açıqlama verməmişəm. Sübut etsinlər ki, nişanı qaytarmağımla bağlı nəsə demişəm. Heç bir müxbirə elə məlumat verməmişəm.

Səhər tezdən oyanandan bu xəbərləri eşitdim, hələ də özümə gələ bilmirəm. O məlumatlar düzgün deyil. Elə bir xəbər yoxdur".

Qeyd edək ki, Nigar Şabanova bir müddət əvvəl XTQ giziri ilə nişanlanıb. Cütlüyün toyu pandemiyadan sonraya planlaşdırılır.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 7121   Tarix: 14 iyun 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş