Çinin Marsda gəzən "Çjuronq" robotu "Qırmızı planet"dən "selfi" göndərdi - FOTO

Çinin Marsda gəzən "Çjuronq" robotu "Qırmızı planet"dən "selfi" göndərdi - FOTOÇinin Marsda gəzən "Çjuronq" robotu Yer kürəsinə "selfi" və digər şəkillər göndərib.

BiG.AZ xəbər verir ki, bu barədə Çinin Milli Kosmik İdarəsindən (CNSA) bildirilib.

Şəkillərdən üçü robotun öz kamerasıyla çəkilib. "Selfie" üçün "Çjuronq" eniş platformasından təxminən 10 metr cənuba hərəkət edib, kameranı səthə qoyaraq ilkin vəziyyətə qayıtmalı olub.

Marsda gəzən robot panoram şəkillər də çəkib. Eniş platformasının fotolarında Çinin bayrağı və 2022-ci ildə Pekində keçiriləcək Olimpiadanın talismanları - şən panda Bin Dundun və Çin fonarı Syue Junjun - görünür.

Çinin Marsda gəzən "Çjuronq" robotu "Qırmızı planet"dən "selfi" göndərdi - FOTOÇinin Marsda gəzən "Çjuronq" robotu "Qırmızı planet"dən "selfi" göndərdi - FOTONatəvan Baxşiyeva


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 799   Tarix: 11 iyun 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş