Şokolad üzərindəki şəkillər: Məşhurlarımız buna görə pul alıblarmı?

Şokolad üzərindəki şəkillər: Məşhurlarımız buna görə pul alıblarmı?"Alyonka" şokoladı... Bu şokoladın adını eşidən, üzərindəki şəkli görənlərin gözü önündə uşaqlıq illəri canlanır. Hə, bu şokolad Sovet dövrünün ən məşhur brendlərindən biri hesab edilirdi.

Bəs, sizə heç maraqlı olubmu ki, bu şokolad kağızının üzərindəki uşaq şəkli kimindir?

Bəlkə də bir çoxlarınız bunun real uşaq olmadığını da düşünmüsünüz. Amma realdır. Elə isə bu fotonun tarixinə bir nəzər salaq.

Bu şokolada adı ilk sovet kosmonavt qadını Valentina Tereşkovanın qızının adından verilib. Amma adın şəkildəki uşaqla heç bir əlaqəsi yoxdur. Şokoladın siması başqa sovet qızına aiddi.

Şokoladın tarixi hələ 60-cı illərin əvvəllərində başlayıb. SSRİ necə deyərlər, hamının əli çatacağı südlü şokoladın hazırlanması barədə müsabiqə elan etdi. Müsabiqənin qalibi isə "Qırmızı oktyabr" ( "Красный октябр") fabriki oldu.

Şokolad üzərindəki şəkillər: Məşhurlarımız buna görə pul alıblarmı?Hə, şokoladın resepti müzakirələrə səbəb olmuşdu. Həm dadlı, həm də hər kəsin ala biləcəyi bir şokolad olmalı idi. Bu həll olundu. Digər çətinlik isə onun üzərində olacaq şəkil idi. Rəssamlar yüzlərlə şəkillər çəksə də, uyğun olanı yarada bilmirdilər.

Seçim isə rəssam Aleksandr Qerinasın qızı Yelenanın fotosunda dayandı. Qerinasın həyat yoldaşı 1960-cı ildə qızlarının 8 ayı tamam olanda onun şəklini çəkmişdi. 1962-ci ildə şəkil "Zdorovye" jurnalında çap edilmişdi. 1965-ci ildə isə "Veçernaya Moskva" jurnalında şokolad üçün müsabiqə yaradılanda şəkil yenidən yada düşür.

Şokolad üzərindəki şəkillər: Məşhurlarımız buna görə pul alıblarmı?Düzdü, şəkil hazır idi. Amma müəyyən dəyişikliklər lazım olur. Rəssamlar bir neçə xırda dəyişiklik edirlər. Gözləri qəhvəyidən maviyə dəyişirlər. Üzünü isə bir qədər uzadırlar. Yanaqlarını qızardaraq dodaqlarını daha dolğun edirlər. Beləliklə, 1966-cı ildə bütün dünyada tanınan şokolad və onun üzəridəki şəkli meydana gəldi.

Şokolad üzərindəki şəkillər: Məşhurlarımız buna görə pul alıblarmı?Yeri gəlmişkən, onu da qeyd edək ki, şəklin çəkilməsi zamanı edilən dəyişikliklər 2000-ci ildə "Krasnıy oktyabr" fabrikini Yelena Qerinasa 5 milyon təzminat verməkdən xilas etdi. Belə ki, Elena Qerinasın tələbi nəticəsində məhkəmə qərara almışdı ki, şəkil tam olaraq eyni deyil, yığılma şəkildir.

Amma indi bir nüansa diqqət yetirək. Üzərində real insanların fotoları olan təkcə "Alyonka" deyildi axı. Ondan sonra da şəkli elə olduğu kimi, heç bir müdaxilə olunmadan, dəyişdirilmədən şokolad qutuları üzərinə vurulan insanlar var. Həm də onlar sadə insanlar deyil, məşhurlardır. Bütün dünyada olduğu kimi belə məşhurlardan Azərbaycanda da var. Düzdü, hazırda bu ənənə davam etməsə də, bir zamanlar onların şəkilləri şokolad qutularını bəzəyirdi. Bu məşhurlar sırasında Xalq artistləri Nazpəri Dostəliyeva, Məleykə Əsədova, Mələkxanım Əyyubovanın da adı keçir. Bəs, onlar buna görə hər hansı bir təzminat alıblarmı?

Yaxşısı budur bu haqda özləri danışsınlar.

"Əlbəttə. Mənim razılığımla verilirdi şəkillərim. O vaxt vəziyyət elə idi ki, pula da ehtiyacımız var idi. İş adamları da çox deyildi. Tək-tük adını eşidərdik. Bu iş adamı vardı, naxçıvanlı idi. Məndən icazə aldı və şəkillərimi verdi. Buna görə mənə ayda 1000 manat ödəniş edirdi".

Xalq artisti Mələkxanım Əyyubova Lent.az-a açıqlamasında deyir bu sözləri. Və onu da əlavə edir ki, elə şokolad qutularına şəkli vurulan ilk azərbaycanlı məşhur da özü olub.

Şokolad üzərindəki şəkillər: Məşhurlarımız buna görə pul alıblarmı?"Sonra başqa müğənnilərin də şəkli verilməyə başlandı. Nazpəri xanımın və Məleykə xanımın da şəkilləri var idi. Əslinə qalsa, mən belə şeylərə razı olacaq bir xanım deyiləm. Onda da belə idi. Sonra düşündüm ki, burada pis heç nə yoxdur. Eyni zamanda pula da ehtiyacım var. Ona görə də razılaşdım".

Xalq artisti onu da bildirir ki, bu işin ona daim köməyi dəyib.

"Bir dəfə mən xaricdə olanda bir az çətinliklə qarşılaşmışdım. Həmin şirkətlə əlaqə saxladım. Onların həmin ölkədə filialı var idi. Məni orada qarşıladılar, otelə yerləşdirdilər. Yəni bu cür xidmətləri də var idi. Hər ay qutularla müxtəlif konfetlər, şokoladlar göndərirdilər. Hətta mən danışmışdım onlarla, hər ay yardımlar da edirdik uşaq evlərinə. Xeyriyyə işləri edirdik. Ona görə də həmin illərlə bağlı xoş xatirələrim çoxdur".

Xalq artisti Məleykə Əsədova da mediaya açıqlamasında 90-cı illərdə şəklinin şokolad qutularının üzərinə vurulmasından danışıb. Aktrisa həmin şəkillərin müqavilə əsasında qutulara vurulduğunu deyib.

Şokolad üzərindəki şəkillər: Məşhurlarımız buna görə pul alıblarmı?"1997-1998-ci illərdə həmin şokolad qutuları Türkiyədən gətirilirdi. Müqaviləmiz var idi. Qutulara mənim rəsmlərim vurulurdu, amma bir-iki ildən sonra dayandırdım, icazə vermədim. Özü də tapşırırdım ki, mənim şəklim olan qutularda keyfiyyətli şokoladlar olsun. Mələkxanım Əyyubovanın da şəkilləri vurulurdu. Amma sonra şəkillər çoxaldı, biz istəmədik".

Mövzuyla bağlı Xalq artisti Nazpəri Dostəliyeva ilə də əlaqə saxladıq. Nazpəri xanım Lent.az-a açıqlamasında deyir ki, buna görə ona heç bir təzminat ödənilməyib.

"Mənə heç bir pul ödənməyib. Açığı, buna görə icazə də almayıblar. Amma mən də heç vaxt şikayətçi olmamışam. Həmişə düşünmüşəm ki, əgər kimsə mənim şəkilimdən yararlanaraq evinə bir parça çörək aparırsa, xoş halalı olsun"./Lent.az

Şokolad üzərindəki şəkillər: Məşhurlarımız buna görə pul alıblarmı?


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 5720   Tarix: 03 iyun 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Xanımı və oğullarının fotosunu paylaşdı

Aktyor Kamran Ağabalayev oğulları və xanımının fotosunu paylaşıb. Axşma.az xəbər verir ki, aktyor paylaşıma "Mənim ürəklərim" qısa şərhini yazıb. Qeyd edək ki, K.Ağabalayevin 2 oğul övladı var

13.12.2025 309
.

"Uşaq Avroviziya 2025"in şərhçiləri onlar olacaq

"Uşaq Avroviziya 2025" mahnı müsabiqəsinin Azərbaycandan olan şərhçiləri məlum olub. Axşam.az xəbər verir ki, bununla bağlı İctimai TV məlumat yayıb. Bildirilib ki, bu il keçiriləcək müsabiqənin Azərbaycandan olan şərhçiləri tanınmış aparıcılar Azər Süleymanlı və Aysel Zahidqızı olacaq. Xatırlada

11.12.2025 261
.

Könül Kərimovanın yeni görüntüsü təəccübləndirdi - FOTOLAR

Könül Kərimova sosial şəbəkədə yeni fotosunu izləyicilərinin ixtiyarına verib. "Yeni Sabah" xəbər verir ki, müğənninin xeyli arıqlaması hamının diqqətini özünə çəkib. Əməkdar artist görüntüsünün altına "Bu gözəl çəkiyə görə…" sözlərini yazaraq, onu arıqlama prosesində müşayiət edə

08.12.2025 898
.

Faciəvi şəkildə ölən 52 yaşlı müğənninin qızının ŞOK MESAJLARI üzə çıxdı - FOTOLAR

Müğənni Güllünün şübhəli ölümü ilə bağlı aparılan istintaq çərçivəsində saxlanılan qızı Tuğyan Ülkem Gülterin tutulmazdan az öncə rəfiqəsinə göndərdiyi mesajlar üzə çıxıb. -un Türkiyə mətbuatına istinadla xəbərinə görə, mesajlarda "Çamadanlarımı götürüb Yalovaya qayıdacağam" ifadəsi diqqə

13.12.2025 494
.

""Narkozsuz" üz gərmə əməliyyatı etdirdim, gözüm açıq idi"

Əməkdar artist Ruhəngiz Allahverdiyeva "Öz aramızda" verilişində şəxsi həyatı və keçirdiyi estetik əməliyyatla bağlı maraqlı açıqlamalar verib. xəbər verir ki, müğənni bir müddət öncə üzərində etdirdiyi əməliyyatın detalları ilə tamaşaçıların diqqətini çəkib. Sənətçi üz gərmə əməliyyatını ta

13.12.2025 221
.

Aysel mini ətəkdə GÖZ QAMAŞDIRDI - FOTOLAR

"Avroviziya" təmsilçilərimizdən olan Aysel Adıgözəlzadənin (Teymurzadə) sosial mediada paylaşımı ilə maraq doğurub. xəbər verir ki, ifaçı yeni görüntülərini instaqram hesabında paylaşıb. Zərifliyi və gözəlliyi ilə diqqət çəkən sənətçinin paylaşımına təriflər yağdırıblar. Aysel mini geyimi il

00:08 605
.

Aygün Kazımovanın qızı TANINMAZ DƏRƏCƏDƏ DƏYİŞDİ - FOTO

Xalq artsiti Aygün Kazımovanın müğənni qızı İlqarə Kazımova son görüntüsü ilə diqqət çəkib. xəbər verir ki, ifaçının sosial mediada yeni görüntüsü yayımlanıb. Onun xeyli dəyişən görüntüsünə çoxsaylı tərif gəlib. Fotoya çoxsaylı bəyəni gəlib

00:04 498
.

54 yaşlı Aygün Kazımova görünüşü ilə AĞILLARI BAŞDAN ALDI - FOTOLAR

Xalq artisti Aygün Kazımova tərzi ilə diqqət çəkib. Axşam.az xəbər verir ki, Pop kraliça qatıldığı məclislərdən birində ağ geyimlərdən istifadə edib. Kazımova tərzini kürk və ağ şlyapa ilə tamamlayıb. Fotoların müəllifi Muxtar Bədəlovdur

13.12.2025 680
.

Xalq artisti: "2 aydan bir ev alıram, hobbimdir"

Xalq artisti Röya Ayxanı qonaq olduğu verilişlərin birində aldığı sualla məəttəl qalıb. xəbər verir ki, izləyicilərdən biri sənətçiyə "Hər 2-3 aydan bir ev alır" sözləri sənətçini təəccübləndirib. Gənc izləyici bu məlumatı onun makler dostundan aldığını bildirib. Sual qarşısında təəccüblənə

13.12.2025 291
.

TOP MP3