Britaniyada peyvəndin hər iki dozasını qəbul edənlərin sayı 20 milyonu keçib

Britaniyada peyvəndin hər iki dozasını qəbul edənlərin sayı 20 milyonu keçibBritaniyada koronavirusa qarşı vaksinin hər iki dozasını qəbul edənlərin sayı 20 milyonu keçib.

BiG.AZ APA-ya istinadən xəbər verir ki, bu gün 391 246 nəfər koronavirusa qarşı vaksinin ikinci dozasını qəbul edib.

Bununla da ölkədə vaksinin hər iki dozasını qəbul edənlərin sayı 20 103 658 nəfərə çatıb.

Bundan əlavə 237 331 nəfər isə bu gün vaksinin ilk dozasını qəbul edib. Bununla da vaksinin ilkin dozasını qəbul edənlərin sayı 35 573 354 nəfərə çatıb.

Britaniyanın səhiyyə naziri Matt Hankok bu uğura görə öz komandasına təşəkkür edərək 20 milyon insanın bu virusdan mümkün qədər ən yüksək səviyyədə qorunduğunu bildirib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 394   Tarix: 16 may 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş