Naxçıvan bütün istiqamətlər üzrə dayanıqlı inkişafa müvəffəq olub

Naxçıvan bütün istiqamətlər üzrə dayanıqlı inkişafa müvəffəq olubÖtən illər ərzində dünyada baş verən bir sıra təlatümlü hadisələrin, qlobal böhranların, pandemiyanın yaratdığı ciddi çətinliklərin özünü daha açıq şəkildə büruzə verdiyi bir vaxtda Azərbaycan və onun dilbər guşəsi olan Naxçıvan Muxtar Respublikası nəinki bütün bunların təsirlərini minimum həddə endirməyi bacardı, həm də dinamik inkişaf tempini qoruyub saxladı. Muxtar respublikanın bölgələrində sosial infrastruktur təminatının, kommunal xidmətlərin keyfiyyətinin hər il daha da yüksəldilməsi, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılması, investisiya qoyuluşunun artması, yeni müəssisələrin və iş yerlərinin açılması, əhalinin məşğulluğunun artırılması davamlı yüksəlişi xarakterizə edən amillər sırasında yer alır.
May ayının 10-da Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasına səfəri edərək son vaxtlarda Muxtar Respubılikada görülən işlər, həyata keçirilən layihələrlə tanış olub və səfər çərçivəsində Azərbaycan Televiziyasına müsahibə verib. Dövlətimizin başçısı öz geniş müsahibəsində qeyd edib ki, bu səfər onun Naxçıvana son 18 ildə sayca 15-ci səfəri idi. Ölkə başçısı hər səfərində olduğu kimi, bu dəfəki səfərdə də mühüm infrastruktur obyektlərinin açılışını həyata keçirdi.
Qeyd edilməlidir ki, bu gün Naxçıvan Muxtar Respublikası ölkə başçısının diqqət və qayğısı nəticəsində iqtisadi artım templərinə görə Azərbaycanın ən öndə gedən bölgələrindən biridir. Naxçıvanda iqtisadi artımın əsas göstəricisi hesab olunan ÜDM (Ümumi Daxili Məhsul) 10 dəfədən çox artıb ki, bu səviyyədə iqtisadi artıma nadir hallarda rast gəlinir. Yalnız bunu demək kifayət edir ki, Naxçıvan Muxtar Respublikasının büdcəsi Ermənistanın dövlət büdcəsi ilə müqayisə olunmağa başlayıb və inanırıq ki, yaxın zamanlarda Ermənistanın büdcəsindən daha artıq olacaq.
44 günlük müharibədən qalib çıxmış ölkəmiz dövlət başçısının göstərişlərinə uyğun olaraq iqtisadiyyatını hər keçən gün daha da gücləndirir. Belə ki, iqtisadiyyatımızın əsas sahələrindən biri olan kənd təsərrüfatı ilə bağlı görülmüş işlər müsbət dinamikanı təmin edir və muxtar respublikada əsası qoyulmuş Süni Mayalanma Mərkəzinin açılışı qısa müddət ərzində Naxçıvanda heyvandarlığın inkişafına böyük töhfə olacaqdır. Bu gün Naxçıvan Muxtar Respublikasında iqtisadi artımla yanaşı, infrastruktur layihələri də uğurla icra edilir. Vaxtilə Naxçıvanda elektrik enerjisi yox idi, Ermənistan Muxtar Respublikaya gələn bütün enerji xətlərini kəsmişdi. Ermənilər bununla muxtar respublikanı blokadaya salmağa cəhd edərək, vəziyyəti daha da ağırlaşdırırdılar. Lakin əvvəlcə ümummilli lider Heydər Əliyevin, sonradan isə onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin yürütdüyü məqsədyönlü siyasət nəticəsində bu gün Naxçıvan hər şeylə tam təchiz olunub və muxtar respublikada elektrik enerjisi ilə təchizat, habelə qazlaşdırma 100 faizdir.
Onu da qeyd edək ki, bu günlərdə ölkə başçısı tərəfindən Ordubad şəhərində içməli su və kanalizasiya layihəsinin də açılışı oldu. Bundan başqa, vətəndaşlara xidmət sahəsində əsas yer tutan, dünyada bu sahədə Azərbaycan brendi olan və hazırda tikilməkdə olan 7 "ASAN xidmət" mərkəzindən biri hazırda Naxçıvanda tikilir. Bununla da ölkəmizdə "ASAN xidmət" mərkəzlərinin sayı 27-yə çatacaq. Habelə yeni uçuş-enmə zolağının istifadəyə verilməsi də muxtar respublikada turizmin inkişafına böyük təkan verəcək".
Prezident İlham Əliyevin səyləri nəticəsində Naxçıvanın müdafiə potensialının da gündən-günə möhkəmlənir. Ölkə başçısının səfəri çərçivəsində hərbi aerodromun açılışı Naxçıvanın təhlükəsizliyinin təmin edilməsi istiqamətində atılmış ciddi addımlardan biridir. Bu gün Naxçıvan Əlahiddə Ümumqoşun Ordusu öz döyüş hazırlığını yüksək səviyyədə qoruyur, qarşıya qoyulmuş əsas vəzifələrin öhdəsindən layiqincə gəlir. Belə ki, Vətən müharibəsində Naxçıvan Ordusunun hərbçiləri də çox böyük şücaət göstərdilər, habelə uğurlu Günnüt əməliyyatı ordunun tam hazır olmasını bir daha sübut etdi.
Ölkəmizin bir parçası olan muxtar respublikada da hərbi qulluqçular, onların ailə üzvlərinin qayğıları daim diqqət mərkəzində saxlanılmış, onların məişət şəraitinin yaxşılaşdırılması istiqamətində bütün addımlar atılmışdır. Ölkə başçısı tərəfindən muxtar respublikada hərbi hospitalın açılışı da bu qəbildən əlamətdar hadisədir.
Uzun illər blokada şəraitində yaşayan bir diyarın müasir dövrün digər çətinliklərinə də sinə gərərək inkişaf etməsi Azərbaycan dövlətinin tarixi nailiyyətidir. Muxtar respublikada bütün Dövlət proqramlarının, infrastruktur layihələrinin reallaşdırılması, lazımi islahatların vaxtında aparılması uğurlu nəticələr əldə olunmasına şərait yaradıb, irimiqyaslı quruculuq, abadlıq işlərinin davam etdirilməsinə, kənd təsərrüfatı, sənaye sahəsi də daxil olmaqla, bütün istiqamətlərdə yeni-yeni uğurların qazanılmasına rəvac verib.
Bütün bunlar deməyə əsas verir ki, Naxçıvan Muxtar Respublikasında ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş inkişaf xətti Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirilir.

İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Naxçıvan bütün istiqamətlər üzrə dayanıqlı inkişafa müvəffəq olub


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 474   Tarix: 16 may 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Niyamla Aynur barışıb? - VİDEO

Bir müddət küsülü olan müğənni Niyam Salami ilə duet ortağı Aynur Dadaşova barışıblar. xəbər verir ki, sənətçi Niyam Salami ATV-də yayımlanan "Günaylı Gün" verilişində telefonla canlı bağlantıya qoşularaq, Aynur Dadaşovanı salamlayıb. O yaxın günlərdə Aynurla yeniden duet oxuyacağını bildirib

25.04.2024 414
.

"18 yaşına çatmış hər bir vətəndaşının mülki silah əldə etmək hüququ var" - Vəkil

Azərbaycanda silah sıravi vətəndaşlar üçün nə qədər əlçatandır? Azərbaycan Respublikasının 18 yaşına çatmış hər bir vətəndaşının mülki silah əldə etmək hüququ vardır. Mülki silahı əldə etmək istəyən vətəndaş yaşadığı ərazi polis orqanına və ya Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsin

25.04.2024 666
.

"Kaş hamı Cavanşir Məmmədov kimi yaşayardı"

Əməkdar artist Elza Seyidcahan mərhum həmkarı Cavanşir Məmmədovdan danışıb. Axşam.az xəbər verir ki, müğənni "Elgizlə izlə" verilişində ifaçının ölümündən danışıb. "Ölüm haqdır. Bilə bilmərik ki, kim harada öləcək. Kimə torpaq qismət olacaq, ya yox. Heç kim bilmir necə öləcək. Allahı

25.04.2024 472
.

"Yaşımı heç vaxt sirr saxlamadım"

Aktrisa Xəyalə Quliyeva doğum günü münasibətilə sosial media hesabında paylaşım edib. OLAY yazır ki, o, yaşını göstərən şarların da olduğu fotosunu izləyiciləriylə bölüşərək yaşını heç vaxt sirr saxlamadığını bildirib. "Yaş qadının ən böyük sirridir deyiblər. Bu mövzuda heç vaxt sirr saxlamadım

10:24 0
.

İnfarkt riskini sıfıra endirən şirə

Bir çox ölümcül tibbi problemlərə səbəb olan qan təzyiqi və xolesterini aşağı salmağın çox asan yolu var. Mütəxəssislər bildirirlər ki, gündə cəmi iki stəkan albalı şirəsi içmək bəzi ölümcül tibbi fövqəladə halların baş vermə ehtimalını azaltmaq üçün kifayət qədər güclü təsir göstərə bilər. xəbər veri

25.04.2024 525
.

Müştəri bərbərdən narazı qaldı, iş yerini güllələdi - VİDEO

Türkiyənin İstanbul şəhərində müştəri bərbərdən narazı qalıb. BİG.AZ xəbər verir ki, müştəri qiymətin artımın biləndən sonra əsəbləşərək iş yerini güllələyib. Hadisə ərazidəki təhlükəsizlik kameraları vasitəsi ilə qeydə alınıb. Həmin görüntüləri təqdim edirik:

25.04.2024 161
.

Qəzzada 34305 adam ölüb

İsrailin hücumlarını davam etdirdiyi Qəzzada 34305 insan ölüb. xəbər verir ki, Qəzzada Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada İsrailin 202 gündür Qəzza zolağında həyata keçirdiyi hücumlarla bağlı məlumat verilib. İsrail ordusunun Qəzza zolağına son 24 saatda həyata keçirdiyi hücumlarda dah

25.04.2024 193
.

Suren Papikyan Avropa Şurasının Yerevan ofisinin rəhbərinin başçılıq etdiyi nümayəndə heyətini qarşılayıb

Ermənistanın müdafiə naziri Suren Papikyan Avropa Şurasının Yerevan ofisinin rəhbəri Maksim Lonqanqenin başçılıq etdiyi nümayəndə heyətini qarşılayıb. xəbər verir ki, bu barədə erməni mətbuatı bildirib. Görüş zamanı AŞ-nin İrəvandakı ofisi tərəfindən "Ermənistan Silahlı Qüvvələrində insan hüquqlarını

25.04.2024 202
.

Azyaşlı 6-cı mərtəbədən yıxılıb sağ qaldı

Rusiyanın Leninqrad vilayətində beş yaşlı uşaq altıncı mərtəbədən yıxılaraq sağ qalıb. -ın yerli mediaya istinadla məlumatına görə, hadisə Vsevolojsk rayonunun Staraya kəndində baş verib. Valideynlərinin nəzarətsizliyi ucbatından beş yaşlı qız altıncı mərtəbədə açıq pəncərədən yıxılıb. Uşaq təcili xəstəxanay

25.04.2024 420