Bakıda DƏHŞƏTLİ HADİSƏ: Qardaşını xilas etdi, özü öldü

Bakıda DƏHŞƏTLİ HADİSƏ: Qardaşını xilas etdi, özü öldüGecə saatlarında Bakının Qaradağ rayonunda dəhşətli yol nəqliyyat hadisəsi baş verib.

Hadisə Sənqəçal qəsəbəsində qeydə alınıb.

Yolu keçmək istəyən bir nəfəri "Mercedes Vito" vurub. Piyada hadisə yerində ölüb.

Şahidlərin sözlərinə görə, iki qardaş yolu keçmək istəyib. Qardaşlardan biri sürətlə gələn avtomobili görüb və digərini itələyib. Qardaşını xilas edə bilsə də, özü aldığı zərbədən yerindəcə həyatını itirib.(oxu.az)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3991   Tarix: 16 may 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş