Möhtəşəm qadının 9 SİRRİ

Möhtəşəm qadının 9 SİRRİMöhtəşəm qadın kişiləri daxili vəziyyəti ilə cəlb edir. Zəkası, yaşı, sosial statusu, xarakter xüsusiyyətləri əslində ikinci sırada dayanır. Özündən və həyatından zövq alan qadınlar kişilərin diqqətini maqnit kimi özünə çəkir. Bu, asan iş deyil, ancaq bir neçə dəfə cəhd etməklə imtina edilməsi mümkün olmayan "güclü maqnit"ə çevrilmək öz əlinizdədir.

BiG.AZ publika.az-a istinadən bu yazıda oxucuları psixoloq Yuliya Sviyaşın möhtəşəm qadınların 9 sirri haqqında yazdığı qaydalarla tanış edib.

Başqa birinə məhəbbət özünüzə olan sevgi ilə başlayır. Amma insanların çoxu düşünür ki, insana özgüvən sevilmək duyğusu ilə birlikdə gəlir. Yadda saxlayın ki, qadın özünü sevməyənə qədər həyatına gələn hər bir kişi onu sadəcə tək qalmaq qorxusundan qurtarmağa çalışan psixoterapevt rolunu oynayacaq. Reallıq odur ki, dərin məhəbbət insanın özünə sevgisi nəticəsində yaranır. O zaman kişiyə məhəbbətin ən yüksək təzahürü doğulur. Münasibətlər daha özünüzü faydalı hiss etmək üçün atılan bir cəhd olmayacaq.

Kişilər qadının zahiri görkəmini deyil, onun yanındakı rahatlığı və vəziyyəti sevir. Kişilərə özünü xüsusi hiss etdirən qadın həmişə əks cinsin diqqət mərkəzində olacaq, sevgi münasibətlərində də uğur qazanacaq. Bu vəziyyət kişiləri maqnit kimi cəlb edəcək. Əsl qadın kişiyə sevgi bəxş etmək üçün qadınlıq xüsusiyyətlərini inkişaf etdirir. Qadının gözəl və sosial baxımdan uğurlu olması o demək deyil ki, əsl qadınlıq xüsusiyyətlərinə malikdir. Əsl qadın kişiyə ağıl, gözəllik və bədən vəd etmir, onu öz enerjisi isə bütün neqativ duyğulardan arındırır.

Sevmək istəyi ürəkdən gəlir. Bu, əsl qadının ətrafında layiqli namizədlərin olub-olmamasından asılı deyil. Qadın ətrafında özünə yaraşan birinin olmadığını düşünürsə, bu ondan xəbər verir ki, sevməyə hazır deyil. Onun axtarışları başqa yöndədir. Bəlkə də sevməyə qorxur. Ətrafındakı kişilər isə ona yalnız daxili vəziyyətini xatırladacaq. Əsl sevginin dərin qatlarına enməyi bacaran qadın üçün "Layiqdir, ya deyil" sualı mühüm əhəmiyyət kəsb etməyəcək.

Qadının eşqə olan səxavəti sevgini özünə cəlb edir. Bir qadın sevilmək istəyirsə, sahib olduğu, toxunduğu və gördüyü hər şeyi sevgi ilə doldurmağı bacarmalıdır. Sevgi bəxş etmək, zövq almaq, ötürmək, göstərmək və bu barədə danışmaq... Sevgi həm də nəfəs verməkdir, sevdiyi kişi onun üçün yalnız enerji aldığı bir obyekt olmamalıdır. Əgər ətrafınıza sevgi qığılcımları ötürsəniz, təbii olaraq sizi tapacaq.

Kişilər tanrılardır. İstənilən kişi tanrıdır. Əgər o sizi Tanrı kimi təsirləndirmirsə, deməli, tənqidçi gözü ilə baxırsınız. Tanrı kişidə yalnız bir faiz təzahür edə bilər. O, hələ həyatına başqa bir nəfəs gətirən qadınla qarşılaşmayıb. Əsl qadın kişilərdə tanrıları görür. Əsl qadın kişilərlə rəqabətə girmir və mükəmməlliyini onlara sübut etməyə çalışmır. Onları dəyişdirmir və onları öyrətmir. Hər birinin ən yaxşı tərəflərini görür və qiymətləndirir. Qadınlıq tərəflərini özündə inkişaf etdirən qadın kişilərə rəğbət və hörmət bəsləyir. Bu yanaşma həyatına maraqlı və ləyaqətli kişiləri cəlb etmək üçün münbit şərait yaradır.

Kişiləri cəlb etmək üçün qadın ilk növbədə özünə heyran olmalıdır. Bir qadın kişilərə ilham vermək istəyirsə, ilham pərisi özü olmalıdır. Kişini alovlandırmağa çalışan qadın özü də kiçik bir alov olmalıdır. Qadın cazibəsini həyat eşqi, kiçik sirləri, romantikası və müəmması təşkil edir. Qadının kimi heyran etməsinin heç bir əhəmiyyəti yoxdur. "Qarşısıalınmaz füsunkarlıq" hiss edilməməsi mümkün olmayan daxili işıq yaradır.

Möhtəşəm qadın hərəkətverici qüvvədir. O, bunu bacarır. Qadın kişidə özünün güclü tərəflərini göstərmək arzusunu oyadır, ona "məcbursan" öhdəliyini qoymur, əksinə, onu "Qəhrəman və şahzadə" nağılına dəvət edir. O, müdafiəsiz zəriflik və kövrəklik illüziyası yaradaraq, öz partnyorunu heyrət dolu baxışları və heyranlıq ilə süzəcəyi cəsur addımlara ruhlandırır. Əsl qadın zərif, kövrək obrazından çıxmadan, gözəgörünməz sehri ilə kişini tədricən ona doğru irəliləməyə vadar edir.

Möhtəşəm qadın feminist klublarında da iştirak etmir. Özünə arxayın olan qadın "Bütün kişilər eynidir" kimi ümumiləşdirmələr etmir. Bütün kişilərin fərqli olduğunu bilir. Hər qadın öz kainatını yaradır və həyatına cəlb etdiyi kişilərin əhatəsinə düşür. O, cinsi müharibə atəşini yandırmayacaq və kainatın qeyri-kamilliyi ilə əylənməyəcək. Sevdiyi kişi haqqında dostlarına danışarkən çatışmazlıqlarını vurğulamayacaq, onu tənqid etməyəcək və ləyaqətsiz kimi göstərib dəyərsizləşdirməyəcək.

Möhtəşəm qadın xoşagəlməz vəziyyətlərdə də qərəzsiz, düzgün və mehriban danışmağı bilir. Səhvini kişilərə elə söyləyir ki, alçaltmasın, əksinə, onları yaxşılığa doğru dəyişməyə məcbur etsin. Çatışmazlıqlardan və səhvlərdən danışmaq lazım olsa belə, xeyirxah olmaq böyük qadın sənətidir. Önəmli olan qadının nə deməsi deyil, necə danışmasıdır. Elə danışmalısınız ki, nə səs tonunuz, nə də jestləriniz qarşı tərəfi incitsin. Müdrik qadın danışdığı şəxsin öz ləyaqət hissi ilə danışır. Tənqidi elə təqdim etmək lazımdır ki, qarşı tərəfi ruhlandırmağa xidmət etsin. O, həmişə kişini seçim qarşısında qoyur: dəyişmək, ya yox.


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1234   Tarix: 15 may 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Bu şəxslərə soğan yemək olmaz

Soğan sağlamlıq problemlərinin siyahısını genişləndirə bilər. Diyetoloq, Kanada Diyetoloqlar Birliyinin üzvü Nataliya Nefedova bu barədə danışıb. O bildirib ki, soğan xüsusilə mədə-bağırsaq traktının işinin pozulmasına səbəb ola bilər. N.Nefedova "Sputnik" radiosuna verdiyi müsahibədə qey

12.09.2021 2801
.

Gecə paltarı ilə yatmayın - SƏBƏB

Gözəl, sağlam və rahat bir yuxu üçün yatarkən gecə paltarı geyinməyin. Hətta qışda belə. Bəs niyə gecə paltarı ilə yatmamalıyıq?. -a istinadən məlumat verir ki, insanların təxminən 40 faizi yatarkən gecə paltarı geyinirlər. Xüsusilə qış aylarında qalın "pijamalar" da yatmaqla daha rahat olacaqların

16.09.2021 3554
.

Binanın qarşısından keçən qadının üstünə armatur düşdü – ANBAAN VİDEO

Türkiyənin Çorum şəhərində qadın tikintisi davam edən binanın qarşısından keçərkən ciddi təhlükə ilə üzləşib. -a istinadən xəbər verir ki, hadisə anbaan inşaat meydançasının təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Görüntülərdə qadının onun üstünə düşən armatur dirəklərdən yayınmağa çalışdığ

14.09.2021 1946
.

Aygün Kazımovanı arxada qoydu, 31 yaşında Amerikada güllələndi – Azərbaycanlı müğənninin faciəvi həyatı

Sevil Maqsud qızı Hacıyeva 3 oktyabr 1968-ci ildə Bakı şəhərində anadan olub. Gənc yaşlarından etibarən musiqi fəaliyyətinə başlayan Sevilin qısa zaman ərzində istedadı kəşf edilir və müxtəlif musiqi tədbirlərində çıxış etməyə başlayır. Azərbaycan Dövlət Konservatoriyasının fortepiano şöbəsində təhsi

12.09.2021 3724
.

Evlənməzdən əvvəl özünüzdən bunları soruşun – 12 SUAL

Evlənirsiniz, yaxud gələcəkdə ailə qurmağı planlaşdırırsınız? Belə vacib qərar verməzdən əvvəl özünüzdən soruşmalı olduğunuz suallara cavab vermisinizmi? Uzun sürən bu macəraya başlamazdan əvvəl nələrə diqqət etməlisiniz?. -a istinadən sizə evlənmədən öncə özünüzdən soruşmalı olduğunuz 12 sualı təqdi

15.09.2021 1571
.

İnsanın ömrünü 50 il uzatmaq mümkün olacaq? - Yapon təcrübələri əsasında YENİ TEXNOLOGİYA

Dünyanın ən varlı adamı, Amazon -un qurucusu "Jeff Bezos", ölümsüzlüyə qədər qocalma ilə mübarizə texnologiyaları yaradan "Altos Labs" startapının sərmayəçisi olub. Bu barədə "MIT Tech Review" məlumat yayıb. Şirkət yaşlanma prosesini öyrənir və qocalmanı məğlub etmək üçü

11.09.2021 2356
.

Türkiyədə İLK: 3D printerlə insan beyninin nüsxəsi hazırlandı - VİDEO

Nevrologiya mütəxəssisi professor Sultan Tarlacı Türkiyədə ilk dəfə olaraq 3D printerlə insan beyninin dəqiq nüsxəsini hazırlayıb. Oxu.a-a istinadən xəbər verir ki, keçmişdə beyinin içindəki quruluşu anlamaq üçün silikon yerləşdirmə kimi xam üsullar istifadə olunurdu, ancaq bu inkişafla beyinin xaric

13.09.2021 490
.

Pitbul küçədə səkkiz yaşlı uşağa hücum etdi - VİDEO

Türkiyənin Çorum şəhərində səkkiz yaşlı oğlan pitbul cinsli itin hücumuna məruz qalıb. -a istinadən xəbər verir ki, insident ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Yeniyetmə oğlan ətrafdakı insanların köməyi ilə itin hücumundan xilas edilsə də, onun müxtəlif xəsarətlər aldığ

14.09.2021 1051
.

Körpüyə görün hansı ad verildi - FOTOLAR

ABŞ-ın Oreqon ştatının Portland şəhərində piyada körpülərindən birinə "Simpsonlar" ("The Simpsons") cizgi filminin personajının adı verilib. xəbər verir ki, bu barədə yazır. Belə ki, həmin körpü "Simpsonlar" cizgi filmindəki Ned Flanders personajının şərəfnə adlandırılıb

15.09.2021 1164
.

TOP MP3