Evli ola-ola bir qadına vuruldu, arvadı sevgilisinə yazdığı şeirləri gizli oxudu - Musa Yaqubun nağıl kimi həyatı

Evli ola-ola bir qadına vuruldu, arvadı sevgilisinə yazdığı şeirləri gizli oxudu - Musa Yaqubun nağıl kimi həyatıBiG.AZ Kulis.az-a istinadən Xalq şairi Musa Yaqub haqqında maraqlı faktları təqdim edir.

Yaqubov Müsavat Səfiməmməd oğlu 1937-ci il mayın 10-da İsmayıllı rayonunun Buynuz kəndində anadan olub. Göyçay pedaqoji məktəbini bitirdikdən sonra Tircan kənd orta məktəbində müəllim, Buynuz kənd ibtidai məktəbində müəllim və müdir işləmişdi. 1967-ci ildə ADU-nun filologiya fakültəsinə daxil olub, qiyabi təhsil alır.

***

Bakıya köçəndən sonra Azərbaycan Yazıçılar İttifaqında bədii ədəbiyyatı təbliğ bürosunda direktor müavini, "Azərbaycan" jurnalında poeziya şöbəsinin müdiri vəzifəsində çalışır.

Ədəbi fəaliyyətə 1957-ci ildə "Azərbaycan" qəzetində çap olunan "İki qəlb, iki dünya" poeması ilə başlayır. İsmayıllı rayon Xalq Deputatları Sovetinin deputatı seçilir. M. F. Axundov adına mükafata layiq görülür.

***

O, 24 may 2019-cu ildə "Azərbaycan Respublikasının xalq şairi" fəxri adına layiq görülür.

***

Ən məşhur şeiri "Bu dünyanın qara daşı göyərməz"dir. Heç bir şairin şeirinə bu şeirə yazıldığı qədər nəzirə yazılmayıb.

***

"Bu dünyanın qara daşı göyərməz"lə bağlı başqa bir fakt... Sosialist inqilabının ildönümü ilə bağlı şeir məclisi təşkil olunubmuş. Bütün tanınmış şair-yazıçılar orda iştirak edirmiş. Şair Qabil Mirzə İbrahimova deyib ki, Musa Yaqubun yaxşı şeiri var, icazə verin oxusun. "Bu dünyanın qara daşı göyərməz" şeirinin sosialist inqilabının ildönümündə yaxşı qarşılanmayacağını düşünən Musa Yaqub istəyib ki, başqa şeir oxusun. Qabil israr edib ki, həmin şeir səslənsin. Musa Yaqub ayağa qalxıb şeiri deyib. İçəriyə ölü sükut çökür. Rəsul Rzanın bu yerdə səsi eşidilib: "Çox gözəl şeirdir". Və ondan sonra Musa Yaqubu gurultuyla alqışlayıblar.

Şeirin yaranma tarixçəsini Musa Yaqub belə danışır:

"Mən Əhmədli qəsəbəsində qalanda axşamlar bizim pəncərəyə işıq düşürdü. Yaxınlıqda əhəng daşı yandırırdılar. Səhərəcən o daşların səsini eşidir, onların necə əziyyət çəkdiyini hiss edirdim. Daşlar yandıqca qaralır, sonra ağarırdı. "Əhəng daşı" adlı şeir də yazdım. Amma ürəyimdə yenə nəsə qaldı. Zaman-zaman deyilə-deyilə, hallana-hallana, canımda-ruhumda bişə-bişə gəlib belə bir şeirə döndü o duyğular. Mən o şeiri yazmadım. Eləcə ayağa qalxıb Sabir adına kitabxanadakı məclislərin birində oxudum. Qabil də hamı kimi ilk dəfə orda eşitmişdi".

***

Musa Yaqub həm də təbiət şairi kimi tanınıb. Ağaclara olan sevgisi barədə ona sual veriləndə şair deyir: Ağaclara olan sevgimə görə bəlkə Allah mənə əlimdəki çəliyi mükafat verdi.

Məktəb vaxtı Sabir adlı sinif yoldaşı Stalinə şeir yazıbmış. Musa Yaqub sinfin əlaçısı idi, amma bu şeir yazmaq məsələsi onu düşündürüb. "Əlaçıyamsa gərək mən də şeir yazım" deyib və o gündən şeir yazmağa başlayıb.

***

Göyçayda bir xanıma aşiq olub. Amma bu sevgisi baş tutmayıb. Musa Yaqub o sevgidən ilhamlanaraq çoxlu şeirlər yazıb.

***

Deyilənə görə, sevdiyi qadın özündən yaşca böyük imiş. Sonradan Musa Yaqub çox çətinliklə evləndiriblər. Anası öz kəndlərindəki bir qıza elçi düşüb. Musa Yaqubun sonradan həyat yoldaşı olan həmin qız gizlicə onun məhəbbət şeirlərini oxuyurmuş. Bir gün qısqanclığı ortaya çıxır. Musa Yaquba deyir ki, mənə heç şeir yazmamısan. Şair də etiraf edir.

***

Musa Yaqub ən qalın şeir kitabı olan şairdir. Onun kitablarından biri min səhifədən çoxdur.

Musa Yaqubun 70 illik yubileyində Vaqif Səmədoğlu etiraf edib: "Musa Yaqubun yanında mənə xalq şairi deyəndə xəcalət çəkirəm. Çünki əsl xalq şairi Musa Yaqubdur".

***

Həmişə yeyib-içən adam olub Musa Yaqub. Dediyinə görə, 10 yaşından içir. Araq içməyinin tarixçəsi də maraqlıdır: "Malyariya xəstəliyinə tutulmuşdum, dəhşətli qızdırmam olurdu. Kimsə anama demişdi ki, araq içirtsən düşər. O da araq verirdi mənə".

***

Əsl adı Müsavat olub. Cümhuriyyətin şərəfinə atası qoyubmuş. Sonra "vat"ı atıblar "Musa" qalıb.

***

Müsahibələrinin birində deyib: "Mən ömründə otaqda şeir yazmamışam. Fikirləşə-fikirləşə, duyğulana-duyğulana şeirlərimi təbiətin ağuşunda yazmışam".

Doğulub, boya-başa çatdığı və dünyada ən çox sevdiyi Buynuz kəndini ona görə tanıyırlar. Çox vaxt bu kəndə "Musa Yaqubun kəndi" deyirlər.

***

Musa Yaqubun yaşı 80-i keçsə də onun saçları ağarmamış, qapqara qalmışdı. Saçının hələ də qara olmasına özünün açıqlaması belə idi: "Çoxları yazanda başı ilə düşünür, mən isə ürəyimlə. Saçım ona görə ağarmayıb".

***

Onu dağdağan ağacına oxşadırlar. Şair Məmməd İsmayıl deyib ki, Musa Yaqubun əlinə müqəddəs dağdağan ağacı kimi əski bağlayıb niyyət eləmək olar.

O, həyatda da bu cür xeyirxah və əliaçıqdır. Füzuli rayonundan qaçqın düşən şair Mətləb Misirin ailəsinə öz evində uzun müddət sığınacaq verib, onlara ən ağır günlərindən yaxından köməklik edib.

***

Millət vəkili olan vaxt Milli Məclis haqqında çox sərt bir şeir yazmışdı. Bu şeir bir çox dairələrdə etirazla qarşılanmışdı. Həmin şeir bduur:.

Ürək telim buz bağladı,
Dondurdu sırsıra məni,
Mən hara, bu məclis hara,
Kim gətirdi bura məni?

O zorbala, bu ərköyün,
Üz qırmızı alın düyün,
Açması yox bu örtüyün,
Salacaqlar tora məni.

Bir az susdum, bir az dedim,
Bu oyundan xilas dedim,
Ha üç badam bir qoz dedim,
Qoşdular bu xora məni.

***

Musa Yaqubun İsmayıllıdakı evi o regiona yolu düşən bütün ədəbiyyat adamlarının doğma evi olub. Ədəbi mühitdən o evə getməyən nadir şair-yazıçı tapmaq olar. O evə getməyən və Musa müəllimin süfrəsində oturmayan...

Şair həm təmizliyinə, həm də təbiətə bağlılığına görə gah şaman, gah buddist hesab edənlər vardı. Qəribədir, Musa müəllim özü bu sözlərin mənasını müfəssəl bilməyib.

***

Musa Yaqub həkimlərin məsləhətinə əməl edərək bir ay dilinə araq vurmur. İçki içmədiyi günlərdə də məclislərdə iştirak edən şair araq içənlərin hamısının bir-birini təkrarladığını görüb təəccüblənir. Öz-özünə deyir, ilahi, içənlərə qoşulmadan üç-dörd saat məclisdə əyləşmək necə əzablıdır. Sonra içindəki səsə əlavə edir: "Ay dadi-bidad, gör illərlə məclisdə içəndə ayıqlara nə qədər zülm eləmişəm".

***

Musa Yaqubun "Taleyin qisməti" şeiri ünvanlı olub. Yəni başqa bir xanıma yazılıb. Şair özü də etiraf edir ki, 1986-cı ildə yazdığı bu şeiri 40 yaşında vurulduğu bir qadına yazıb. "Həyat yoldaşınız qısqanmırdı?" - sualına isə belə cavab verib: "Məni şeirə bağışlayırdı".

Şair həyat yoldaşı Zöhrə xanıma heç vaxt şeir yazmadığını desə də, onun ölümündən sonra etiraf edib: "Qadınsız yaşamaq, ürəyinin dərdini həyat yoldaşıyla bölüşə bilməmək əzabdır. O, gedəndən sonra hiss etdim ki, əslində ona çox şeirlər yazmışam."

***

Musa Yaqub eynən dostu Məmməd Araz kimi parkinson xəstəliyindən əziyyət çəkirdi.

O, 7 may 2021-ci ildə, ad gününə üç gün qalmış 84 yaşında vəfat etdi. Xalq şairi vəsiyyətinə əsasən doğulduğu Buynuz kəndində valideynlərinin və həyat yoldaşının məzarı yanında torpağa tapşırılıb.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1648   Tarix: 14 may 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Hava kəskin DƏYİŞİR - Temperatur 7 dərəcə enəcək, qar yağacaq

Dekabrın 13-ü gündüzdən 14-ü gündüzədək ölkə ərazisində hava şəraitinin arabir yağıntılı olacağı, şimal-qərb küləyinin güclənəcəyi gözlənilir. Bu barədə BİG.AZ-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, havanın temperaturu ötən günlərlə müqayisədə 5-7 dərəcə aşağı enəcək

13.12.2025 385
.

Səidə Haqverdiyeva vəzifədən azad olundu

Azərbaycan Dövlət Kukla Teatrında kadr dəyişikliyi baş verib. xəbər verir ki, teatrın quruluşçu rejissoru Səidə Haqverdiyeva tutduğu vəzifədən ayrılıb. O, bu barədə özü məlumat verib. Bildirilib ki, S.Haqverdiyeva işdən öz ərizəsi əsasında azad olunub

13.12.2025 175
.

Azərbaycanda gəlin qayınanası və baldızını qaynar çayla YANDIRDI

Astarada gəlin qayınanası və baldızına yanıq xəsarətləri yetirib. BİG.AZ -a istinadla xəbər verir ki, hadisə rayonun Şahağacı kəndində qeydə alınıb. Kənd sakini, 45 yaşlı Süsən İmanova (ad və soyad şərtidir) toy yığıncağında iştirak etmək üçün oğlu ilə birgə əmisi arvadı olan qayınanasının evinə gedib

13.12.2025 188
.

Almaniyada polis milad yarmarkasından təxminən 120 nəfəri təxliyə edib

Polis Almaniyanın Duderştatd şəhərində milad yarmarkasından təxminən 120 nəfəri potensial təhlükə səbəbindən təxliyə edib. "Report"un məlumatına görə, bu barədə Bild qəzeti yazır. Buna səbəb kimi potensial terror təhlükəsi haqqında məlumat olub. Şahidlər gənc bir oğlanın odlu silahla gördüklərin

13.12.2025 124
.

Yeni ildə neçə gün İŞ olmayacaq?

31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar ölkədə bir həftəlik tətilin elan olunması hələ də ictimaiyyətin gündəmindədir. Müzakirələr əsasən bayram günlərinin ardıcıllığını təmin etmək məqsədilə aparılır. Əvvəlcə mediada məlumat yayıldı ki, 2025-ci ilin 29

13.12.2025 297
.

Dövlət mülkiyyətinə keçirilmiş mallar üzrə hərrac keçiriləcək

Gələn il yanvarın 9-da dövlət mülkiyyətinə keçirilmiş malların satışı üzrə növbəti gömrük hərracı təşkil olunacaq. Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən xəbər verir ki, hərraca müxtəlif kateqoriyalar üzrə dövlət mülkiyyətinə keçirilmiş mallar çıxarılacaq. Onların arasında avtomobil ehtiyat hissələri

13.12.2025 108
.

Məşhur yazıçı vəfat etdi

Məşhur britaniyalı yazıçı Joanna Trollop 82 yaşında vəfat edib. Axşam.az xəbər verir ki, bu barədə onun ailəsi məlumat yayıb. Joanna Oksfordşirdəki evində dünyasını dəyişib. Onun ölüm səbəbi açıqlanmayıb. Qeyd edək ki, Joanna Trollop romantik və ailə hekayələrinə həsr olunmuş məşhur romanların müəllifidir

13.12.2025 141
.

ABŞ-nin xüsusi elçisi: Lukaşenko ilə münasibətlərimizin nizamlanmasını müzakirə etdik

Minskdə Belarus Prezidenti Aleksandr Lukaşenko ilə iki ölkə arasında münasibətlərin nizamlanması məsələlərini müzakirə etdik. "Report" Belarus KİV-inə istinadən xəbər verir ki, bu barədə Con Koul görüşlərin yekunları ilə bağlı məlumat verərkən verib. Onun sözlərinə görə, A.Lukaşenko ilə danışıqla

13.12.2025 124
.

"Azərişıq" işçisini cərəyan vurub öldürdü

Abşeronda kişini cərəyan vuraraq öldürüb. xəbər verir ki, hadisə Mehdiabad qəsəbəsinin ərazisində baş verib. Elektrik dirəyində təmir işləri görən "Azərişıq" ASC-nin əməkdaşı, 31 yaşlı Fatmayı kənd sakini Ülvi Bəhrəm oğlu Məcidlini cərəyan vurub. Nəticədə o, hadisə yerində ölüb. Faktla bağl

13.12.2025 179
.

TOP MP3