Rafet El Roman Bakıda növbəti dəfə konsert verib

Heydər Əliyev Sarayında keçirilən konsert "Səs Organization"un rəhbəri Nahid Emiloğlunun təşkilatçılığı ilə baş tutub. İki saata yaxın davam edən konsertə gələnlər arasında sənətçinin Bakıdakı fanatları da olub. Sənətçi iki mahnı ifa edəndən sonra özünü ona bənzədən pərəstişkarlarından biri gül dəstəsi ilə səhnəyə çıxaraq müğənniyə ürək sözlərini çatdırıb: "Mənim adım Elşad El Romandır. Sizin bütün konsertlərinizə gəlirəm. Hər dəfə sizinlə söhbət edəndə həyəcandan əsirəm. Hətta mən yeni Rafet El Roman kababı da bişirməyə başlamışam. Sizi də o kababı dadmağa dəvət edirəm". R.E. Roman isə onun şərəfinə hazırlanan kababı mütləq dadacağını bildirib. Sənətçi pərəstişkarı ilə bərabər repertuarındakı mahnılardan birini ifa edib. R.E.Roman onunla şəkil çəkdirib imza almaq istəyində olan tamaşaçılarla xoş rəftar edib, onların istəklərini həyata keçirib: "İnanın ki, Azərbaycan üçün çox darıxmışdım və bu səfəri səbirsizliklə gözləyirdim. Bu səfərimdə bir başqa Bakını gördüm. Azərbaycan tamaşaçıları çox gözəl ürəyə sahibdirlər. Həm konsertə bilet alırsınız, həm də çiçəyə pul verib mənə gül dəstəsi gətirirsiniz. Bu ancaq Azərbaycan tamaşaçasına xas bir xüsusiyyətdir".
Konsertin birinci hissəsində R. E. Roman tək çıxış etsə də, ikinci hissədə "Aşkı viranə" mahnısını birgə ifa etdiyi gənc müğənni Yusiflə birgə səhnəyə çıxıb. R. E. Roman Yusiflə "Aşkı viranə"ni iki dəfə oxuyub. Azərbaycana ilk dəfə səfər edən Yusif hind, ərəb, ispan dillərində də bir neçə mahnı oxuyub. R. E. Roman konsertdə həm ən çox sevilən mahnılarını oxuyub, həm rəqs edib, həm də gitara çalıb.
Konsertdən sonra jurnalistlərlə görüşən R. E. Roman konsertdən razılığını bildirib: "Düzdür, Azərbaycana ilk gəlişimlə budəfəki gəlişim arasında fərqlər var. O zamanlar daha isti qarşılanırdım. Ancaq konsertimə hələ də gəldiklərinə görə onlardan çox razıyam".
Noyabrın 29-na kimi Bakıda olacağını bildirən sənətçi, bu gün paytaxtı gəzmək fikrindədir. R.E.Roman onu da deyib ki, bu gün o, paytaxtda kçeiriləcək toy mərasimlərindən birində də iştirak edəcək. Yusif isə Azərbaycanı çox svediyini dilə gətirib və tezliklə növbəti dəfə konsert vermək arzusunda olduğunu deyib. R. E. Roman və Yusif konsertdən sonra türkiyəli sənətçi Çelikin Bakıdakı "Paris" restoranın qonağı olublar.

Rafet El Roman Bakıda növbəti dəfə konsert veribRafet El Roman Bakıda növbəti dəfə konsert veribRafet El Roman Bakıda növbəti dəfə konsert veribRafet El Roman Bakıda növbəti dəfə konsert veribRafet El Roman Bakıda növbəti dəfə konsert veribRafet El Roman Bakıda növbəti dəfə konsert veribRafet El Roman Bakıda növbəti dəfə konsert veribRafet El Roman Bakıda növbəti dəfə konsert veribRafet El Roman Bakıda növbəti dəfə konsert veribRafet El Roman Bakıda növbəti dəfə konsert veribRafet El Roman Bakıda növbəti dəfə konsert verib


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 4395   Tarix: 29 noyabr 2008  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Eşq çox gözəl hiss, böyük həyəcandır" - Hadise

"Eşq çox gözəl hiss, böyük həyəcandır. Amma yaxşı olacaqsa,olsun". xəbər verir ki, bu sözləri türkiyəli müğənni Hadise deyib. "Bədbəxt edəcək heç kimə icazə verməyin, həyatınıza daxil etməyin" ,- deyə o əlavə edib

07.05.2024 386
.

Nebahat Çehre əməliyyat olundu

Türkiyəli aktrisa Nebahat Çehre bir neçə gün əvvəl özünü pis hiss etdiyi üçün xəstəxanaya yerləşdirilib. Axşam.az xəbər verir ki, aktrisanın ürəyinə stent qoyulub. Hazırda onun vəziyyətinin yaxşı olduğu və müalicəsinə ev şəraitində davam etdiyi bildirilib. Qeyd edək ki, Nebahat son olaraq "Menajerim

07.05.2024 533
.

3 uşaq anası Aysel Teymurzadə gözəlliyi ilə HEYRAN ETDİ - YENİ FOTO

"Avroviziya" təmsilçilərimizdən olan Aysel Adıgözəlzadə (Teymurzadə) sosial mediada paylaşım edib. xəbər verir ki, ifaçı yeni fotosunu instaqram hesabında paylaşıb. Fotoya çoxsaylı təriflər yazıblar. Qeyd edək ki, Aysel Xalq artisti Murad Adıgözəlzadə ilə ailəlidir. Cütlüyün üç övladı var

04.05.2024 4039
.

Murad Yıldırım "Teşkilat"dan gedir

"TRT 1" kanalında yayımlanan "Teşkilat" serialında gözlənilməz ayrılıq yaşanacaq. Axşam.az xəbər verir ki, ekran işinə baş rolu canlandıran Murad Yıldırım vida edəcək. Qeyd edək ki, ekran işi 11-ci bölümdə mövsüm finalı edəcək

05.05.2024 357
.

Türk müğənni narkotikə görə saxlanıldı

Türk müğənni Kalben saxlanılıb. OLAY yazır ki, polisin narkomaniya ilə bağlı apardığı araşdırma nəticəsində ifaçı evindən bölməyə aparılıb. Bununla bağlı türk mediasında məlumat yayılıb

15:03 228
.

Ədalət Şükürovla xanımı - Foto

Xəbər verdiyimiz kimi, Əməkdar artist Ədalət Şükürovun qızı Jalənin toyu olub. Axşam.az-ın məlumatına görə, müğənni xanımı ilə obyektivlərə tuş gəlib. Ə.Şükürovun həyat yoldaşı ilə fotosunu təqdim edirik:. Qeyd edək ki, Jalə Ənvər adlı bəylə ailə qurub. Ə.Şükürovun Emil adlı oğul övladı da var

06.05.2024 1710
.

Nadir Qafarzadədən ÜZÜCÜ XƏBƏR

Müğənni Nadir Qafarzadənin səhhətində problem yaranıb. Bu barədə -a sənətçi özü məlumat verib. O bildirib ki, xəstəxanaya yollanıb və müalicə olunur:. "Çox nasazam. Bərk soyuq dəyib. Mənə elə gəlir ki, bir neçə gün əvvəl havada maqnit dalğası var idi, mənə təsir etdi, halsızlaşdım. Həkimə getdim

06.05.2024 1540
.

Aygün Kazımovanın qızı İlqarə gözəlliyi ilə GÖZ OXŞADI - FOTO

Xalq artisti Aygün Kazımovanın qızı, müğənni İlqarə Kazımova sosial mediada paylaşım edib. xəbər verir ki, müğənni "instagram" hesabında fotosunu paylaşıb. Fotoda İlqarə görünüşü ilə izləyicilərin diqqətini çəkib. Paylaşıma xoş sözlər yazıblar. Sözügedən fotonu təqdim edirik:

04.05.2024 3425
.

Xoşqədəmdən evliliyinin yalan olduğunu deyənlərə cavab

Aparıcı Xoşqədəm Hidayətqızı türkiyəli müğənni Doğuşla evliliyini saxta adlandıranlara cavab verib. Axşam.az xəbər verir ki, bu haqda o, proqramında danışıb. Xoşqədəm aparıcı Sərxan Kərəmoğlunun "Rusiyada mənə sual verirdilər ki, onlar doğrudan evlidirlər" sözlərinə belə reaksiya verib:. "Evliliyi

04.05.2024 712