Bakıda havanın ən çox çirkləndiyi ərazilər AÇIQLANDI

Bakıda havanın ən çox çirkləndiyi ərazilər AÇIQLANDIAtmosfer havasının keyfiyyətinə nəzarət məqsədilə növbəti monitorinqlər keçirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin əməkdaşları tərəfindən atmosfer havasının keyfiyyətinə nəzarət məqsədilə aprelin 21-də Bakı şəhərinin müxtəlif ərazilərində monitorinqlər həyata keçirilib, havada tozun miqdarı üzrə ölçmə işləri aparılıb.

Xidmətin əməkdaşı Gülnarə Abbasova bildirib ki, monitorinqlər zamanı Nərimanov parkı ərazisində havada tozun miqdarı 1.3, Heydər Əliyev prospektində 1.1, Koroğlu metro stansiyası yaxınlığında 1.4, Neftayırma zavodunun ətrafında 1.1, 8 Noyabr prospektində 1.4, Xətai rayonunda isə 1.5 dəfə normadan yüksək müəyyən edilib:

"Atmosfer havası üzrə avtomatik stansiyalardan əldə olunan məlumatlara əsasən Bakı şəhəri Heydər Əliyev, Babək, Qara Qarayev prospektləri, Bayıl yamacı ərazisi və Sumqayıt şəhərində havada azot 4-oksid, azot 2-oksid, kükürd və dəm qazı, hidrogen sulfid kimi qaz birləşmələri norma daxilində olub".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 642   Tarix: 21 aprel 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş