Niyaməddin Musayev xəstəxanadan evə buraxıldı

Niyaməddin Musayev xəstəxanadan evə buraxıldıXəbər verdiyimiz kimi, Xalq artisti Niyaməddin Musayev koronavirus infeksiyasına yoluxub və xəstəxanaya yerləşdirilib.

Axşam.az xəbər verir ki, müğənni artıq evə buraxılıb. Bu haqda N.Musayev özü məlumat yayıb.

"Bilirəm ki, mənə görə nigaran qalmısınız, şükürlər olsun, Azərbaycanın savadlı həkimləri sayəsində hər şey yaxşıdır. Yazdığınız gözəl sözlər və etdiyiniz dualar mənim üçün dəyərlidir" deyə, müğənni qeyd edib.

N.Musayev artıq xəstəxanadan evə buraxılıb və müalicəsini ev şəraitində davam etdirəcək.

Qeyd edək ki, ifaçının yerləşdirildiyi Mərkəzi Neftçilər Xəstəxanasından Axşam.az-a verilən açıqlamada müğənninin səhhətinin yaxşılaşdığı deyilmişdi.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 1261   Tarix: 13 aprel 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş