Uşaqlarda koronavirusun əlamətləri - AÇIQLAMA

Uşaqlarda koronavirusun əlamətləri - AÇIQLAMADünya Səhiyyə Təşkilatının koronovirusa görə pandemiya elan etdiyi bu dövrdə təbii ki, valideynlər də uşaqlarına görə çox narahatdır. Düzdür, virus yaşlılar üçün daha təhlükəlidir.

BiG.AZ xəbər verir ki, COVID-19 pandemiyası başlayandan bir sual hamını düşündürür. Uşaqlar bu infeksiyaya yoluxurmu? Yolxuma zamanı hansı əlamətlər özünü göstərir?

Bununla bağlı tibb üzrə fəlsəfə doktoru, dosent Lalə Rüstəmova BiG.AZ-a açqılama verib.

"Uşaqlar da böyüklər kimi bu infeksiyaya yoluxa bilər. Oksford universitetinin prof.Endryu Pollard hesab edir ki, uşaqlarda daha yüngül simptomlar olur.

Çin xəstəliklərin profilaktikası və nəzarət mərkəzinin məlumatına əsasən 19 yaşdan aşağı uşaqlarda Covid-19 2%, amerika tədqiqatçılarının məlumatına görə isə 1% halda qeyd olunur. Pandemiya başlayandan daha çox böyüklər yoluxurdu, çünki onlar iş yerlərində, nəqliyyatda, kollektivdə daha çox olurdular.

Karantin dövründə isə uşaqlar evdə valideynləri ilə qaldıqlarından və təmaslar artdığından onlar da yoluxa bilirlər.

Dünya tendensiyası göstərir ki, böyüklərə nisbətən uşaqlar daha az ehtimalla yoluxurlar. Ola bilər ki, uşaqlar arasında yoluxma daha çox olsun, çünki böyüklərlə müqayisədə onlar daha az müayinə olunurlar.

Çinli tədqiqatçıların məlumatlarına əsasən yoluxmuş uşaqlarda hərarət, öskürək, bədəndə ağrı, asqırma, boğazda ağrı kimi əlamətlər özünü göstərir. Xəstələrin 1/3-nün pnevmoniya əlamətləri, xırıltı, təngnəfəslik olmadan keçir.

Böyük Britaniya pediatrı Qrem Roberts qeyd edir ki, uşaqlarda daha çox yuxarı tənəffüs yolları zədələnir və böyüklərdə olduğu kimi ağır pnevmoniya əlamətləri olmur. Ağirlaşma 6% halda olur. Çində ÜST komissiyasının hesabatına görə yoluxmuş uşaqlarda 2,5% halda xəstəlik ağır, 0,2% halda kritik formada keçir. Belə ehtimal edilir ki, SARS COV-2 virusunun orqanizmə keçməsi üçün lazım olan ACE-2 reseptoru uşaqlarda daha azdır, həm də yaş artdıqca orqanizm virusa daha həssas olur. Həmçinin uşaqların bu infeksiyaya az yoluxması onların immun sistemi ilə bağlıdır. Onların immun sistemi bu virusu daha yaxşı nəzarətdə saxlamağa imkan verir. Daha bir məqam odur ki, böyüklərdə Covid-19 zamani "sitokin fırtınası" (hipersitokinemiya) immun sistemin artıq reaksiyası digər orqanların da zədələnməsinə ve letal nəticəyə səbəb olur. Uşaqlarda isə immun sistem o qədər də inkişaf etmədiyindən belə güclü "sitokin fırtınası" baş vermir. Əlbəttə, uşaqlarda koronavirus infeksiyasının xüsusiyyətləri ilə bağlı hələ çox suallar cavabsızdır. Buna görə də istənilən halda infeksiyadan maksimum qorunma vacibdir."

Aysel Səmədli


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1477   Tarix: 12 aprel 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş