Balın keyfiyyətini müəyyən etmək üçün bilmədiyiniz məlumatlar

Balın keyfiyyətini müəyyən etmək üçün bilmədiyiniz məlumatlarTəbii bal insan orqanizmi üçün qiymətli sayılan unikal qida maddələrinin mənbəyidir. Yetişmiş balın 15-20 faizi sudan ibarət olsa da, onun tərkibində 300-400-ə qədər faydalı qidalı maddələr cəmləşib.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən Milli.Az-a verilən məlumata görə, balın əsas tərkib hissəsi karbohidratlardan (80-85 % qlükoza və fruktoza olmaqla) təşkil olunub. Zülalların miqdarı az olsa da (0,5-3,3 %), onların tərkibində amin turşularının hamısına rast gəlmək mümkündür. Zülal mənşəli fermentler (amilaza, invertaza, katalaza, peroksidaza, reduktaza və b.) balın bioloji aktivliyini təmin edir. Diastaza fermenti (α- və β-amilaza fermentlərinin cəmi) diastaza ədədi ilə xarakterizə olunmaqla, balın keyfiyyətinin qiymətləndirilməsində istifadə olunur. Qeyd edək ki, diastaza ədədi yüksək olan bal daha saf hesab edilir. Yerli bal növlərində bu ədəd 5-10 Hote vahidi aralığında dəyişir. Bununla yanaşı, balın tərkibi vitamin kompleksi ilə (C, B qrupu, PP, K, E, biotin, karotin, fol turşusu və b.) zəngindir. Tərkibində 40-a yaxın makro- və mikroelementın (kalium, kalsium, fosfor, natrium, maqnezium, dəmir, kobalt, sink, silisium, xrom və b.) mövcudluğu balın həm də mineral mənbəyi olduğunu göstərir. Eyni zamanda balın tərkibindəki aromatlı üzvü maddələr (qarışqa, süd-, alma-, limon turşuları, polidoymuş - və polidoymamış turşular; alifatik spirtlər, terpenlər, efir yağları, tanin və b.) onu əvəzedilməz təbii qida məhsuluna çevirir. Turşu tərkibinin 10 %-ə qədəri qarışqa turşusunun payına düşür ki, bal xarab olduqda bu rəqəm daha da yüksəlir. Adi halda balın pH mühiti turşuluğa meyilli olmaqla 3,8-6,5 arasında dəyişir.

Botanik tərkibinə görə bitkilərdən hasil olan təbii balın çiçək balı (monoflor və poliflor), şirə balı və qarışıq bal növləri ayırd edilir.

Təzə ikən bal özlü maye şəklində, qaldıqca isə qatılaşaraq xarlayır ki, bu zaman invertaza fermentinin təsiri ilə disaxaridlər (saxaroza) monosaxaridlərə (qlükoza və fruktoza) parçalanır. Bu proses onun keyfiyyətinin aşağı düşməsinə dəlalət etmir. Monosaxaridləri çox olan balın qidalılığı yüksək olur. Tərkibində qlükoza çox olan bal tez, fruktoza çox olan bal isə gec xarlayır. Balın tərkibi coğrafi iqlim şəraitindən, bitki növündən, həmçinin mövsümdən asılı olaraq dəyişkən olur. Onun tərkibindəki amilolitik fermentlər 60-80° C-yə qədər qızdırıldıqda parçalanaraq inaktivləşir. Belə olduqda balın bakterisid təsiri və bioloji aktivliyi azalır. Odur ki, xarlamış balın əridilməsi zamanı onun 40-50° C-dən yuxarı temperaturda qızdırılması yolverilməzdir.

Balın rəngi, dadı və ətri onun növ tərkibindən asılı olaraq dəyişir.

Bal növləri içərisində daha çox populyarlıq qazanan çiçək balıdır. Bal adətən çiçək növünə görə təsnifləndirilir (akasiya, cökə, şabalıd, xardal, günəbaxan, qarabaşaq, yonca, nanə, meyvə balı və s.). Bəzən bu təsnifat balın ərsəyə gəldiyi bölgənin adını daşıyır (Qarabağ, Naxçıvan, Gədəbəy, Şəki, Tovuz və s.). Çiçək balı insan orqanizmində bütün müdafiə funksiyalarını səfərbər etməklə immun sistemini möhkəmləndirir.

Ümumilikdə biogen stimulyatorlarla zəngin olan təbii bal bakterisid, antiseptik, iltihabəleyhinə, bərpaedici, sakitləşdirici və tonuslaşdırıcı təsirlərə malikdir. Odur ki, bu məhsul burun-boğaz, ürək-damar, mədə-bağırsaq, qaraciyər, göz, dəri və oynaq xəstəliklərinin müalicəsində əvəzolunmaz dərman vasitəsi kimi tətbiq edilir. Bal kosmetik məqsədlər üçün də istifadə edilir.

Bal haqqında bəzi məlumatları bilmək maraqlıdır:

- Bir qaşıq balın toplanması üçün 200 arı gün ərzində durmadan nektar toplamalıdır;

- Balın hər damlasında orqanizm üçün vacib olan 70-ə qədər qidalı maddə vardır;

- Balı uzun müddət saxladıqda və ya çox qızdırdıqda tərkibindəki aktiv fermentlər və vitaminlər parçalanır;

- Balın tərkibində D vitamini (kalsiferol) aşkar edilməyib;

- Bal bakteriyaların inkişafının qarşısını alır və ibtidailəri məhv edir, maya və kif göbələklərinə isə təsir etmir;

- Balın yetişməsi dövrü 1 həftə çəkir ki, bu zaman tərkibindəki suyun miqdarı azalır;

- Balın xarlaması onun təbiiliyinə xələl gətirmir. Təmiz bal qaldıqca xarlayır;

- Bal optimal olaraq 5-10° C temperaturda quru yerdə saxlanmalıdır;

- 5 ildən çox saxlanan balın tərkibindəki diastaza fermenti parçalanaraq yox olur;

- Bal şüşə, taxta, saxsı, çini və keramika qablarda ağzı bağlı saxlandıqda keyfiyyətini və ətrini itirmir;

- Balın 100 qr-da 300-320 kkal enerji vardır.

Qeyd edək ki, təbii bala müdaxilə etməklə onu saxtalaşdırmaq mümkündür.

Eləcə də bal mövsümündə arıların şəkər tozu, meyvə və ya tərəvəz şirələri ilə yemləndirilməsi ilə alınan məhsul təbii sayılmır. Balın saxta olması laborator müayinə üsulları əsasında dəqiq müəyyən edilə bilər. Ev şəraitində isə bir neçə sadə üsulla balın təbii və ya saxta olmasını müəyyənləşdirmək mümkündür. Məsələn, balı su ilə qarışdırıb üzərinə bir damcı yod əlavə edin. Əgər onun rəngi göyərərsə, bu, balın tərkibinə invert şəkərin (məsələn, şəkər tozunun) qatıldığını göstərir. Həmçinin nəzərə alınmalıdır ki:

- Xalis balın üzərinə qaynar su əlavə etdikdə saxta baldan fərqli olaraq, tez dağılmır və suya tez qarışmır;

- Təmiz baldan hazırlanan şərbət bulanıq, saxta baldan hazırlanan isə əksinə, şəffaf olur;

- Maye şəklində olan balı qaşıqla götürdükdə nazik sap kimi uzanıb qırılmırsa, bu, onun təbiiliyini göstərir;

- Təbii bala kənar komponentlərin qatılması diastaza ədədinin azalmasına səbəb olur ki, bu da məhsulun saxtalaşdırılması hesab olunur. Nəzərə almaq lazımdır ki, diastaza fermenti saxta balın tərkibində çox az miqdarda və ya heç olmur.


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 928   Tarix: 11 aprel 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Dünyanın ən nüfuzlu insanları açıqlandı

ABŞ-ın "Time" jurnalı 2021-ci ildə dünyanın ən nüfuzlu insanlarının siyahısını açıqlayıb. -a istinadən xəbər verir ki, 100 nəfərdən ibarət siyahı "Liderlər", "İxtiraçılar", "İncəsənət xadimləri", "Yenilikçilər" kimi bir neçə bölməyə ayrılıb. Siyasətçilə

16.09.2021 877
.

Türkiyədə İLK: 3D printerlə insan beyninin nüsxəsi hazırlandı - VİDEO

Nevrologiya mütəxəssisi professor Sultan Tarlacı Türkiyədə ilk dəfə olaraq 3D printerlə insan beyninin dəqiq nüsxəsini hazırlayıb. Oxu.a-a istinadən xəbər verir ki, keçmişdə beyinin içindəki quruluşu anlamaq üçün silikon yerləşdirmə kimi xam üsullar istifadə olunurdu, ancaq bu inkişafla beyinin xaric

13.09.2021 490
.

Gecə paltarı ilə yatmayın - SƏBƏB

Gözəl, sağlam və rahat bir yuxu üçün yatarkən gecə paltarı geyinməyin. Hətta qışda belə. Bəs niyə gecə paltarı ilə yatmamalıyıq?. -a istinadən məlumat verir ki, insanların təxminən 40 faizi yatarkən gecə paltarı geyinirlər. Xüsusilə qış aylarında qalın "pijamalar" da yatmaqla daha rahat olacaqların

16.09.2021 3554
.

On ildən sonra övladı doğuldu, tearda baş verənlər ölümünə səbəb oldu - Arzusu ürəyində qalan Xalq artistimiz

BİG.AZ -a istinadən Xalq artisti İlham Əsgərov haqqında maraqlı faktları təqdim edir. İlham Təvəkkül oğlu Əsgərov 16 iyul 1958-ci ildə Masallı rayonunun Xançobançı kəndində anadan olub. Hələ uşaqlıq illərindən teatra həvəs göstərib. Məktəb illərində ilk dəfə səhnəyə 9-cu sinifdə çıxıb. O, Abbas Səhəti

11.09.2021 2055
.

Ovuclarınızı birləşdirin: Sevgi haqqında nələr öyrənəcəksiniz?

Ovuclarınızın içindəki sevgi xətti xarakteriniz haqqında çox şey deyir. -a istinadən məlumat verir ki, bir insanın əlləri o insan haqqında çox şey deyə bilər. Bu, uzun müddətdir ki, xarakter təhlili aparan insanlar üçün təsirli bir üsuldur. Əgər bu sizə də maraqlıdırsa, o zaman ovuclarınızı birləşdirin

16.09.2021 1627
.

"Atam anama deyirdi ki, mənə raxit övlad lazım deyil, at onu uşaqlar evinə" - 21 yaşlı "rezin qız"

Hal-hazırda 21 yaşım var, doğuşdan 5 yaşına kimi mən nə danışmışam, nə də yerimişəm. Allah bu rezinliyi oyuncağım olaraq vermişdi mənə. Anormal olsam da, əyilib-büzülürdüm, ayağımı başıma, başımı ayağıma qoymasaydım qala bilmirdim, çox sıxılırdım". Bunu -a anadangəlmə qeyri-adi istedada malik, "rezi

12.09.2021 5476
.

Kolbasa, kabab və burger - Gündə 25 qram yesəniz...

Britaniyada Leeds Universiteti tərəfindən aparılmış bir araşdırma hər gün emal olunmuş ət yeyən insanlarda demensiya (ağıl zəifləməsi) riskinin 44 faiz arta biləcəyini göstərib. -a istinadən bildirir ki, araşdırmada kolbasa, kabab və burger kimi qidaların orta və daha yuxarı yaşlarda beyin sağlamlığın

14.09.2021 1495
.

DƏHŞƏTLİ HADİSƏ: hamburgerdən insan barmağı çıxdı

Bolivyanın Santa Cruz de la Sierra şəhərində Estefany Benitezin adlı şəxsin yediyi hamburgerin içindən insan barmağı çıxıb. Bildirilib ki, o, dərhal istehsalçıya şikayət edib. Amma onunla heç kim maraqlanmayıb. Hadisə ilə bağlı öncə "Facebook"da, sonra beynəlxalq mətbuata açıqlayan gənc başın

15.09.2021 1292
.

"Daha ağıllı və daha yaradıcı düşünməyə vadar edir" - Alimlər çayın faydasını araşdırdı...

Pekin Universitetinin alimləri bir fincan çay içməyin yaradıcı düşüncəni inkişaf etdirdiyini aşkar ediblər. Araşdırma nəticəsində mütəxəssislər çayın bioloji komponentlərinin deyil, çay içmək prosesinin özünün insanları "daha ağıllı və daha yaradıcı" olduqlarını düşünməyə sövq etdiyi qənaətin

12.09.2021 1068
.

TOP MP3