300 metrlik yüksəklikdən yıxılıb SAĞ QALDI

300 metrlik yüksəklikdən yıxılıb SAĞ QALDIABŞ-ın Şimali Karolina ştatında 300 metr yüksəklikdən yıxılan adam sağ qalıb.

BiG.AZ xəbər verir ki, bu barədə "The İndependent" yazır.

Polisin sözlərinə əsasən, aprelin 4-də gün çıxanadək iki saat dağlarda gəzən adı açıqlanmayan turist ayağı sürüşərək uçurumdan yıxılıb.

Hadisə yerinə gələn mütəxəssislər altı saat xilasetmə əməliyyatı keçiriblər.

Yıxılma nəticəsində həmin şəxs yüngül xəsarət alıb. Onun hazırki vəziyyəti açıqlanmır.

Natəvan Baxşiyeva


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 470   Tarix: 07 aprel 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş