Bu uşağın süd dişi REKORDLAR KİTABINA düşdü

Bu uşağın süd dişi REKORDLAR KİTABINA düşdüKanadanın Piterboro şəhərinin 8 yaşlı sakini Lük Bultonun süd dişini çıxaran stomatoloq heyrətə gəlib: 2,6 santimetr uzunluğunda olan bu diş Ginnesin Rekordlar Kitabına düşüb.

BiG.AZ xəbər verir ki, bu barədə "PTBO Canada" yazır.

"Bu dişin kiminsə ağzında olduğunu düşünmək də dəhşətə gətirir", - deyə uşağın atası Kreyq Bulton etiraf edib.

Dişin dünyada ən uzun diş olduğu ehtimalı ilk öncə Lükun bacısı Leanın ağlına gəlib.

Bulton ailəsi dünya rekordu üçün müraciət etdikdə isə Ginnesin Rekordlar Kitabının nümayəndələri Lükun rekordunu təsdiqləyiblər. Artıq müvafiq sertifikat da hazırlanıb.

Natəvan Baxşiyeva


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1073   Tarix: 05 aprel 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş