Oğurluqda günahlandırıldı, cinayətkarın qaçmasına mane oldu – Vəfat edən aktyorumuzun FİLM KİMİ HƏYATI

Oğurluqda günahlandırıldı, cinayətkarın qaçmasına mane oldu – Vəfat edən aktyorumuzun FİLM KİMİ HƏYATIBiG.AZ Kulis.az-a istinadən dünyasını dəyişən Xalq artisti Ramiz Məmmədov haqqında maraqlı faktları təqdim edir.

Məmmədov Ramiz Soltanəli oğlu Ramiz Məmmədov 1956-cı ildə Dağlı məhləsində anadan olub. 161 nömrəli məktəbdə oxuyub. Bir müddət sonra yeni açılan 20 nömrəli təzə məktəbə gedib. Olduqca nadinc amma yaxşı oxuyan şagird olub. Şəkli beş il şərəf löhvəsinə vurulub. Birinci-dördüncü siniflərdə kamança dərnəyinə, daha sonra təyyarə düzəldilən dərnəyə gedib. Kamançada çox yaxşı ifa etdiyindən Cahangir Məmmədovun dram dərnəyinə getməyə başlayır.

***

Burada o Fuad Poladovun, Pərviz Bağırovun məşqlərinə baxır və özü də bilmədən aktyorluq sənətinə vurulur. Kamança dərnəyini gedişlərini yarıda saxlayıb, 6-cı sinifdən etibarən "Yuri Qaqarin" adına dram dərnəyinə getməyə başlayır.

1966-cı ildə Rəhbəri Nizami Əbülfəzoğlu olan İnşaatçılar Mədəniyyət Evinə, daha sonra 4-5 aylıq Ağadadaş Qurbanovun "Damğa" Xalq Teatrında dərnəyə ən sonda isə "26-lar" klubunda fəaliyyət göstərən Lütfi Məmmədbəyovun Xalq teatrı adlanan dərnəyinə gedir.

***

Orta məktəbi bitirəndən sonra Qazaxıstana hərbi xidmətə yola düşür. Burada onun xidmət etdiyi hərbi hissə Daxili İşlər Nazirliyinin nəzdində diviziya olur. Orada dustaqları mühafizə edir, onları qatarla bir şəhərdən digər şəhərə aparır. Aktyorun sözlərinə görə bütün əsgərliyi demək olar ki, təkər üstündə, yollarda keçir.

***

Bir dəfə isə dustaqlarıdan birinin qaçmaq cəhdinin qarşısını aldığı üçün ona 10 günlük məzuniyyət verirlər. O, isə evlərinə gəlmir, elə Qazaxstnada qalır. Aktyor bu haqda müsahibələrinin birində deyir: "Evə gələndən sonra təzədən ayrılıq hisslərini yaşamaq istəmədim. Düşündüm ki, birdəfəlik xidmətimi edib qayıdaram. Çünki ordakı uşaqlar gedib gələndən sonra aylarla özlərinə gələ bilmirdilər. Orda çox insanlar gördüm, çox talelərlə tanış oldum. Həqiqi cinayətkarlar da olub, heç nə üstündə şərlənib həbs yatanlar da."

R.Məmmədov əsgərlikdən qayıdandan sonra 1973-cü ildə İncəsənət Universitetinə daxil olur. 1975-ci ildə rejissor Niyaz Şərifovun dəvəti ilə Musiqili Komediya Teatrına dəvət olunur. Lakin aktyor ştatında yer olmadığı üçün dörd il xorda işləməli olur. Aktyorun teatrdakı ilk rolu "Qaynana"da Nəsibə Zeynalova ilə Əli rolu olur.

***

O, "Qaynana", "Gurultulu məhəbbət", "Gözün aydın", "Boşanaq evlənərik", "O olmasın, bu olsun", "Bəbirlinin kələkləri" kimi tamaşalarda aparıcı rollar ifa edib. Aktyor bundan başqa "Yumoristik novellalar", "Komediyalar aləminə səyahət" verlişlərində, "Yaşıl eynəkli adam", "Zümrüd quşu", "Qaynana əməliyatı", "Get gətir", "Əzəlim qözəlim", "Mənim dayım" tamaşalarında müxtəlif rollar ifa edib.

Ramiz Məmmədov 1989-cü ildə 33 yaşında ailə həyatı qurub. Onun ailə qurduğu xanım işlədiyi teatrın mühasibat bölümündə işləyirmiş. Onlar elə teatrda tanış olub bir-birlərinə aşiq olurlar. Aktyor sevdiyi xanımla nişanlandıqdan sonra onu teatrdan işdən çıxarır. Özü də aktyor olduğundan xanımı ilə bir teatrda işləməyi düzgün hesab etmir. Onlar ailə qurandan sonra iki oğul övladları dünyaya gəlir.

***

Böyük oğlu hərbi sahəyə istiqamətlənir, kiçik oğlu Anar Məmmədov isə rejissorluq sənətini seçir. İncəsənət Universitetində Bəhram Osmanovun tələbəsi olur. Oranı bitirəndən sonra isə Kukla Teatrında rejissor kimi fəaliyyətə başlayır. Anar Məmmədov atası haqqında müsahibələrinin birində deyir: "Atamın sənətindən daha çox qardaşım təsirlənmişdi. Müəyyən mənada aktyorluq potensialı da vardı. O, çox istəyirdi ki, aktyor olsun. Atama bu haqda deyəndə atam dedi ki, əgər məndən yaxşı aktyor olacaqsansa, ol. Atamın bu sözlərindən sonra qardaşım özündə bu güvəni tapa bilmədi, hərbçi oldu. Amma mən, belə deyək də, özümə inandım."

Aktyor sevdiyi xanımla 35 il birlikdə ömür sürür. 2018-ci ilin iyun ayında onun xanımı dünyasını dəyişir. Bu itki aktyorun həyatında ən ağır itkilərdən biri olur. O, xatirələrində bu haqda danışır: "Hər zaman deyirəm ki, insan ata-anadan yetim qalmır. Kişi həyat yoldaşından yetim qalır. O mənə həm ata, həm ana, həm qardaş idi. O mənim üçün hər şey idi. Çox gözəl övladlar tərbiyə edib. Ağıllı, savadlı iki oğul verib mənə. Dünyada bundan gözəl, bundan dəyərli mükafat nə ola bilər? Mənim həyatda ən böyük lotereyam qadınım idi. Hər zaman məni başa düşürdü, cəfakeş, zəhmətkeş qadın idi. Evimizin həm qulluqçusu, həm də xanımı idi. Onu həmişə əlimizin üstündə saxlamışıq. Həyatdır, gəlimli-gedimli dünyadır. Arzu edirdim ki, ondan əvvəl mən gedim, amma olmadı..."

***

Aktyorla bağlı çox maraqlı faktlardan biri də insanların onu qardaşı ilə səhv salmalarıdır. Belə ki, Ramiz Məmmədovun qardaşı iki dəfə ailə həyatı qurub. Aktyoru həmişə onunla səhv salanda o, bu məsələyə əsəbləşərmiş ki, axı mən bir dəfə evlənmişəm.

***

Ramiz Məmmədov Musiqili Komediya Teatrında yeganə aktyordur ki, heç vaxt oradakı işindən ayrılmayıb. Hətta təqaüdə çıxsa belə müqavilə ilə teatrdakı fəaliyyətinə davam edib.

Səyavuş Aslan Musiqili Komediya Teatrında işləyən zaman onun yeganə dublyoru Ramiz Məmmədov olub. Səyavuş Aslan Teatrdan gedəndən sonra onun rollarının hamısını isə Ramiz Məmmədov ifa edib. Teatrın böhranlı vəziyyətində belə ağır repertuar yükünü çiyinlərində daşımağı bacarıb.

***

Ramiz Məmmədov "Qızıl Dərviş", "Zirvə" kimi mükafatlar qazanıb. 2001-ci ildə Əməkdar Artist, 2013-cü ildə isə Xalq Artisti fəxri adına layiq görülüb.

***

Aktyor bir dəfə Xalq artisti Nəsibə Zeynalova həsr olunmuş tədbirdə olarkən etirazınızı bildirir. Onun sözlərinə görə Nəsibə xanım haqqında danışan adamlar onunla iki dəfə ünsiyyətdə belə olmayıblar. O, Müsahibələrinin birində bu hqada deyir: Böyük sənətkarlar haqqında dəxlisiz adamlar danışır. Onun haqqında xatirələrim çoxdur. Nəsibə xanımla bir dəfə Qusarda qastrol səfərində idik. Tamaşalardan parçalar oynayırdıq. Konsertə "Qaynana" tamaşasından başladıq. Bütün Qusar camaatı tamaşaya baxmağa gəlmişdi. O vaxt çıxışlar lentə yazılırdı. ent də o qədər işlənirdi ki, sürtülürdü. Deməli, mən çıxıb deyirəm "Salam bibi". Ardınca da mahnı çalınır, oxumağa başlayırıq. "Salam bibi" dedim, fonoqram gəlmədi . Sən demə lent qırılıb, arxada onu bərpa edirlər. Özümü itirmədim, bu an ləzgi dilində Nəsibə xanıma "Mən səni sevirəm" dedim. Camaat gülməkdən uğunub getdi. O qədər əl çaldılar ki, Nəsibə xanım mənə tərəf çevrilib dedi: "Ədə, sən nə dedin ki, bunlar əl qatdılar bir-birinə". Azərbayacan dilində izah elədim, xeyli güldük."

Aktyorla bağlı qalmaqallı hadisələrdən biri 2017-ci ildə yaşanıb. O, Bakı şəhər sakini Südabə Zalova tərəfindən oğurluqda ittiham olunub. Belə ki, şadlıq evlərinin birində keçirilən məclisdə iştirak edən aktyor təsadüfən yerdən qızıl sırğa tayı tapır. Sırğanı polisə təhvil verəndə sırğa sahibi qadın iddia edir ki, onun sırğası yox, daha bahalı əşyası itib və onu Ramiz Məmmədov götürüb. Lakin, araşdırma zamanı məlum olub ki, bu quru böhtandan başqa bir ey deyil. Bu hadisə aktyora çox pis təsir edib. Bir neçə vaxt özünə gələ bilmir.

***

Uzun zamandır ağciyər xərçəngi ilə mübarizə aparan Ramiz Məmmədov müalicə üçün xarici ölkəyə getməyi planlaşdırsa da, 64 yaşında günorta saatlarında dünyasını dəyişib.


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 2254   Tarix: 27 mart 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Sirr açılır: Alkatras qaçışı yalnız məhbusların zəkası sayəsində mümkün olmayıb

Kağız üzərində mümkünsüz görünən 1962-ci il qaçışının arxasındakı təəccüblü detal üzə çıxıb: Con və Klarens Enqlin qardaşları ilə Frenk Morrisin aylarla davam edən qazıntılarını asanlaşdıran təkcə onların zəkası və yaxşı planı deyilmiş. Qaynarinfo xəbər verir ki, ABŞ tarixinin ən məşhur həbsxana qaçışlarında

16.12.2025 378
.

Yaddaşı gücləndirməyin üsulları

Yaşın irəliləməsi ilə yaddaşın zəifləməsi, tez-tez unutqanlıq və diqqət dağınıqlığı kimi problemlər ortaya çıxa bilər. Bu cür halların qarşısını almaq məqsədilə xalq təbabətində bir sıra təsirli üsullardan istifadə olunur. "Qafqazinfo"nun məlumatına görə, ilk olaraq qanda hemoqlobin səviyyəsini

17.12.2025 332
.

Kirayə ev tapmaq üçün ən etibarlı üsullar

Kirayə ev tapmaq bəzən göründüyündən daha çətin prosesə çevrilə bilər, çünki bazarda çoxlu sayda elan və təklif mövcuddur. İnsanlar tez-tez münasib qiymət, yaxşı şərait və əlverişli məkan arasında balans qurmaqda çətinlik çəkirlər. Doğru qərar vermək üçün həm məlumatlı, həm də diqqətli olmaq vacibdir

12.12.2025 248
.

Tezbazar.Az - Xidmətlər, təmir, tikinti və digər xidmət elanları

Pulsuz elanlar saytı -da təmir, tikinti və digər xidmətlərlə bağlı elanlar yerləşdirilir. Evini təmir etdirməyə hazırlaşanlar və tikintiyə başlamaq istəyənlərin diqqəti bizdə olsun!. Onlayn elanlar platforması olan xidmətinizdədir! Biz sizə hər məsələdə kömək etməyə hazırıq. Təmir və ya tikintiyə başlama

13.12.2025 677
.

"Yolka"nızı evin bu 3 yerində qəti qurmayın

Bayramların əsas rəmzi olan şam ağacını düzgün yerdə yerləşdirmək təhlükəsizliyə görə son dərəcə vacibdir. Canlı ağac bir neçə saniyəyə alışa, süni ağac isə qızmış işıqlar və ya istilik mənbələri yaxınlığında qısa zamanda təhlükə yarada bilər. Buna görə də ağacı harada quracağınızı əvvəlcədən düşünmə

14.12.2025 465
.

Yarpaq dolmasının parlaq olması üçün nə etmək lazımdır?

Yarpaq dolmasının iştahaçan və parlaq görünməsi əsasən düzgün bişirmə üsulu və istifadə olunan inqrediyentlərlə bağlıdır. xəbər verir ki, yarpaq dolmasının parlaq olması üçün təzə və keyfiyyətli, xüsusilə sıxma zeytun yağı seçilməlidir. Dolmalar qazana düzüləndən sonra üzərinə az miqdarda zeytun yağ

14.12.2025 303
.

Evakuator xidməti və daşınma xidməti

Avtomobil və yüklərin daşınması üçün Evakuator xidməti göstərilir. Evakuator xidmətinə həm avtomobillərin həm də yüklərin daşınması daxildir. Avtomobil istifadə edənlər bilir ki bəzən avtomobillərdə olan texniki problem və digər xoşagəlməz hadisə zamanı sizi yolda qoya bilir. Bu zaman evakuasiya xidmət

11.12.2025 259
.

Kartof qızardarkən duz nə vaxt əlavə olunmalıdır?

Mütəxəssislərə görə, kartof qızardarkən duz kartoflar yağdan çıxan kimi, yəni hələ isti və üzəri yağlı ikən əlavə edilməlidir. Çiy kartofa və ya qızartma zamanı duz atmaq, kartofun suyunu buraxmasına və çıtırlığını itirməsinə səbəb olur. İsti səthə səpilən duz isə həm daha yaxşı yapışır, həm də dadı

13.12.2025 310
.

Turlar.AZ - Xarici Turlar

saytinda daxili turlarla yanaşı, xarici turlarla bağlı elanlar da gündəlik yenilənir. Sayta daxil olmaqla Türkiyə, Rusiya, Gürcüstan, İran, Ukrayna, Birləşmiş Ərəb Əmirlikləri, Maldiv adaları, Misir və digər məkanlara sərfəli xarici turlar əldə edə bilərsiniz!. Təbii ki, azərbaycanlı turistlər daha ço

16.12.2025 275
.

TOP MP3