Bu da Ağdamın Şahbulaq qalası - FOTO

Bu da Ağdamın Şahbulaq qalası - FOTOMartın 13-də media orqanları və QHT-lərin rəhbərləri, blogerlər və ictimai fəallar işğaldan azad edilmiş Ağdam rayonunda Şahbulaq qalasında olublar.

BiG.AZ Publika.az-a istinadən xəbər verir ki, səfər iştirakçılarına qalanın tarixi barədə məlumat verilib. Bildirilib ki, Qarabağ ərazisindəki ən məşhur abidələrdən biri Ağdam rayonunun ərazisindəki XVIII əsə aid Şahbulaq qalasıdır. Ağdam şəhərinin 10 kilometrliyində, Şahbulaq kəndi yaxınlığında yerləşən bu qala 1751-1752-ci illərdə Qarabağ xanlığının banisi Pənahəli xan tərəfindən inşa edilib. Elmi ədəbiyyatda "Şahbulaq qəsri" adı ilə tanınan abidə əslində iri qəsr kompleksinin iç qalası olub. Saray kompleksi yerli inşaat materialları əhəngdən və dağ daşlarından inşa edilib. Kompleks yaşayış evlərindən, bazar, hamam və məsciddən ibarət idi. Kompleksin ətrafı mühafizə divarları, nəzarətçi qüllələri ilə əhatələnib. Divarların hündürlüyü 7 metr, qüllələrin hündürlüyü 8,5 metrdir. Kompleksin yeganə girişi Şərq tərəfdəndir. Şahbulaq saray kompleksinin şimal-qərbində, bulağın yaxınlığında məscid də inşa edilib. Qəsr adını gur sulu bulağın adından alıb.

Pənahəli xan Şuşa qalasını inşa edənədək Şahbulaq qalası Qarabağ xanlığının inzibati mərkəzi olub. Şahbulaq tikililəri Qarabağ xanlığının, xüsusilə də onun paytaxtı olmuş Şuşa şəhərinin memarlığına təsir göstərib.

Hazırda Şahbulaq qəsr kompleksindən təpə üzərində ucalan qala və məscid binası qalıb. Düşmən 1993-cü ildə Ağdamı işğal etdikdən sonra bir sıra abidələrimiz kimi, Şahbulaq qalasını da erməniləşdirməyə çalışıb, lakin buna nail olmayıb. Yaxınlıqdakı məscidi isə kilsə kimi təqdim ediblər.

Qeyd edək ki, səfər Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən həyata keçirilir. Media orqanları və QHT-lərin rəhbərlərini, blogerlər və ictimai fəalları Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müşayiət edir.

Bu da Ağdamın Şahbulaq qalası - FOTOBu da Ağdamın Şahbulaq qalası - FOTOBu da Ağdamın Şahbulaq qalası - FOTO


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 789   Tarix: 13 mart 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

TikTok Azərbaycanda TikTok For Business platformasını təqdim etdi

Qısa videoların izlənməsi və yaradılması üçün aparıcı platforma olan TikTok, Azərbaycandakı auditoriyaya TikTok For Business platformasını təqdim etdi. Bu platforma biznes vəzifələrinin effektiv həllinə kömək edir, brendlərin yaradıcı potensialını üzə çıxarır və marketinq yanaşmasını yenidən nəzərdə

25.10.2024 296
.

Bakıda obyektdəki yanğın qısa müddətdə tam söndürülüb

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən obyektdə baş vermiş yanğın daha geniş sahəyə yayılmasına imkan verilmədən qısa müddətdə tam söndürülüb. Bu barədə -in sorğusun

25.10.2024 815
.

Kredit Kartları yoxsa Əhali üçün "Borc Tələsi"

Müasir dövrdə qida, əyləncə, avtomobil və başqa bu kimi xərclərin ödənilməsi zamanı pul qabımızda mövcud olan plastik kartları pos terminallara yaxınlaşdırmaq və ya onlayn platformalara daxil etmək kifayət edir. Təbii ki, təkcə kartın fiziki cəhətdən varlığı ilə kifayətlənə bilmərik. Balansında kifayə

25.10.2024 995
.

"Azərbaycanın BRİCS sammitində iştirakı yeni inkişaf imkanları açır"- Elçin Xalidbəyli

Oktyabrın 22-də Kazanda XVI BRICS sammiti işə başlayıb. Bu tədbir Rusiya üçün son dövrlərin ən mühüm diplomatik hadisələrindən biridir. Eyni zamanda, Rusiyanın müasir tarixində yüksək səviyyəli xarici qonaqların sayına görə ən irimiqyaslı tədbir sayılır. O cümlədən qlobal çoxmərkəzli sistemin inkişaf

25.10.2024 153
.

Bu gün qəzada ölən tələbənin FOTOSU

Xəbər verdiyimiz kimi, bu gün Göygöldə baş vermiş qəzada 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb. "Qafqazinfo"nun məlumatına görə, "VAZ - 21015" və "Opel" markalı avtomobillərin toqquşması nəticəsində həyatını itirən 18 yaşlı Qurbanzadə Ramal Ramil oğlu ikinci kurs tələbəsi olub

25.10.2024 651
.

Adnan Oktarın dodaq uçuqladan sərvəti dövlətə keçdi

Türkiyədə "Adnan Hoca" adı ilə tanınan və özünü ilahiyyatçı kimi təqdim edən Adnan Oktarın sərvətinin dövlətə təhvil verilməsi prosesinin tamamlandığı iddia edilib. Türkiyə KİV-ə istinadən xəbər verir ki, məhkəmə dindirməsi zamanı aylıq 3 min 500 lirə gəliri olduğunu iddia edən Oktarın 1 milyar

12:24 244
.

Qızını cinsi istismar edən şəxsi baltaladı

Türkiyənin İstanbul şəhərində İlkər Dəmirdövən adlı şəxs qızını cinsi istismar edən şəxsi baltalayıb. türk mediasına istinadən xəbər verir ki, 17 yaşlı qız 28 yaşlı kişi tərəfindən məktəbdən evə qayıdan zaman cinsi istismar edilib. Hadisədən xəbər tutan qızın atası balta götürərək təqsirkar şəxsin yanın

25.10.2024 612
.

Bütün müavinət və təqaüdlər ödənildi

Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən oktyabr ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları ödənilib. xəbər verir ki, bu barədə DSMF məlumat yayıb. Qeyd edilib ki, vətəndaşlar ödənişlərini bank müvafiq bankomatlardan əldə edə bilərlər

11:45 178
.

"Bahar"ın Süreyyası serialdan ayrılacaq

"Bahar"ın Süreyyası Büşra Pekin gələn həftə serialdan ayrılacaq. xəbər verir ki, bu barədə türk mətbuatı bildirib. Qeyd edək ki, aktrisa bu sezon seriala qatılıb. [hh4-unikal]

25.10.2024 390
TOP MP3