TikTok Azərbaycanda TikTok For Business platformasını təqdim etdi

TikTok Azərbaycanda TikTok For Business platformasını təqdim etdiQısa videoların izlənməsi və yaradılması üçün aparıcı platforma olan TikTok, Azərbaycandakı auditoriyaya TikTok For Business platformasını təqdim etdi. Bu platforma biznes vəzifələrinin effektiv həllinə kömək edir, brendlərin yaradıcı potensialını üzə çıxarır və marketinq yanaşmasını yenidən nəzərdən keçirməyə imkan yaradır.
TikTok - yaradıcılıq və özünüifadə, əyləncə və kəşflər üçün bir videoplatformadır və dünyada bir milyarddan çox insan tərəfindən istifadə olunur. TikTok Azərbaycanda müxtəlif yaş, fəaliyyət və peşələrə malik, fərqli maraq və hobbiləri olan canlı, unikal və çoxşaxəli bir cəmiyyəti bir araya gətirir. Platformanın istifadəçilər arasında artan populyarlığı bizneslər tərəfindən TikTok-a olan marağı artırır.

TikTok for Business-in istifadəyə verilməsi və inkişafı

Azərbaycanda platformaya olan yüksək marağı müşahidə edən TikTok, 2024-cü ildə yerli şirkətlərlə əməkdaşlığa başlayaraq onlara kreativ və effektiv reklam formatlarını və alətlərini mənimsəməkdə kömək edir.
TikTok for Business platforması: böyük beynəlxalq və yerli şirkətlərdən tutmuş kiçik və orta biznesə qədər; FMCG və gözəllik sənayesindən tutmuş elektron ticarət və video oyunların yaradıcılarına qədər hər miqyasda və sektorda biznesin inkişafı üçün effektiv alətlər təklif edir.
"TikTok for Business platformasının unikal xüsusiyyəti təkcə reklam mesajlarını auditoriyaya çatdırmaq imkanından ibarət deyil, eyni zamanda brendlər istifadəçilərlə eyni dildə ünsiyyət quraraq, onların etibarını və sevgisini qazana bilərlər. Biz biznesə məhz qarşıya qoyulan məqsədləri maksimum dərəcədə effektiv həll etməyə imkan verən həllər tapmaqda kömək edirik. TikTok for Business-in geniş alət dəsti istənilən hədəfə çatmağa imkan verir: yeni məhsulun bazara çıxarılmasından tutmuş satışların artırılmasına qədər. Biz Azərbaycanda şirkətlərin TikTok-un imkanlarını kəşf etməsinə və bizimlə tərəfdaşlıqda biznes göstəricilərini artırmasına yardım etmək istəyirik," – deyə TikTok-un Azərbaycanda, Türkiyədə, Mərkəzi və Cənubi Asiyada Global Business Solutions departamentinin rəhbəri Barış Aldanmaz qeyd edib.

TikTok Azərbaycanda TikTok For Business platformasını təqdim etdiBizneslər TikTok-dan necə istifadə edə bilər

TikTok-da müxtəlif miqyasda və sahələrdə fəaliyyət göstərən şirkətlər orqanik məzmun yarada və marketinq qıfının bütün mərhələlərində öz biznes məqsədlərini həyata keçirə bilərlər. Platforma brendlərə özləri haqqında məlumatlılığı artırmaq, istifadəçiləri cəlb etmək və loyallığı gücləndirmək, onları tətbiqdən kənar fəaliyyətlərə həvəsləndirmək, konversiyaları artırmaq və satışları yüksəltməkdə kömək edir. TikTok-un Azərbaycanda şirkətlərə həll etməyə kömək etdiyi məsələlər:

1. Fəal və cəlbedici auditoriyaya çatmaq
Dünyanın hər yerindən istifadəçilər TikTok-a yaxşı əhval-ruhiyyə, yaradıcı və maraqlı məzmun üçün gəlirlər. Brendlər də TikTok-u öz strategiyalarına yaradıcılığı və əyləncəni inteqrasiya etmək üçün seçməyə başlayıblar. Marketoloqlar artıq istehlakçıları yayındırmaq yerinə, onları əyləndirməyə daha çox diqqət yetirirlər və reklam istehlakçılar üçün narahatlıq yaradan elementdən zövqlə vaxt ayırdıqları məzmuna çevrilir.
TikTok-da reklamların nativlik və yaradıcı yanaşmanın birləşməsi əsasında qurulması platformanın icması tərəfindən müsbət qəbul edilir. Belə ki, Kantar-ın araşdırmasına görə, istifadəçilərimizin 74%-i platformada olan reklamları kreativ hesab edir, 67%-i isə TikTok-dakı reklamların unikal olduğunu düşünür. Bu, brendlərə TikTok-da müsbət, diqqətli və maraqlı auditoriya ilə ünsiyyət qurmağa və platformadakı tövsiyələrə inanan istifadəçiləri cəlb etməyə imkan verir.

2. İstifadəçilərə brend, məhsul və ya xidmət haqqında məlumat almağa kömək etmək

TikTok icması yaradıcı düşüncəli və dünyanı kəşf etmək həvəsində olan aktiv insanlardan ibarətdir. Onlar daim yeni kəşflər və ideyalar axtarışındadırlar, bu ideyalar isə onları real həyatda dəyişikliklərə ilhamlandırır. TikTok istifadəçiləri digər onlayn platformalarla müqayisədə 1,8 dəfə daha çox razılaşırlar ki, tətbiq onlara əvvəllər düşünmədikləri maraqlı mövzuları kəşf etməyə kömək edib. İstifadəçilərin 80%-dən çoxu isə TikTok-un onlara maraqlı brendlər və məhsullar tapmaqda kömək etdiyini bildirir.
TikTok Azərbaycanda TikTok For Business platformasını təqdim etdi3. Alış-verişə ilham vermək

TikTok-da reklamlar auditoriya tərəfindən o qədər təbii qəbul edilir ki, platformada artıq 10 milyondan çox paylaşım olan #TikTokMadeMeBuyIt həştəqi formalaşıb. Bu etiket altında istifadəçilər dünyadan aldıqları məhsulları bölüşür, paket açır və almaq üçün səbirsizləndikləri məhsullardan danışırlar.
Araşdırmalar göstərir ki, TikTok-da fəal şəkildə reklam olunan məhsullar populyarlaşır və platformanın təbii formatında reklamlar auditoriya tərəfindən müsbət qarşılanır. Belə ki, qlobal sorğuya görə, platforma istifadəçilərinin 61%-i TikTok-da məzmunu gördükdən sonra alış-veriş ediblər. TikTok istifadəçilərinin isə 76%-i platformadan ilhamlanaraq etdikləri alışlardan məmnun qalıblar.
İndi Azərbaycandakı şirkətlər TikTok-da öz bizneslərini inkişaf etdirmək üçün marketinq yanaşmalarını yeni səviyyəyə qaldırmaq, hədəf auditoriyası ilə etibarlı dialoq qurmaq, yaradıcılığı və satışları artırmaq üçün güclü alətə çevirmək daxil olmaqla bütün imkanlardan istifadə edə bilərlər.

1. Kantar, Ad Performance Study, 2020
2. TikTok Marketing Science Global Entertaining Ads Study 2022, conducted by Marketcast
3. TikTok Marketing Science MENAT - Brand Shopping Triggers - Conducted by IPSOS 2022
4. TikTok Marketing Science Global Shopping Ads Product Research Study 2022, conducted by Material
5. TikTok Marketing Science MENAT - TikTok Made Me - Conducted by IPSOS 2023

TikTok Azərbaycanda TikTok For Business platformasını təqdim etdiTikTok haqqında
TikTok aparıcı qısa video tətbiqidie. Bizim missiyamız insanları yaradıcı olmağa ruhlandırmaq və onlara sevinc bəxş etməkdir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 777   Tarix: 25 oktyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Pensiyalar gələn il KƏSKİN ARTACAQ: Məbləğ açıqlandı - BÖYÜK MÜJDƏ

Yeni ilin ilk ayında pensiyaçılara veriləcək artımla bağlı gözləntilər artıq indidən formalaşmağa başlayıb. Hazırkı göstəricilər və əməkhaqqı dinamikası 2027-ci ilin yanvarında əmək pensiyalarının nəzərəçarpacaq dərəcədə artırıla biləcəyini deməyə əsas verir. Hətta ilkin hesablamalarda indeksasiyanı

00:07 220
.

Nazir müavini ilə bağlı şayiələr yayıldı - Pentaqon rəhbərliyində nə baş verir?

Pentaqonun rəhbərliyində hərb naziri Pit Heqsetin dövründə başlayan istefalar dalğasının ardınca yeni kadr islahatlarının gözlənildiyi bildirilir. xəbər verir ki, bu barədə "Reuters" agentliyi üç fərqli mənbəyə əsaslanaraq məlumat yayıb. Bildirilib ki, qurum artıq nazir müavini Stiv Feynberqi

05.09.2026 185
.

Akadzava: Yaponiya və ABŞ 550 milyard dollarlıq investisiya proqramının reallaşdırılmasında irəliləyiş əldə edib

Yaponiya və ABŞ iki ölkə arasındakı ticarət sazişi çərçivəsində 550 milyard dollar həcmində investisiya proqramının həyata keçirilməsində irəliləyiş əldə edib. "Report" "Bloomberg"ə istinadən xəbər verir ki, bu barədə Yaponiyanın iqtisadiyyat, ticarət və sənaye naziri Ryosey Akadzav

05.09.2026 181
.

DİQQƏT! 9 gün İŞ OLMAYACAQ - TARİXLƏR

2026-cı ilin oktyabr ayında ümumilikdə 9 qeyri-iş günü olacaq. Oktyabr ayının 4, 11, 18 və 25-i bazar günlərinə təsadüf etdiyindən, həmin tarixlər qeyri-iş günləri hesab olunur. Bundan əlavə, altıgünlük iş həftəsi ilə işləyənlər 4 gün istirahət edəcəklər. Beləliklə, 2026-cı ilin sentyabr ayında altıgünlü

05.09.2026 538
.

Bakıda mal əti bahalaşdı - YENİ QİYMƏT

Bakıda mal ətinin qiymətində artım müşahidə edilir. BİG.AZ "Unikal"a istinadən xəbər verir ki, sümüklü mal ətinin qiyməti 19 manat, sümüksüzün qiyməti isə 23 manata qaldırılıb. Satıcılar qiymət artımını heyvan azlığı ilə əlaqələndirirlər

05.09.2026 330
.

Uruqvayda quş qripi xəbərdarlığı - Fövqəladə vəziyyət elan edildi

Uruqvayda ev quşlarında quş qripi virusunun aşkar edilməsindən sonra ölkə miqyasında fövqəladə vəziyyət elan olunub. BİG.AZ qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Uruqvayın Heyvandarlıq, Kənd Təsərrüfatı və Balıqçılıq Nazirliyi məlumat yayıb. Məlumatda ölkənin cənub-qərbində yerləşən Koloniy

12:50 0
.

Qisasını qardaşı arvadının maşınından aldı - Bakıda qəribə ailə münaqişəsi

Yasamal Rayonu İ.Talıblı küçəsinin sakini Şakir Məmmədov (bütün ad-soyadlar şərtidir) qardaşının məsuliyyətə cəlb edilməsini istəyib. BİG.AZ "Qafqazinfo"ya istinadla xəbər verir ki, bu barədə rayon polis idarəsinin 29-cu Polis Şöbəsinə şikayət daxil olub. Ş.Məmmədovun həyat yoldaşı və qayınatas

05.09.2026 235
.

Ailələrin gəliri niyə ayın sonuna çatmır? - Qazancı ən çox "yeyən" xərclər

Azərbaycanda ailələrin aylıq gəlirlərinin əhəmiyyətli hissəsi gündəlik və zəruri xərclərə yönəlir. Xüsusilə kirayə haqqı, ərzaq və kommunal ödənişlər ailə büdcəsinə ciddi yük yaradır. Bəs bu xərclərin ailələrin aylıq gəlirində payı nə qədərdir və hansı xərc növü büdcəyə daha çox təsir edir?. Mövzu il

00:15 231
.

Milyonlarla mobil telefon İŞLƏMƏYƏCƏK: Cəmi bir neçə gün qaldı

Türkiyədə qeydiyyatdan keçirilməyən telefonların istifadə müddəti başa çatır və bu cihazlar hər an rabitəyə bağlana bilər. xəbər verir ki, ölkədəki yüksək qiymətlərə görə telefon almaq istəməyənlər xaricdən gətirdikləri cihazlardan bir təqvim ili ərzində 4 ay boyunca istifadə edə bilirlər. Lakin telefond

00:14 242
.