Kredit Kartları yoxsa Əhali üçün "Borc Tələsi"
Müasir dövrdə qida, əyləncə, avtomobil və başqa bu kimi xərclərin ödənilməsi zamanı pul qabımızda mövcud olan plastik kartları pos terminallara yaxınlaşdırmaq və ya onlayn platformalara daxil etmək kifayət edir. Təbii ki, təkcə kartın fiziki cəhətdən varlığı ilə kifayətlənə bilmərik. Balansında kifayət qədər vəsaitinin olması da vacibdir. Bəzən müxtəlif ödənişlərin, əməliyyatların həyata keçirilməsi zamanı ehtiyac olan vəsaitin miqdarı daha yüksək ola bilir. Bu kimi məqamlarda və yaxud digər situasiyalarda kredit kartları köməyimizə çatır. Kredit kartları banklar tərəfindən istehlakçılara alış-veriş və müxtəlif ödənişlərin icrası kimi əməliyyatları həyata keçirilməsi üçün istifadəyə təqdim olunan plastik kartlardır. Kredit kartlarının balansı istehlakçının aylıq, illik gəlirinə yaxud maliyyə qurumunun şərtlərinə uyğunlaşdırılaraq, müəyyən limit daxilində təqdim olunur. Beləliklə, kredit kart sahibi ona təqdim olunan limit daxilində xərclərini qarşılaya bilir. İstifadəçi üçün ayrılan kredit məbləği öncədən razılaşdırılmış aylar üzrə bərabər şəkildə bölünür. Müştəri hər ayın müəyyən tarixində müvafiq olaraq bölünmüş ödənişi ödəməlidir. Əks halda ödənişin üzərinə faiz məbləği toplanır ki, bu isə əlavə xərc deməkdir.
Lakin son zamanlarda kredit kartlarından istifadə edən vətəndaşların şikayətinə tez-tez rast gəlinir. Belə ki, onlar bankların təqdim etdiyi bu kartları "borc tələsi" adlandırırlar. Verilən pulların faizlərinin çox olmasından və ödəniş etdikləri təqdirdə borcun bitmədiyindən narazılıq edirlər.
Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən bank məsələləri üzrə ekspert Emin Kərim bildirib ki, kredit kartları ötən əsrin 80-ci illərindən həm dünya bazarında, həm də banklarda dövriyyəyə daxil olub:
"Bu kartlar müştəriləri tələyə salmaq yox əksinə çətin vəziyyətdən çıxarmaq üçün vasitədir. Düzgün istifadə olunduğu təqdirdə xeyirli maliyyə alətidir. Sadəcə bizim bəzi vətəndaşlarımız məhsul şərti ilə tam tanış olmadan kartlardan istifadə edirlər. Bu da əhali arasında bankları haqqında "borc tələsi" fikrini formalaşdırır.
Bəzi bank müştəriləri şikayət edir ki, "nə qədər borc ödəsək də kredit bitmir, faizi günbəgün artır." Bunlar tamamilə yanlış yanaşma və səhv fikirdir. Plastik kart alarkən vətəndaşların diqqət yetirməli olduğu vacib məqam onun bərpa olunan kredit xətti olub olmamasıdır. Adi kredit zamanı vətəndaş kredit götürür və zamanla ödənişi ödəyərək borcu bitmiş olur. Plastik kredit kartlarında isə sistemdə pul yenilənir. Bu zaman vətəndaşda "bank borcu bitmir" fikri formalaşır".
Emin Kərim qeyd etdi ki, bank müştərilərinin bəzisi də kredit kartlarının limitinin icazəsiz artığından şikayət edirlər. İstərdim ki, bu məsələyə aydınlıq gətirim:
"Kredit limitinin artması müştərinin ödəməli olduğu məbləğın yüksəlməsi mənasına gəlmir. Bu gün kimsə 1000 manatlıq kart götürübsə onun limiti sonradan 2 və ya 3 min manat artırılırsa, bu müştəriyə bankın güvənindən xəbər verir. Plastik kartlarda faiz öhdəliyi və ödənişi istifadə olunmuş limitə görə hesablanır. 1000 manatdan 200 manat xərclənibsə müştəri yalnız 200 manatın kreditini banka ödəyir. 1000 manata görə faiz hesablanmır".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1860 Tarix: 25 oktyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşPensiyalar gələn il KƏSKİN ARTACAQ: Məbləğ açıqlandı - BÖYÜK MÜJDƏ
Yeni ilin ilk ayında pensiyaçılara veriləcək artımla bağlı gözləntilər artıq indidən formalaşmağa başlayıb. Hazırkı göstəricilər və əməkhaqqı dinamikası 2027-ci ilin yanvarında əmək pensiyalarının nəzərəçarpacaq dərəcədə artırıla biləcəyini deməyə əsas verir. Hətta ilkin hesablamalarda indeksasiyanı
00:07 220 Nazir müavini ilə bağlı şayiələr yayıldı - Pentaqon rəhbərliyində nə baş verir?
Pentaqonun rəhbərliyində hərb naziri Pit Heqsetin dövründə başlayan istefalar dalğasının ardınca yeni kadr islahatlarının gözlənildiyi bildirilir. xəbər verir ki, bu barədə "Reuters" agentliyi üç fərqli mənbəyə əsaslanaraq məlumat yayıb. Bildirilib ki, qurum artıq nazir müavini Stiv Feynberqi
05.09.2026 185 Akadzava: Yaponiya və ABŞ 550 milyard dollarlıq investisiya proqramının reallaşdırılmasında irəliləyiş əldə edib
Yaponiya və ABŞ iki ölkə arasındakı ticarət sazişi çərçivəsində 550 milyard dollar həcmində investisiya proqramının həyata keçirilməsində irəliləyiş əldə edib. "Report" "Bloomberg"ə istinadən xəbər verir ki, bu barədə Yaponiyanın iqtisadiyyat, ticarət və sənaye naziri Ryosey Akadzav
05.09.2026 181 DİQQƏT! 9 gün İŞ OLMAYACAQ - TARİXLƏR
2026-cı ilin oktyabr ayında ümumilikdə 9 qeyri-iş günü olacaq. Oktyabr ayının 4, 11, 18 və 25-i bazar günlərinə təsadüf etdiyindən, həmin tarixlər qeyri-iş günləri hesab olunur. Bundan əlavə, altıgünlük iş həftəsi ilə işləyənlər 4 gün istirahət edəcəklər. Beləliklə, 2026-cı ilin sentyabr ayında altıgünlü
05.09.2026 538 Bakıda mal əti bahalaşdı - YENİ QİYMƏT
Bakıda mal ətinin qiymətində artım müşahidə edilir. BİG.AZ "Unikal"a istinadən xəbər verir ki, sümüklü mal ətinin qiyməti 19 manat, sümüksüzün qiyməti isə 23 manata qaldırılıb. Satıcılar qiymət artımını heyvan azlığı ilə əlaqələndirirlər
05.09.2026 330 Uruqvayda quş qripi xəbərdarlığı - Fövqəladə vəziyyət elan edildi
Uruqvayda ev quşlarında quş qripi virusunun aşkar edilməsindən sonra ölkə miqyasında fövqəladə vəziyyət elan olunub. BİG.AZ qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Uruqvayın Heyvandarlıq, Kənd Təsərrüfatı və Balıqçılıq Nazirliyi məlumat yayıb. Məlumatda ölkənin cənub-qərbində yerləşən Koloniy
12:50 0 Qisasını qardaşı arvadının maşınından aldı - Bakıda qəribə ailə münaqişəsi
Yasamal Rayonu İ.Talıblı küçəsinin sakini Şakir Məmmədov (bütün ad-soyadlar şərtidir) qardaşının məsuliyyətə cəlb edilməsini istəyib. BİG.AZ "Qafqazinfo"ya istinadla xəbər verir ki, bu barədə rayon polis idarəsinin 29-cu Polis Şöbəsinə şikayət daxil olub. Ş.Məmmədovun həyat yoldaşı və qayınatas
05.09.2026 235 Ailələrin gəliri niyə ayın sonuna çatmır? - Qazancı ən çox "yeyən" xərclər
Azərbaycanda ailələrin aylıq gəlirlərinin əhəmiyyətli hissəsi gündəlik və zəruri xərclərə yönəlir. Xüsusilə kirayə haqqı, ərzaq və kommunal ödənişlər ailə büdcəsinə ciddi yük yaradır. Bəs bu xərclərin ailələrin aylıq gəlirində payı nə qədərdir və hansı xərc növü büdcəyə daha çox təsir edir?. Mövzu il
00:15 231 Milyonlarla mobil telefon İŞLƏMƏYƏCƏK: Cəmi bir neçə gün qaldı
Türkiyədə qeydiyyatdan keçirilməyən telefonların istifadə müddəti başa çatır və bu cihazlar hər an rabitəyə bağlana bilər. xəbər verir ki, ölkədəki yüksək qiymətlərə görə telefon almaq istəməyənlər xaricdən gətirdikləri cihazlardan bir təqvim ili ərzində 4 ay boyunca istifadə edə bilirlər. Lakin telefond
00:14 242