Azərbaycanda "SMS icazə" sistemi geri qayıdır? - AÇIQLAMA

Azərbaycanda "SMS icazə" sistemi geri qayıdır? - AÇIQLAMAAzərbaycanda koronavirusa yoluxanların sayının 352-yə yüksəlməsi hər kəsi ciddi narahat edir.

Yoluxmanın gün keçdikcə artması vətəndaşlar arasında müxtəlif fikirlərin səslənməsinə səbəb olub.

Belə ki, sakinlərin fikrincə yoluxma artan tendensiya ilə davam edərsə karantin rejimi sərtləşdiriləcək, "sms icazə" sistemi isə geri qayıdacaq.

Bəs görəsən həqiqətən Azərbaycanda "sms icazə" sistemi yenidən tətbiq edilə bilərmi?

Məsələ ilə bağlı Sonxeber.az-ın sualını cavablandıran dosent Ədalət Rüstəm bildirib ki, yoluxma sayı artan dinamika ilə davam etsə, Azərbaycanda karantin rejiminin yenidən sərtləşdiriləcəyi ehtimalı böyükdür:

"Gündəlik yoluxanların sayı 352 nəfərə qədər yüksəlib. Artım dinamikası davam etsə, karantin rejimi yenidən sərtləşdirilə və "SMS-icazə" sisteminə geri qayıda bilərik. Düşünürəm ki, iki gündə yoluxma sayının çoxalması narahatlıq yaradır. Belə davam edərsə , yenidən qapadılmaya gedilə bilər. Əllbəttə, karantin rejimi ilə bağlı qərar qəbul etmək Operativ Qərargahın səlahiyyətindədir. Operativ Qərargah ölkədə koronavirusla bağlı vəziyyəti analiz edib, düzgün qərar verəcək.Bilirsiniz ki, ölkməmizdə yanvarın 18-dən vaksinasiyaya başlanılıb və hazırda da davam etdirilir. Hər şey vətəndaşların karantin qaydalarına nə dərəcədə əməl etməsindən asılıdır. Ona görə də indiki halda maskadan düzgün istifadə və qaydalara məsuliyyətlə yanaşmaq daha vacib amildir".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 6158   Tarix: 02 mart 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş