Bakıda hava dəyişməyə BAŞLADI - FOTO
Paytaxtda səhər saatlarından etibarən günəşli olan hava artıq dəyişməyə başlayıb.
BiG.AZ xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin yaydığı məlumat qeyd olunduğu kimi 23 fevral tarixində axşama doğru hava şəraiti dəyişir.
Məlumatda bildirilmişdi ki, Bakıda və Abşeron yarımadasında fevralın 23-ü axşamdan 25-i səhərədək havanın arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, 15-20 m/s, arabir 23-28 m/s, fevralın 24-də yarımadanın bəzi yerlərində arabir 30 m/s-dək güclənəcək.
Fevralın 24-25-də havanın temperaturunun ötən günlərlə müqayisədə tədricən 5-8 dərəcə aşağı enəcəyi, 0-3 dərəcə şaxta olacağı gözlənilir./Trend
BiG.Az


Xəbərlər Baxılıb: 2049 Tarix: 23 fevral 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş