Sevgililərin məhkəmə çəkişməsi - "Mənə mütəmadi cinsi əlaqədə olmaq istədiyini dedi"

Sevgililərin məhkəmə çəkişməsi - "Mənə mütəmadi cinsi əlaqədə olmaq istədiyini dedi"Gəncə şəhərində qadını intim görüntüləri ilə şantaj edən 1985-ci il təvəllüdlü Əliyar Əliyevin məhkəməsi başa çatıb.

BiG.AZ teleqraf.com-a istinadən bildirir ki, Əliyar Əliyev 2019-cu ilin oktyabr ayında ər-arvad münasibətində olduğu Mətanət Səmədovanın (ad və soyad şərti verilib - red.) mobil telefonunu əldə edib.

Qadın niyə şantaj olundu?

Əliyar Əliyev Mətanətin telefonunun yaddaşında olan başqa kişilərlə və özünü tək çəkdirdiyi yarıçılpaq şəkli, videoları ələ keçirib. Sonra qadını rüsvayedici şəkil və videoları yaxın qohumlarına yayacağı ilə hədələyib.

2019-cu ilin oktyabr ayının ortalarından başlayaraq Gəncə şəhərində "Eleqans" adlanan kafedə görüşməklə, daha sonra mobil telefonla ondan hədə-qorxu ilə 5000 manat pul tələb edib.

Mətanət Səmədova Gəncə Şəhər Kəpəz rayon Polis İdarəsinə bu barədə ərizə ilə müraciət edib. Keçirilən əməliyyat nəticəsində Əliyar Əliyev həbs olunub.

Əliyar Əliyev barəsində Cinayət Məcəlləsinin 182.1-ci (hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmə) maddəsi ilə ittiham elan edilib.

"Evinə gedib-gəlirdim"

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Əliyar Əliyev elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib.

O, ifadəsində göstərib ki, Mətanət Səmədovanı təxminən 2012-ci ildən tanıyır: "Mətanətlə aramızda həmin vaxtdan münasibət yarandı və bir-birimizi sevdik. Ailəli olduğum üçün Mətanətlə rəsmi nikah bağlaya bilmədim. Lakin sevdiyim üçün onun yaşadığı evə gedib-gəldim və öz ailəm kimi münasibət saxladım.

Sonradan Mətanətlə ayrıldım. Buna səbəb Mətanətin əxlaqsız həyat tərzi keçirməsi və mənə yalan danışması oldu".

"Oğlanlarla qucaqlaşmış şəkillərini gördüm"

Təqsirləndirilən şəxs ifadəsində qeyd edib ki, təxminən oktyabr ayının 15-20-si tarixləri arasında Mətanətin telefonunu götürüb:

"Telefonu satmaq və ona yenisini almaq istədim. Həmin telefonu Mətanətdən aldım, ona baxdıqda yaddaşında olan fayllarda başqa oğlanlarla restoranda qucaqlaşmış, rəqs edərkən və digər səmimi şəkillərini gördüm. Mətanətdən bu şəkilləri nə üçün çəkdirdiyini və həmin şəkildə olan kişilərin kim olduğunu soruşdum.

Mətanət onların adlarını deməsə də, Gürcüstanda və Türkiyədə restoranda tanış olduqlarını söylədi. Mətanətdən nə üçün yarıçılpaq formada yad kişilərlə şəkil çəkdirdiyini soruşdum. Onlarla yalnız oturub yemək yediyini, hər hansı intim münasibətdə olmadığını bildirdi. İnanmadığım üçün onunla mübahisə etdim. Telefonu da götürərək ondan ayrıldım".

"Mütəmadi cinsi əlaqədə olmaq istədiyini dedi"

Əliyev Əliyevin sözlərinə görə, təxminən bir neçə gün sonra 2019-cu ilin oktyabr ayının ortalarında Mətanətə zəng edib, onunla görüşmək istədiyini deyib: "Mətanət bir neçə gün sonra mənə zəng etdi, Gəncə şəhərində olan "Eleqans" adlanan kafedə olduğunu dedi, məni həmin kafeyə çağırdı. 2019-cu ilin oktyabr ayının sonları idi. Mətanətin zəngindən sonra həmin yerə getdim. Çay içdik, söhbət etdik. Ona əxlaqsız həyat tərzinin yanlış olduğunu və uşaqlarının böyüdükdə bu hərəkətindən utanacaqlarını dedim.

Mətanət isə əxlaqsız həyat tərzinin ona xoş olduğunu və mütəmadi cinsi əlaqədə olmaq istədiyini dedi. Bu hərəkətlərindən əl çəkməsə, kişilərlə olan yarıçılpaq şəkillərini anasına, atasına göstərəcəyimi dedim. Niyyətim Mətanəti bu yoldan çəkindirmək idi.

Həmin şəkilləri anasına göstərəcəyimi dedikdə Mətanət xahiş etdi ki, bu cür etməyim. Əgər şəkillərini anasına və atasına göstərməməyimi istəyirsə, 5000 manat verməli olduğunu, pul verərsə, həmin şəkilləri siləcəyimi dedim".

"Pul verə bilmirəm, şəkli sil..."

Əliyar Əliyev qeyd edib ki, Mətanət bankda pulu olduğunu və həmin puldan ona 5000 manat verəcəyini deyib: "Ona vaxt verdim. Bir neçə gün sonra Mətanət zəng etdi və mənə pul verə bilməyəcəyini söylədi. Onunla sağollaşdım, telefonu söndürdüm.

Bundan sonra Mətanət mənimlə yenə əlaqə saxladı, pulun yarı hissəsini verəcəyini bildirdi və həmin şəkilləri silməyimi istədi. Dedim ki, pulun hamısını düzəlt. Lakin Mətanət xahiş etdi ki, pulu bir neçə dəfəyə versin.

Təklif etdim ki, pulun bir hissəsini indi, bir hissəsini 2019-cu ilin dekabr ayında, qalanını da 2020-ci ilin mart ayında versin. Bildirdim ki, pulun axırıncı hissəsini aldıqdan sonra şəkilləri və digər məlumatları gözünün qarşısında siləcəm. Həm də dedim ki, 5 ildən artıq qeyri-rəsmi ailə münasibətlərimiz olduğundan sözümü tutacam".

"Bu vaxt polislər yaxınlaşdı"

Əliyar Əliyev bildirib ki, Mətanət ona yenidən zəng edib: "Pulun yarısını düzəltdiyini dedi, Mərkəzi Poçtun yerləşdiyi küçədə görüşməyi təklif etdi. Həmin gün saat 13 radələrində avtomaşınımla həmin yerə getdim. Mərkəzi Poçtun yerləşdiyi küçədə Mətanətə yaxınlaşdım. Mətanət cəmi 500 manat pul düzəldə bildiyini dedi, cibindən çıxararaq mənə verdi. Pulu götürdüm, Mətanətdən pulu alarkən saymadım. Ona inandığım üçün pulu götürdüm. Bu vaxt polis əməkdaşları mənə yaxınlaşdılar və Mətanətdən hədə-qorxu ilə pul tələb etməkdə şübhəli olduğumu dedilər.

Məni saxladıqdan sonra Kəpəz Rayon Polis İdarəsinə aparılacağımı bildirdilər. Etiraz etmədim və polis əməkdaşları ilə birlikdə Polis İdarəsinə getdik".

Əliyar Əliyev ifadəsinin sonunda törətdiyi cinayət əməlindən peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını, ondan heç bir şikayəti olmadığının nəzərə alınmasını xahiş edib.

Bu cinayət işinə Gəncənin Nizami Rayon Məhkəməsində hakim Roman Ələkbərlinin sədrliyi ilə baxılıb.

Əliyar Əliyev 3 il 1 ay müddətinə azadlıqdan məhrum edilib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2307   Tarix: 23 fevral 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

İsrail əsgərləri 12 fələstinlini əsir götürüb

İsrail əsgərləri işğal altındakı İordan çayının qərb sahilində 12 fələstinlini əsir götürüb. xəbər verir ki, İsrail ordusunun İordan çayının qərb sahilinin Tulkərim, Ramallah, Hebron və Qüdsdə keçirdiyi basqınlarda biri uşaq və keçmiş məhbusların da olduğu ən azı 12 fələstinlini nəzarətə götürdüyü bildirilib

25.04.2024 207
.

Barış Arduç yeni filmə çəkiləcək

Aktyor Barış Arduç yeni filmə çəkiləcək. xəbər verir ki, bu barədə aktyor özü bildirib. Film onlayn platformada yayımlanacaq

25.04.2024 311
.

Xıdırlıda inşa edilən məktəb belə olacaq

Xəbər verdiyimiz kimi, aprelin 25-də Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam rayonunun Xıdırlı kənd tam orta məktəbinin birgə təməlqoyma mərasimində iştirak ediblər. "Qafqazinfo"nun məlumatına görə, Xıdırlı kənd tam orta məktəbinin inşas

10:08 130
.

Evliliklərinin 7-ci ilini qeyd edirlər...

Aparıcı İlkin Həsəni və influenser xanımı Aysel Həsəni (icelinee) 7-ci evlilik ildönümlərini qeyd edirlər. OLAY yazır ki, bununla bağlı hər ikisi də paylaşım edib. İlkin toyundan fotonu "7 il" və ürək emojisi ilə paylaşıb. Aysel isə "25.04.2017" qeydi ilə "Bu gün toyumuzdan

25.04.2024 711
.

O, 24 ildən sonra Aygün Kazımova ilə GÖRÜŞDÜ - VİDEO

Xalq artisti Aygün Kazımova 24 il əvvəl "Şəklimi çəkə-çəkə" mahnısının klipindəki tərəf müqabili Şamil Muradovla bir araya gəlib. bizim.media-ya istinadən bildirir ki, ikilinin görünüşü el şənliklərinin birində baş tutub. Toyda səhnə alan Aygünə aparıcı tərəfindən gözlənilməz sürpriz olunub

25.04.2024 903
.

Niyamla Aynur barışıb? - VİDEO

Bir müddət küsülü olan müğənni Niyam Salami ilə duet ortağı Aynur Dadaşova barışıblar. xəbər verir ki, sənətçi Niyam Salami ATV-də yayımlanan "Günaylı Gün" verilişində telefonla canlı bağlantıya qoşularaq, Aynur Dadaşovanı salamlayıb. O yaxın günlərdə Aynurla yeniden duet oxuyacağını bildirib

25.04.2024 430
.

İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO

Azərbaycanda səfərdə olan Qırğızıstan Prezidenti Sadır Japarova Qarabağ atı hədiyyə edilib. AZƏRTAC xəbər verir ki, aprelin 25-də Ağdamda Azərbaycan İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar və sonra Qarabağ atların

25.04.2024 392
.

"Kaş hamı Cavanşir Məmmədov kimi yaşayardı"

Əməkdar artist Elza Seyidcahan mərhum həmkarı Cavanşir Məmmədovdan danışıb. Axşam.az xəbər verir ki, müğənni "Elgizlə izlə" verilişində ifaçının ölümündən danışıb. "Ölüm haqdır. Bilə bilmərik ki, kim harada öləcək. Kimə torpaq qismət olacaq, ya yox. Heç kim bilmir necə öləcək. Allahı

25.04.2024 477
.

Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov birgə nahar ediblər. Bununla bağlı AZƏRTAC məlumat yayıb

25.04.2024 779