Azərbaycanda yüksək gəlirli Onlayn Biznes qurmaq imkanı

Azərbaycanda yüksək gəlirli Onlayn Biznes qurmaq imkanıArtıq onlayn biznes qurub uğurlu layihə sahibi olmaq dahada real və əlçatan oldu. Elektron kommersiya ilə məşğul olmaq istəyənlərə sevindirici və ruhlandırıcı bir xəbərimiz var. Odur ki, diqqətlə oxuyun və bu şansı əldən verməyin. Professional proqramçı və marketinq mütəxəssislərindən ibarət yerli və məşhur rəqəmsal agentlik olan "BRANDYCAL Digital Agency" möhtəşəm bir xəbər ilə gündəmdədir.
Azərbaycanda yüksək gəlirli Onlayn Biznes qurmaq imkanıArtıq hər bir insana bəllidir ki, dünyanın həyat tərzi daim yenilənir və zəmanəyə uyğun addımlar atmaq hər dəfə dəqiq hesablanmış statistik göstəricilər üzərindən formalaşmalıdır. Bu səbəbdən dolayı onlayn biznes qurulması - müəyyən məqamları vacib hesab edən bir prosesdir ki, bu incəliklər elektron sferada yaradılacaq biznesin bir başa uğuruna təsir edir.

İlk öncə onu anlamaq lazımdır ki, insanın həyatında çox önəmli bir rol oynayan aspekt əslində elə insanın xoşbəxt ola bilməsidir. Bu isə həqiqətən hər kəsin bacarmadığı lakin hər birimizin isə öz seçimindən asılı olan bir nəticədir. Bəs bugünün müasir insanı necə edə bilər ki, inkişaf edən dövrümüzün trendləri ilə həm uyğunlaşa bilsin həm də xoşbəxt olmağın həzzini yaşasın?

Bu sualın yeganə bir cavabı var ki, insan məşğul olduğu işdən həqiqətən həzz alıb yüksək qazanc əldə edərək xoşbəxtlik hissinə varsın və ailəsi ilə bu pozitiv enerjini paylaşa bilsin. Bu tip işin müəyyən edilməsi isə insan həyatının ən mühüm seçimlərindən biridir ki, bir çox hallarda düzgün şəkildə təyin edilmir.

Onlayn sferada elektron kommersiya fəaliyyətinin təşkil edilməsi üzə xidmət göstərən, onlayn layihənin brendləşdirilməsini həyata keçirən və partnyorlarının layihələrini moderasiya edən BRANDYCAL agentliyi - bəzi partnyorlarının gündəlik satış göstəricilərini nümunə olaraq təqdim edir. Aşağıdakı skrinlərdən görə bilərsiniz ki, inkişaf mərhləsindən asılı olaraq fərqli səviyyədə gündəlik onlayn satış edə bilən layihələr var. Məsələn aşağıdakı skrinlərdə - gün ərzində $ 804, $ 3.400 və $ 4.800 ABŞ dolları səviyyəsində satış edə bilən standart saytların göstəricilərinə baxa bilərsiniz:

Azərbaycanda yüksək gəlirli Onlayn Biznes qurmaq imkanıSürətlə inkişaf edən Respublikamızın əhalisinə xidmət etməyə qərar vermiş BRANDYCAL rəqəmsal agentliyi, cəmiyyətimizin onlayn sahibkarlıq ruhunu və bacarıqlarını zənginləşdirmək üçün "AZERBUSINESS" layihəsinə start verir. Uzun illərdir ki, onlayn biznes və elektron kommersiya istiqamətində fəaliyyət göstərən və bir çox onlayn brendlərin yaradıcısı olmaqla yanaşı həm də layihələrin inkişafını həyata keçirdən "Brandycal Digital Agency" professional təcrübəsini ilk dəfə kurs halına gətirərək "AZERBUSINESS" adı altında intensiv biznes təlimləri hazırlayıb.

Azərbaycanda yüksək gəlirli Onlayn Biznes qurmaq imkanıArtıq 9 ildən çoxdur ki, elektron kommersiya ilə məşğul olan və "Brandycal" agentliyinə rəhbərlik edən Elşad Rael, komandasının seçmə professionalları ilə "AZERBUSINESS" təlimlərini birgə tədris edəcəklər. Təlimlər qısa müddət ərzində onlayn sahibkarlıq və internet üzərindən biznes qurulması üçün zəruri addımlar toplusunu tərkibində cəmləyir. Təlimdə iştirak edəcək olan kursantlar - internet üzərindən az yatırım etməklə böyük biznes qurmaq haqqında bütün incəlikləri sadələşdirilmiş formatda öyrənəcək və təlimi başa vuran zaman sərbəst şəkildə öz biznesini yaradıb idarə etmə biliklərinə yiyələnmiş olacaqdır.

Azərbaycanda yüksək gəlirli Onlayn Biznes qurmaq imkanıBrandycal agentliyi tərəfindən təşkil edilən AZERBUSINESS təlimlərinin əsas missiyası - Azərbaycan cəmiyyətinə onlayn biznesin bütün qaranlıq tərəflərini işıqlandırmaq və vətənimizə

fayda verə biləcək sahibkarların artması üçün təşkil olunacaq biznes təlimlərin həyata keçirilməsindən ibarətdir. Təlimlər Elşad Rael tərəfindən hazırlanıb və xüsusi tərkibə sahib olaraq iştirak edən kursantlara bir neçə dərs ərzində onlayn biznesin qurulmasını ətraflı və sadə şəkildə tədris edir. Təlim sonunda kursant əldə etmiş olduğu biliklər ilə sərbəst şəkildə elektron kommersiya ilə məşğul ola bilmək bacarıqlarına yiyələnir. Təlimi başa vuracaq kursantlar aşağıdakı istiqamətlər üzrə bütün zəruri bacarıqlara sahiblənəcəklər:

● Satılacaq məhsulun axtarışı və təyin edilməsi metodları

● Proqramlaşdırma bilikləri olmadan, professional veb sayt yaratmaq bacarığı

● Məhsulun və ya xidmətin Facebook və İnstagram kimi sosial şəbəkələrdə sponsorlu reklamlarının hazırlanması və reklam büdcəsinin idarə edilməsi metodları

● Ödəniş sistemlərindən istifadə qaydaları

● Qanuni və zəruri sənədləşmələr

● Bank hesablarının onlayn layihəyə tətbiq edilməsi

● Vergi ödənilməsi qaydaları

● Satış artıran effektiv marketinq metodları və tətbiq edilməsi

! Bu biznes təlimlərinin ən maraqlı cəhəti ondan ibarətdir ki, tədris olunan biznes metodu proqramlaşdırma bilikləri və bacarığı qətiyyən tələb etmir, minlərlə manat xərcləyib elektron kommersiya saytı hazırlanmasına ehtiyyac duymur və ən əsası bu sadalanan amillərə çox yüngül miqdarda aylıq ödəniş etməklə sahiblənə biləcəyinizi öyrədir.

Azərbaycanda yüksək gəlirli Onlayn Biznes qurmaq imkanıElşad Rael: "İnsanların əksəriyyəti onlayn biznes fəaliyyəti görmək üçün böyük xərclər tələb edən veb səhifə və bahalı sistemlərin mütləq olduğunu düşünür. Məsələ burasındadır ki, internetin bugün bizə təqdim etdiyi imkanlar həmin o, nəzərdə tutulan və xərc tələb edən professional sistemlərdən aylıq ödəniş edərək istifadə etməyi mümkün edir. Misal olaraq deyim ki, hazırlanması 15.000 AZN tələb edən veb sayt funksiyalarına siz ayda cəmisi 20-30 AZN civarında ödəniş etməklə sahib ola bilərsiniz. Ən əsası isə bu dərhal baş verir və siz vaxt itirmədən layihənizə start vermiş olursunuz."

Azərbaycanda yüksək gəlirli Onlayn Biznes qurmaq imkanıAzərbaycan Respublikasının onlayn sahibkarlıq və e-kommersiya biznes növləri üçün böyük bazar olduğunu vurğulayan Elşad Rael və mütəxəssislərdən ibarət kollektivi - ilkin etapda 2 təlim paketi üzrə tədrisi başlayacaqlarını bildirir. Bunlar MASTER və INDIVIDUAL paketləri adlanır.

MASTER paketi üzrə təlim 8 dərsdən ibarət olaraq həftədə 3 dəfə keçirilir və hər bir dərs 2-3 saat təşkil edir. 5 nəfərlik qrupdan ibarət kursantlar və 1-3 nəfər təlimçi ilə formalaşır. MASTER təlimi müddətində kursantlar Facebook və İnstagram platformalarında professional reklam kampaniyaları yaradılması prosesi üzrə effektiv biliklər öyrənərək hər növ məhsul və ya xidmətin satışını reallaşdıracaq bacarıqlara sahib olurlar. Diqqət! Təlim real reklam nümunələri, reklam kampaniyaları, həmin reklamlara xərclənmiş və real gəlir əldə edilmiş reklam hesablarının statistik göstəriciləri ilə izahlı formatda həyata keçirilir. AZERBUSINESS təlimçiləri partnorluq edərək idarə etdikləri veb saytların reklam hesablarından istifadə edərək kursantlara - real satışın onlayn sferadakı incəliklərini və prosedurunu göstərəcəklər. Bu tip format təşkil edən

biznes təlimi bir başa kursanta elektron kommersiyanın professional və yüksək gəlir gətirən aspektlərini işıqlandırır. Brandycal agentliyi olaraq partnyorların onlayn bizneslerini idarə edən mütəxəssis marketoloqlar, həmin bizneslərin real statistik məlumatlarını AZERBUSINESS kurslarına daxil edərək, kursantlara elektron biznesin sirrlərini yüksək keyfiyyətli bilik və ekspert təcrübəsi ilə tədris edəcək.

Azərbaycanda yüksək gəlirli Onlayn Biznes qurmaq imkanıDaha sonrakı etapda kursantlar, proqramlaşdırma biliyi olmadan necə professional veb səhifə yarada biləcəklərini öyrənirlər. Xüsusi veb konstruktorlar vasitəsi ilə istənilən növ veb saytı bir neçə günə yarada bilmə bacarıqlarına sahib olurlar. Növbəti mərhələdə ödəniş sistemlərindən qanuni şəkildə istifadə qaydaları, sənədləşmə, bank hesablarının veb layihəyə qoşulması və vergi sistemi ilə qeydiyyat prosedurları tədris edilir. Sonda isə satışların artmasına bir başa təsir göstərəcək marketinq metodları haqqında biliklər izah edilir. Beləliklə təlimi başa vurmuş şəxs - sərbəst şəkildə veb sayt yarada bilmək bacarığı və həmin saytda istənilən növ məhsul və ya xidməti professional səviyyədə reklam edərək onlayn şəkildə sata bilmək biliklərinə sahib olur.

INDIVIDUAL paketinə yuxarıda izah olunan bütün məqamlar daxildir. Fərq orasındadır ki, təlim qrup şəklində yox - bir başa təlimçinin kursant üzərində xüsusi nəzarəti ilə 12 dərs ərzində həyata keçirilir. Təlimçi kursanta MASTER paketində yer alan bütün bilikləri tədris edir və əlavə olaraq kursantın xüsusi bacarıqları, hobbisi, sevdiyi məşğuliyyətləri və bir neçə digər vacib tərəfləri barədə məlumat toplayır və detallar üzərindən statistik analiz aparır. Əldə etmiş olduğu məlumat toplusunun göstəriciləri ilə təlimçi - xüsusi bir biznes-plan hazırlayır ki, bu da, kursantın potensiyal və super-effektiv biznes növüdür. Həmin individual biznes-plan üzrə isə marketinq strategiyası hazırlanır. Mərhələlər üzrə strateji bölünmüş, bazar analizi və xərclər haqqında

izahatla zəngin bir material xüsusi olaraq kursanta təqdim edilir. Qısa sözlə desək - kursant onlayn biznes biliklərini öyrənməklə yanaşı həm də onu böyük ehtimal uğurlu edə biləcək addımları tərkibində cəmləyən biznes-planına sahib olur.

Biznes təlimlərində yerlər məhduddur. Təlimlərin növbəti həftə ərzində başlanması planlaşdırılır. MASTER paketi üzrə cəmi 2 qrup (10 kursant), INDIVIDUAL paketi üzrə isə cəmi 3 nəfər kursant tədris olunacaqdır. MASTER paketi 499 AZN, INDIVIDUAL paketi isə 990 AZN təşkil edir. Ətraflı məlumat və suallarınız üçün xahiş olunur agentliyə telefon zəngi və ya whats-app vasitəsi ilə müraciət edin. Hər bir sualı çəkinmədən ünvanlaya bilərsiniz. Məmnuniyyət ilə cavablandıracayıq.
Tel: +994 50 555 15 21
Email: [email protected]

"Brandycal" agentliyi və "AZERBUSINESS" olaraq biliklərimizin odəniləcək məbləğ qarşısında dəfələrlə yüksək qiymətli olduğunu bildirmək istəyirik. Biz uzun illərdir ki, müxtəlif növ onlayn bizneslərin idarə olunması ilə zənginləşmiş təcrübəyə malik bir ailəyik. Məqsədimiz sürətlə inkişaf edən ODLAR YURDU-nun əhalisinə fayda verməkdir. Bu biliklər sizin özünüzə və ən əsası isə vətənimizin gələcəyinə yatırmış olacağınız ən qiymətli investisiyadır. Biz sizinlə təklif etdiyimiz məbləğ müqabilində illər ərzində zənginləşmiş təcrübəmizi məmnuniyyət ilə paylaşmağa hazırıq. Arzu edirik ki, maksimal dərəcədə sizlərə qızıl bilik verib - cəmiyyətimizə faydalı ola biləcək sahibkarlar yetişdirək. Təlimi uğurla başa vuran və bəzi tələblərimizə cavab verən bacarıqlı kursantlara təlim sonrasında komandamız tərkibində iş təklifi edilə bilər. Hər kəsə uğurlar və xoşbəxt həyat arzulayırıq!

Yeni biznes ideyaları və trendləri üçün YouTube kanalımızı izləməyi unutmayın - AZERBUSINESS


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1822   Tarix: 29 yanvar 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18.09.2021 523
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda

18.09.2021 233
.

Pelenin səhhəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind

17.09.2021 585
.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589
.

Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?

"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar

17.09.2021 2089
.

Gəncədə avtomobillər toqquşdu: Ölən və yaralananlar var - FOTO

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-21 015 markalı minik avtomobili ilə KİA markalı avtomobil toqquşub. Daha sonra avtomobillərdən biri yoldan keçən iki piyadanı vurub. Onlardan biri ölüb, digəri is

18.09.2021 789
.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18.09.2021 995
.

Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar

18.09.2021 264
.

MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar

18.09.2021 245
.

TOP MP3