Rumıniyanın Baş naziri Tomak istefa verib
Rumıniya Prezidenti Nikoşur Dan Eugen Tomakın Baş nazir vəzifəsindən istefa verdiyini elan edib.
"Report" "Radio Romania İnternational"a istinadən xəbər verir ki, yeni Baş nazir Adrian Veştea təyin edilib.
Danın sözlərinə görə, Veştea mühüm inzibati vəzifələrdə çalışıb, xüsusən də Rışnov meri, dairə şurasının sədri olub, həmçinin ölkəyə əhəmiyyətli Avropa investisiyaları cəlb etməklə inkişaf naziri postunda uğurlu iş aparıb.
"O, inkişafda maraqlı olan insandır, inamlı Qərb tərəfdarı, yüksək mənəvi dəyərlərə malik və dialoqa hazır olan şəxsdir və nəhayət, o, uzun müddət büdcələrlə işləyən və onların idarə olunmasına cavabdehlik daşıyan bir insandır. Buna görə də əminəm ki, o, bu vəzifənin öhdəsindən uğurla gələcək", - Rumıniya Prezidenti bildirib.
Eyni zamanda Dan Tomaka işinə nümayiş etdirdiyi sadiqliyə və məsuliyyətə görə təşəkkür edib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 115 Tarix: 14 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşKonqo Demokratik Respublikasında Ebola qurbanlarının sayı 139 nəfərə çatıb
Konqo Demokratik Respublikasında Ebola virusundan ölənlərin sayı son 24 saat ərzində üç nəfər artaraq 139-a çatıb. "Report"un xəbərinə görə, bu barədə Konqonun Rabitə və Media ilə İş üzrə Nazirliyi gündəlik bülletenində məlumat verib. Məlumata görə, təsdiqlənmiş yoluxma hallarının sayı 689-
14.06.2026 163 ABŞ Ədliyyə Nazirliyi "Paramount"un "Warner Bros"u satın almasına qarşı çıxmayıb
ABŞ-nin Ədliyyə Nazirliyi "Paramount Skydance" şirkətinin media konqlomeratı "Warner Bros. Discovery" şirkətini potensial satın alınması ilə bağlı antiinhisar araşdırmasını başa çatdırıb və sövdələşmənin qarşısını almaq üçün heç bir əsas tapmayıb. "Report"un məlumatına görə
14.06.2026 166 Bu ərzaqların qiyməti qalxdı
Bu ilin may ayında Azərbaycanda ən çox meyvə bahalaşıb, tərəvəzlər isə ucuzlaşıb. Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən ay meyvələrin qiyməti əvvəlki ayla müqayisədə 1% artıb. Bununla yanaşı, mineral sular, sərinləşdirici içkilər və şirələr 0,8%, ət və ət məhsulları 0,5% bahalaşıb
14.06.2026 170 ABŞ-dən UNO-lar haqqında yeni açıqlama: Məxfi fayllar ictimaiyyətə təqdim edildi
Pentaqon naməlum uçan obyektlərin (UNO) uçuşları barədə əvvəllər məxfi saxlanılan sənədlərin üçüncü hissəsini dərc edib. "RBC"yə istinadən xəbər verir ki, fayllar Pentaqonun "naməlum anomal hadisələr"ə həsr olunmuş xüsusi veb-səhifəsində yerləşdirilib. Pentaqon ümumilikdə "naməlu
14.06.2026 183 ABŞ şirkəti 1960-cı ildən bəri Kubaya ən böyük yanacaq ixracını dayandırdı
ABŞ-nin "Vanguard Energy" şirkəti, Kubanın dövlət neft şirkəti olan "Cupet"ə qarşı sanksiyalar tətbiq edildikdən sonra bu ölkəyə 250 min barel yanacaq vermək planlarını ləğv edib. xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb. Bildirilib ki, həmin ixrac 1960-cı ildə
14.06.2026 154 Prezident İlham Əliyev Milli Qurtuluş Günü ilə bağlı paylaşım edib - FOTO
Azərbaycan Prezidenti İlham Əliyev Milli Qurtuluş Günü münasibətilə sosial şəbəkə hesablarında paylaşım edib. BİG.AZ xəbər verir ki, dövlət başçısının paylaşımında qeyd olunub:. "15 İyun - Azərbaycan xalqının Milli Qurtuluş Günü"
14.06.2026 115 İsrail ordusu Livanın cənubundakı 29 qəsəbənin sakinlərinə təxliyə çağırışı edib
İsrail Müdafiə Ordusu Livanın cənubundakı 29 yaşayış məntəqəsinin sakinlərinə "Hizbullah" qruplaşmasının obyektlərinə endiriləcək aviazərbələrlə əlaqədar təcili təxliyə barədə bildirişlər göndərib. "Report" xəbər verir ki, bu barədə İsrail ordusunun nümayəndəsi Avixay Edri bildirib
14.06.2026 126 Vens: Tehranla razılaşma İran aktivlərinin blokdan çıxarılmasını nəzərdə tutmur
Tehranla yeni razılaşma İran aktivlərinin blokdan çıxarılmasını nəzərdə tutmur. "Report" xəbər verir ki, bu barədə ABŞ-nin vitse-prezidenti Cey Di Vens "X" sosial şəbəkəsində yazıb. Onun sözlərinə görə, informasiya məkanında ABŞ və İran arasında ehtimal olunan razılıaşma barədə xeyl
14.06.2026 153 WSJ: ABŞ-nin bir neçə ştatının baş prokurorları "OpenAI" ilə bağlı araşdırmalara başlayıb
ABŞ-nin bir neçə ştatının Baş Prokurorlar Koalisiyası "ChatGPT" çatbotunun yaradıcısı "OpenAI" ilə bağlı araşdırmaya başlayıb. "Report"un məlumatına görə, bu barədə "The Wall Street Journal" qəzeti mənbələrə istinadən xəbər yayıb. Nəşrin məlumatına görə, 12 iyund
14.06.2026 161