Rayonlara yay səyahəti planlayanların DİQQƏTİNƏ
"Azərbaycan Dəmir Yolları" QSC (ADY) tətil və məzuniyyətlərin kütləvi hal aldığı yay mövsümündə sərnişin tələbatının daha operativ və dayanıqlı qarşılanması üçün əlavə tədbirlər görür.
Oxu.Az xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" (ADY) QSC məlumat yayıb.
Belə ki, 13 iyun-31 avqust tarixlərində Bakı-Ağstafa-Bakı marşrutu üzrə səfərlər hər şənbə və bazar günləri olmaqla təşkil ediləcək. Eyni zamanda, 15 iyun - Qurtuluş Günü və 26 iyun - Silahlı Qüvvələr Günü bu marşrutla əlavə qatar reysləri icra olunacaq.
Qatar Bakıdan şənbə günü saat 08:30-da, Ağstafadan isə bazar günü saat 17:15-də yola düşəcək.
ADY-nin digər sərnişindaşıma marşrutu olan Bakı-Qəbələ-Bakı marşrutu üzrə 6 iyun tarixindən başlayaraq şənbə və bazar günlərində hər iki istiqamətdə səfərlər həyata keçirilir. Sərnişin tələbatını təmin etmək məqsədilə 26 iyunda Bakı-Qəbələ-Bakı marşrutu üzrə əlavə reys təyin ediləcək. Bundan əlavə, 4 iyuldan etibarən bu marşrut üzrə hərəkət edən qatarlara Ucar stansiyasında da dayanacaq veriləcək ki, bu da bölgə sakinlərinin və sərnişinlərin xidmətlərdən daha rahat istifadə etməsinə imkan yaradacaq.
Qatar Bakı-Qəbələ istiqamətində saat 07:30-da, Qəbələdən Bakıya isə 19:00-da yola düşür.
Daha bir yenilik 1 iyuldan etibarən Bakı-Balakən-Bakı marşrutu üzrə qatarların hərəkət qrafikində tətbiq ediləcək. Belə ki, Bakıdan saat 23:30-də (23:50 əvəzinə), Balakəndən isə 21:10-da (22:00 əvəzinə) yola düşəcək.
Bundan əlavə, 12 və 13 iyun tarixlərində Bakıdan və Balakəndən hərəkət edəcək qatarların vaqon tərkibi artırılaraq 9-a çatdırılacaq və daha çox sərnişinin daşınması təmin ediləcək.
Xatırladaq ki, 6 iyundan başlayaraq rayonlararası istiqamətlər üzrə Dərnəgül stansiyasından da səfərlər təşkil olunur.
Qeyd edək ki, Abşeron dairəvi dəmir yolu xətti üzrə 15 İyun - Milli Qurtuluş Günü və 26 İyun - Silahlı Qüvvələr Günü qatarlar qeyri-iş günü qrafikinə uyğun hərəkət edəcək.
Sərnişinlərimizə səfərlərini öncədən planlaşdırmağı və biletləri vaxtında əldə etməyi tövsiyə edir, xoş səfərlər arzulayırıq.
Hərəkət cədvəlləri ilə saytımızda və ya "ADY Mobile" tətbiqində tanış ola bilərsiniz.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 583 Tarix: 14 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Xammalın ölkə daxilində emalı genişlənir" - Açıqlama
Azərbaycan 2027-2030-cu illəri əhatə edəcək Dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı ilə mineral resursların iqtisadi dövriyyəyə daha səmərəli cəlb edilməsini və bu sahədə yeni istehsal zəncirinin formalaşdırılmasını hədəfləyir. Azərbaycanın zəngin mineral resurs potensial
13:49 135 İlham Əliyev Estoniyanın ölkəmizdəki ilk səfirini qəbul etdi - Fotolar - Yenilənib
Azərbaycan Prezidenti İlham Əliyev bu gün Estoniyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Tiina Nirki qəbul edib. "Qafqazinfo" xəbər verir ki, səfir etimadnaməsini dövlət başçısına təqdim edib. Prezident İlham Əliyev səfirlə söhbət edib. Dövlət başçısı Azərbaycanl
13:10 261 Çingiz Qənizadə ilə bağlı məhkəmə başladı - İlk iclasda gözlənilməz gediş: proses təxirə salındı
İctimaiyyətə David Seliverstov adı ilə tanınan Abbasov Kazım Elşən oğlunun Çingiz Qənizadə barəsində xüsusi ittiham qaydasında verdiyi şikayət üzrə ilk məhkəmə prosesi keçirilib. xəbər verir ki, məhkəmə iclası zamanı şikayət üzrə prosesə baxılması nəzərdə tutulsa da, Çingiz Qənizadənin məhkəməyə gəlməməs
13:03 159 Japarov sanksiyaların tətbiqi ilə bağlı BMT-yə müraciət edib
Bəzi dövlətlər sanksiyalardan suveren ölkələrin daxili işlərinə müdaxilə etmək vasitəsi kimi istifadə edirlər. xəbər verir ki, Sputnik-in Telegram kanalında yayılan məlumata görə, bunu Qırğızıstan Prezidenti Sadir Japarov BMT Baş Assambleyasının iclasında çıxışı zamanı bildirib. Onun sözlərinə görə
12:13 139 "Layihənin geosiyasi və regional aspektləri xüsusilə diqqətəlayiqdir" - BƏHRUZ MƏHƏRRƏMOV
"Məlumdur ki, Azərbaycanın iqtisadi inkişaf modeli son illərdə yalnız mövcud resursların idarə olunması ilə kifayətlənməyib, gələcəyin qlobal çağırışlarına cavab verən, çevik və yüksək əlavə dəyər yaradan yeni sənaye sütunlarının inşasına yönəlmişdir. Prezident İlham Əliyevin "2027-2030-c
12:10 212 Dağ-mədən sənayesində yeni mərhələ: Dövlət Proqramı hansı imkanları yaradacaq?
"Dağ-mədən və metallurgiya sənayesi Azərbaycanda iqtisadiyyatın əsas istiqamətlərindən biridir. Prezident İlham Əliyevin sədrliyi ilə "Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı"na həsr olunmu
14:58 90 ATATÜRK UNİVERSİTETİNDƏN HƏYAT RESEPTİ
Elm sərhədləri aşdı, Ərzurumun sabahları təminat altına alındı!. Tədqiqat Universitetlərinin Performans Qiymətləndirilməsində 13-cü sıraya yüksələn və Keyfiyyət göstəricisində Türkiyədə 3-cü olan Atatürk Universiteti təkcə akademik uğura deyil, həm də Ərzurum, Şərqi Anadolu və bütün Türkiyə adına stratej
13:23 144 Ermənistan rəsmisi elə gəldiyi gün Bakını tərk edib - Video
Məlum olduğu kimi, Ermənistanın Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Kristine Qriqoryan sentyabrın 22-də Bakıya səfər edib. "Qafqazinfo" "a istinadən xəbər verir ki, IV Bakı Təhlükəsizlik Forumunda iştirak edən Qriqoryan elə ötən gün yerli vaxtla saat 23:40-da ölkəsinə qayıdıb. İlk olara
10:35 213 Xammaldan sənaye gücünə: Azərbaycanın metallurgiya strategiyasında yeni mərhələ
Azərbaycan iqtisadiyyatının qarşısında duran əsas vəzifələrdən biri təbii sərvətlərin yalnız hasilat mənbəyi kimi deyil, yüksək əlavə dəyər yaradan sənaye resursu kimi iqtisadi dövriyyəyə cəlb edilməsidir. Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (meta
12:08 135