Bu məşhur sosial şəbəkələrdən getdi

Bu məşhur sosial şəbəkələrdən getdi53 yaşlı aktrisa Pamela Anderson sosial şəbəkələrdən getdiyini elan edib.
BiG.AZ xəbər verir ki, bu barədə aktrisa instaqram hesabında məlumat verib:

"Bu mənim instaqram, tvitter və feysbukda son postum olacaq. Məni heç vaxt sosial şəbəkələr maraqlandırmırdı. İndi həyatda yerimi tapmışam. Hazırda təbiətdə olmaqdan və oxumaqdan ilham alıram. Mən azadam".

Öz izləyicilərinə təşəkkür edən Pamela onları sosial şəbəkələrdə boş vaxtlarını sərf etməməyə çağırıb:

"Sosial şəbəkələr beyninizi nəzarət altına almaq üçün və pul qazanmaq üçün sizdən istifadə edir".

Qeyd edək ki, Pamela Andersonun instaqramda 1,2 milyon izləyicisi var idi./Axşam.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 823   Tarix: 27 yanvar 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş