Aygün Kazımovanı arxada qoydu, vərəmə tutuldu, 31 yaşında Amerikada güllələndi – Azərbaycanlı müğənninin faciəvi həyatı

Aygün Kazımovanı arxada qoydu, vərəmə tutuldu, 31 yaşında Amerikada güllələndi – Azərbaycanlı müğənninin faciəvi həyatıBiG.AZ azərbaycanlı müğənni Sevil Hacıyeva haqqında maraqlı faktları təqdim edir.

Sevil Maqsud qızı Hacıyeva 3 oktyabr 1968-ci ildə Bakı şəhərində anadan olub. Gənc yaşlarından etibarən musiqi fəaliyyətinə başlayan Sevilin qısa zaman ərzində istedadı kəşf edilir və müxtəlif musiqi tədbirlərində çıxış etməyə başlayır. Azərbaycan Dövlət Konservatoriyasının fortepiano şöbəsində təhsil alır.

***

Sevil Hacıyeva "Yanğı", "Köhnə tramvay", "De, kim eşitsin" kimi mahnıların ifaçısı olub. Onun ən çox duet ifa etdiyi müğənnilərdən biri Samir Bağırov olub.

***

Sevil Hacıyevanın solist kimi əsas fəaliyyəti 1980-ci illərin əfsanəvi qruplarından olan "Karvan"la bağlıdır.
1993-cü ildə "Karvan" qrupu dağıldıqdan sonra Sevil Hacıyeva bir də Bakı səhnələrində görünmür. O, digər həmyaşıdları və həmkarları kimi dövrün ağır şərtlərindən təsirlənərək, səhnələrdən uzaq düşür.

***

1988-ci ildə "Bakı Payızı- 88" müsabiqəsinin laureatlarından biri olub. "Yurmala" müsabiqəsində gənc musiqiçilərin yarışında iştirak edən Sevil Hacıyeva hətta Aygün Kazımovanı da geridə qoyaraq müsabiqənin finalına çıxır. Daha sonra "Qaya" qrupunun bədii rəhbəri Teymur Mirzəyevin dəvəti ilə qrupda çıxış etməyə başlayıb. Bəstəkar Eldar Mansurovla davamlı əməkdaşlıq edib, onun yazdığı mahnıları oxuyub.

***

Vərəm xəstəliyindən əziyyət çəkən, ailə problemləri yaşayan müğənni tanış olduğu ABŞ vətəndaşının köməkliyi ilə Los-Ancelesə köçür. 8 Sentyabr 1996-cı ildə Ian Mussman adlı biri ilə evlənir.
Həyatının ikinci baharını yaşayan Sevil Hacıyeva vərəm xəstəliyindən müalicə olunaraq sağalır, Los-Ancelesdə konservatoriyada təhsil almağa başlayır. Öz pulunu qazanmaq üçün isə gecələr şəhərin prestijli klublarının birində səhnəyə çıxır.

***

Sevil Hacıyeva rəsmi olaraq "Məhdud iş imkanı üçün icazə verilən xarici tələbə" statusunda olub. Sosial Təhlükəsizlik koduna sahib olub.
Sevil Hacıyevanın yaradıcılığının çiçəklənən vaxtı faciəli hadisə onun gənc həyatını yarıda saxlayır. 12 sentyabr 2000-ci ildə bir dostu ilə səhnəyə çıxdığı klubdan evə qayıdan Sevil Hacıyevanın yolunu soyğunçu kəsir. Ciblərindəki pulları tələb edən oğruya tabe olmadığı üçün soyğunçu əvvəlcə Sevilin dostunu güllələyir. Kömək çağırmaq üçün kluba doğru qaçan Sevil Hacıyeva isə belindən vurularaq öldürülür.

***

Öldürülən zaman gənc solistin cəmisi 31 yaşı olur. Karvan qrupunun solisti ölümünün ardından "Hollywood Hills" məzarlığında torpağa tapşırılır.

(kulis.az)
Aygün Kazımovanı arxada qoydu, vərəmə tutuldu, 31 yaşında Amerikada güllələndi – Azərbaycanlı müğənninin faciəvi həyatıAygün Kazımovanı arxada qoydu, vərəmə tutuldu, 31 yaşında Amerikada güllələndi – Azərbaycanlı müğənninin faciəvi həyatıAygün Kazımovanı arxada qoydu, vərəmə tutuldu, 31 yaşında Amerikada güllələndi – Azərbaycanlı müğənninin faciəvi həyatıAygün Kazımovanı arxada qoydu, vərəmə tutuldu, 31 yaşında Amerikada güllələndi – Azərbaycanlı müğənninin faciəvi həyatı


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 4830   Tarix: 25 yanvar 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Rihannadan növbəti fotosessiya - FOTO

Dünyaca məşhur müğənni Rihanna yeni fotosessiya elətdirib. BİG.AZ xəbər verir ki, o popular brendlərin birinin modeli kimi yer alıb. O həmin çəkilişdə ağac olub. Onun görünüşü izləyiciləri təəccübləndirib

17:29 189
.

Çin Almaniya səfirini casusluqla bağlı həbs qərarından sonra nazirliyə çağırıb

Almaniyada Çin adına casusluq etdiyi iddia edilən 4 nəfər saxlanıldıqdan sonra Pekin səfiri Patrisiya Flor Çin Xarici İşlər Nazirliyinə çağırılıb. xəbər verir ki, səfir Flor X sosial media hesabından verdiyi açıqlamada, 4 Alman vətəndaşının casusluq ittihamı ilə saxlanılmasının ardından Çin Xarici İşlə

21:15 0
.

Mingəçevirdə qorxulu hadisə: Bıçaqla camaatın üstünə cuman şəxs kimdir? - VİDEO

Mingəçevirin Mehdi Hüseyn və Koroğlu küçələrində qəribə hadisə baş verib. Sakinlərin sözlərinə görə, bir qadın gecə saatlarında binalara daxil olur, onlara qorxulu anlar yaşadır, bıçaqla camaatın üstünə hücum çəkir. Qorxudan sakinlər uşaqlarını küçəyə buraxa bilmirlər:. "Deyilənə görə, o qadın mollalı

20:29 0
.

Rusiya: "ABŞ Ukraynadakı münaqişəni bilərəkdən uzadır"

Rusiyanın müdafiə naziri Sergey Şoyqu ABŞ-nin Ukraynadakı münaqişəni bilərəkdən uzatdığını bildirib. xəbər verir ki, Şoyqu Qazaxıstanın paytaxtı Astanada keçirilən Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin müdafiə nazirlərinin toplantısında çıxış edib. Şoyqu vurğulayıb ki, ŞƏT regionunda sabitli

20:45 0
.

Sağlamlıq arayışlarının ödənişləri niyə fərqlidir?

TƏBİB sağlamlıq arayışlarının ödənişlərindəki fərqə aydınlıq gətirib. "Qafqazinfo" xəbər verir ki, bunu TƏBİB-in şöbə müdiri Səbinə Quliyeva jurnalistlərin suallarını cavablandırarkən deyib. "Bəzi tibbi arayışlar ödənişsiz, icbari tibbi sığorta çərçivəsində qarşılanır. Tariflər sağlamlı

12:12 289
.

Çin taikonavtlarını daşıyan Şinkou-18 gəmisi kosmik stansiyaya çatıb

Çin taikonavtlarını daşıyan Şinkou-18 gəmisi kosmik stansiyaya çatıb. xəbər verir ki, Çin İnsanlı Kosmos Proqramı Agentliyinin (CMSA) verdiyi açıqlamaya görə, taykonavtlar Yi Quanqfu, Li Konq və Li Quanqsunu daşıyan Shincou-18 kosmik gəmisi kosmik stansiyanın əsas modulu ilə birləşib. Təxminən 6 saa

22:00 0
.

"Son 3 ildə Azərbaycanda genişzolaqlı internetin sürəti 2 dəfə artıb" - Elvin Abbasov

"Beynalxalq statistika göstərir ki, son 3 ildə Azərbaycanda genişzolaqlı internetin sürəti 2 dəfə artıb". Bu sözləri -a açıqlamasında informasiya texnologiyaları üzrə ekspert Elvin Abbasov deyib. O qeyd edib ki, Azərbaycanda internetin sürətinin yaxşılaşmasının əsas səbəbi RİNN-nin həyata keçirdiy

16:22 187
.

Ramiz Mehdiyevin şirkətləri üz-üzə - MƏHKƏMƏ ÇƏKİŞMƏSİ

Azərbaycan Milli Elmlər Akademiyasının sabiq prezidenti Ramiz Mehdiyevin şirkətləri arasında məhkəmə olacaq. "Qlobal East VVest" MMC "Şərq-Qərb" ASC-ni məhkəməyə verməklə əmlak tələb edir. xəbər verir ki, iddiaya Bakı Kommersiya Məhkəməsində hakim Kənan Hüseynovun sədrliyi ilə baxılacaq

15:14 226
.

Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR

Ötən gün odlu silahdan atəş açaraq özünə qəsd edən sabiq baş pediatr Nəsib Quliyev bu gün Mehdiabad qəsəbəsindəki qəbiristanlıqda dəfn edilib. Dəfndən sonra mərhumun yaşadığı evində yas mərasimi keçirilib. -un əməkdaşları sabiq baş pediatrın yas mərasiminə gələn yaxınları ilə söhbətləşib, bəzi suallar

10:36 1197