O doğulmamış atası Sibirə sürgün edildi, ömrünü mənfi rollara həsr etdi – Kinomuzun "Göygöz kosa"sı

O doğulmamış atası Sibirə sürgün edildi, ömrünü mənfi rollara həsr etdi – Kinomuzun "Göygöz kosa"sıBiG.AZ kulis.az-a istinadən Azərbaycan kinosunda Göygöz kosa, Mazelli kimi obrazlarla məşhrulaşan rusiyalı aktyor Andrey Fayt haqqında maraqlı faktları təqdim edir.

Andrey Fayt demək olar ki, heç vaxt müsbət rol oynamayıb. O, sovet kinosunda ömrünün son günlərinə qədər çəkilən aktyor kimi yadda qalıb.

***

Andrey Fayt 1903-cü il, avqustun 29-da Nijni Novqorodda həkim ailəsində dünyaya gəlib. Atası "Xalq hərəkatı qrupu" təşkilatının rəhbəri olub. Eserlərin Kommunist Partiyasının üzvü kimi Çar hakimiyyətinə qarşı mübarizə apardığı üçün onu tez-tez həbs edərək dəfələrlə Sibirə sürgünə göndəriblər. Anası Anna Nikolayevna tibbi işçisi olsa da, ərinə fəal kömək edib.

O, Andreyə hamilə olanda da həyat yoldaşı sürgündə olub. Andreyin atası Narım dairəsinə sürgün olunduğu zaman öz pasiyentlərinin köməyi ilə Fransaya qaçır. Sonralar həyat yoldaşı iki oğlu ilə onun arxasınca gedir. Onlar bir neçə il Paris yaxınlığındakı rus koloniyasında yaşayırlar. Andrey orada liseyə gedir. Birinci Dünya müharibəsi başlayanda atası fransız ordusunun həkimi qismində könüllü kimi cəbhəyə yollanır. Anası isə uşaqlar ilə birgə Moskvaya qayıdır. Fevral inqilabından sonra isə Andreyin atası ailəsinin yanına dönür.

***

Fayt gimnaziyanı Rusiyada bitirir. Daha sonra Hava Donanması Mühəndisliyi İnstitutunda daxil olur. Ancaq o, dəqiq elmlərə nifrət hiss etdiyi üçün artistlik karyerasına görə institutu yarıda qoyur.

***

Fayt 1927-ci ildə Dövlət Kinematoqrafiya Texnikumunu bitirir. İlk dəfə Vladimir Qardinin "Göyərçinlərin malikanəsi" filmində Azanqulov roluna çəkilir.

O, özü kinoya kino sənətinə gəlişi ilə bağlı müsahibələrində deyir: "1922-ci ilin qışı idi. Mən bilirdim ki, Moskvada dünyada yeganə olan Kinematoqrafiya İnstitutu var. Üzümü qırxdım. Təmiz köynək geyindim və bu unikal institutun yerləşdiyi əraziyə getdim. Təsəvvür edin, ilin ortasında cavan bir oğlan instituta gəlir və tələbə olmaq arzusunu bildirir. İnstitutun rəhbəri onu imtahanlarla və auditoriya ilə təmin edir".

***

1925-ci ildə Andrey Fayta Serqey Eyzeyşteynin "Bronenoseç Patyomkin" filmində çəkilir. İnstitutu qurtarandan sonra Fayt kinoya müntəzəm çəkilir, hətta bəzən elə olur ki, bir ildə bir neçə filmə dəvət alır. Bunların çoxu epizodik rol olur, hətta bəzən titrlərdə belə onun adı çəkilmir.

Andrey Fayt Böyük Vətən Müharibəsində iştirak etməyib. 1941-ci ildə o, "Soyuzuşaqfilm" studiyası ilə birlikdə Stalinabada evakuasiya olunur. Orada "Meşə qardaşları", "Kartaşova müəllimə", "Dəmir mələk" filmlərində çəkilir. "Lermontov" filmindəki işini bitirir.
"Mən evakuasiya həyatının ağırlığını hiss edirdim. Müharibə haqqında isə qəzetlərdən, fotolardan, hekayələrdən və filmlərin xronikalarından öyrənirdim" - deyə aktyor etiraf edirdi. Müharibədən sonra da aktyor kinoda, xüsusən, mənfi rollarda çəkilməyini davam etdirir.

***
Ona cəsarətli rollar verirlər. Düşmən obrazları oynayanda personajın xarakterinə məxsus ən xırda detalları, zahiri davranışları əks etdirən xüsusiyyətləri belə, tapıb üzə çıxarır, onları canlandırır. Tamaşaçını təkcə onlardan qorxmağa deyil, həmçinin nifrət etməyə, eyni zamanda, bu mənfiliyin təbiətini anlamağa məcbur edirdi. Oynadığı mənfi rollara görə, o, sovet ekranının "baş yaramaz"ı kimi tanınır. Aktyor əcnəbi agentlərdən, düşmən zabitlərdən tutmuş qəddar cadugərlərə qədər obrazları böyük məharətlə canlandırır.

***

Andrey Fayt kinoda 60-dan çox rol oynayıb. Enzeyşteynin, Protazanovun, Gerasimovun, Rommun filmlərində çəkilir. Onların hər biri ilə işləyərkən öyrənməkdən yorulmur. Böyük sənətkarların çəkiliş meydanında elədikləri hər şeyi acgözlüklə mənimsəyir.

Andrey Fayt bir çox Azərbaycan filmlərində çəkilib. "Bir qalanın sirri" filmində Göygöz kosa rolu ilə daha çox yadda qalıb. Daha sonra o, rejissor Tofiq Tağızadənin rejissorluğu ilə "Uzaq sahillərdə" filmində də Mazelli roluna dəvət alır.

***

"Ələddinin sehirli çırağı"nda Andrey Fayt Məğrib cadugəri roluna dəvət alır. 1938-ci ildə filmin çəkilişləri başlansa da, tezliklə film istehsaldan yığışdırılır. Üstündən 30 il keçəndən sonra eyni rolu yenidən Fayta təklif edirlər.

***

Aktyor öz yaramaz ampluası haqqında deyirdi: "Məndən həmişə soruşurlar, nə üçün mənfi rolları oynayırsan? Bu, çətindirmi? Əlbəttə, qəhrəmanları oynamaq xoşdur. Xüsusən, gənclikdə sənə zillənən ilhamlı gözləri seyr etmək məftunedicidir. Amma bu baxışlar mənə tanış deyil. Mən ekranda sui-qəsdlər törtəmişəm, satqınlıq və diversiyalara rəhbərlik etmişəm. Ən qərarverici məqam isə mənim öz məqsədimə çatmağım olub. Sonda mənim planlarım alt-üst olub və cəzalanmışam. Zalda isə qopan alqışlar mənə yox, qəhrəmana ünvanlanıb".
Sənədlərində aktyorun soyadı Feyt yazılıb. Andrey incəsənətlə məşğul olmağa başlayandan sonra o "e" hərfini dəyişərək "a" hərfi ilə əvəzləyib. Ancaq pasportda onun soyadı həmişəlik "Feyt" qalıb.

Hələ məktəbdə oxuduğu illərdə özünün 10 şeirdən ibarət "Hərarətli şəlalə" kitabını çapdan çıxarır. 30 nüsxədə çıxan kitab məktəb gecəsində satılır.

***

Andrey Fayt hələ 11 yaşı olanda gələcək rejissor Mixael Romla görüşmüşdü. 1914-cü ildə anası Fransadan qayıdan oğlunu kinematoqrafiya evi - bu ziyalı evi ilə tanış etmək istəmişdi. O zaman rejissorla ümumi dil tapa bilməmişdilər. Onların tanışlığı yalnız 1934-cü ildə - "Mosfilm"də Mixael Rommun "Yumru" filmində çəkilişləri zamanı baş tutmuşdu. Onlar bir-birilərini tanıdıqdan sonra o zamankı uğursuz tanışlıqlarına bir qədər gülmüşdülər.

***

Andrey Fayt qocalana qədər əla fiziki formada olub. Filmlərdə tryuk səhnələrini özü ifa edib. 60 yaşında "Əyri güzgülərin krallığı" filminin çəkiliş meydanında atın üzərinə özü tullanıb.

Aktyorun birinci həyat yoldaşı Qalina Kravçenko da aktrisa idi. Bir çox filmlərin qəhrəmanı kimi tanınırdı. Onların evliliyi çox uzun sürür. Qalina həyat yoldaşından ayrılıb hərbi pilotla ailə qurur. Faytın ikinci arvadı Mariya Nikolayevna məşhur rus alimlərindən birinin qızı idi. Onların oğlu Yuli Fayt kinorejissor kimi "Sərhəd iti Alıy" filmini çəkir. Həmçinin uşaqlar üçün "Yeralaş" süjetləri hazırlayıb.

***

1973-cü ildə Andrey Fayt özünün "Olanlar haqqında" adlı xatirələr kitabını bitirir. Kitab bütünlüklə çap olunmur, ancaq 1998-ci ildə Yulinin - atasının əlyazmalarını verdiyi Sergey Kapkov həmin xatirələrdən müəyyən hissələri özünün "Müxtəlif adamlar" kitabında çap etdirir.

***

Əməkdar artist 16 yanvar 1976-cı ildə 72 yaşında vəfat edib. Qəbri Novodeviçi qəbiristanlığında, valideynlərinin məzarının yanında yerləşir.


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 2196   Tarix: 24 yanvar 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Anasının meyitini mumyalayıb bir il zirzəmidə saxladı və 100 MİN MANAT pensiya aldı

Avstriyanın Tirol ərazisinin 66 yaşlı sakini bir ildən çox 89 yaşlı anasının mumyalanmış meyitini zirzəmidə saxlayaraq, pensiyasını alıb. BİG.AZ xəbər verir ki, bu barədə "BBC News" yazır. Polisin məlumatına görə, demensiya xəstəsi olan qadın 2020-ci ilin iyun ayında qocalıqdan vəfat edib

13.09.2021 2571
.

Evlənməzdən əvvəl özünüzdən bunları soruşun – 12 SUAL

Evlənirsiniz, yaxud gələcəkdə ailə qurmağı planlaşdırırsınız? Belə vacib qərar verməzdən əvvəl özünüzdən soruşmalı olduğunuz suallara cavab vermisinizmi? Uzun sürən bu macəraya başlamazdan əvvəl nələrə diqqət etməlisiniz?. -a istinadən sizə evlənmədən öncə özünüzdən soruşmalı olduğunuz 12 sualı təqdi

15.09.2021 1571
.

Gecə paltarı ilə yatmayın - SƏBƏB

Gözəl, sağlam və rahat bir yuxu üçün yatarkən gecə paltarı geyinməyin. Hətta qışda belə. Bəs niyə gecə paltarı ilə yatmamalıyıq?. -a istinadən məlumat verir ki, insanların təxminən 40 faizi yatarkən gecə paltarı geyinirlər. Xüsusilə qış aylarında qalın "pijamalar" da yatmaqla daha rahat olacaqların

16.09.2021 3554
.

Duz istifadəsi zamanı diqqətli olun, yoxsa...

Sağlam və düzgün qidalanma zamanı gündəlik qəbul edilən duzun miqdarına diqqət yetirilməlidir. Gündəlik duzun normal qəbulu üçün aşağıdakılara diqqət yerirmək lazımdır:. * Duz qəbulu və arterial təzyiq arasında bir yaxınlıq var. Belə ki, çox duz qəbulu artıq mayenin qəbuluna və təzyiqin yüksəlməsin

18.09.2021 882
.

Cəmi 2 kilo kökəldiyi üçün işini itirdi - FOTOLAR

"Emirates Airline" şirkətində 3 ilə yaxın stüardessa işləyən Duyqu Karaman cəmi 2 kilo kökəldiyi üçün işdən çıxmalı olub. BİG.AZ xəbər verir ki, bu barədə "Mirror" yazır. Belə ki, iş yoldaşlarından biri onun çox "iri" olduğunu bildirərək rəhbərliyə şikayət edib. Şikayətdə

11.09.2021 2925
.

56 yaşında moda dünyasını silkələyən qadın kimdir? - FOTO

Markaların reklam kampaniyalarında baxanda elə təəssürat yaranır ki, yaşlı qadınlar bazardan kənarlaşdırılıb və bu dünyada onlara yer yoxdur. Uzun illər həqiqətən belə idi, dəb dünyasında yaş kriteriyaları və gənclik kultu hökm sürürdü. Sosial şəbəkələrin yaranması ilə xoşbəxtlikdən standartlar dəyişməy

15.09.2021 2086
.

Ovuclarınızı birləşdirin: Sevgi haqqında nələr öyrənəcəksiniz?

Ovuclarınızın içindəki sevgi xətti xarakteriniz haqqında çox şey deyir. -a istinadən məlumat verir ki, bir insanın əlləri o insan haqqında çox şey deyə bilər. Bu, uzun müddətdir ki, xarakter təhlili aparan insanlar üçün təsirli bir üsuldur. Əgər bu sizə də maraqlıdırsa, o zaman ovuclarınızı birləşdirin

16.09.2021 1627
.

Peyvənd olunana pulsuz dönər təklifi

Almaniyada türk əsilli iş adamı insanaları koronavirus əleyhinə vaksinasiyaya təşviq etmək məqsədilə maraqlı təşəbbüs göstərib. -a istinadən xəbər verir ki, Berlindəki "Kaplan Dönər"in sahibi Rəmzi Kaplan peyvənd olunan hər kəsə ona aid restoran və kafelər şəbəkəsində pulsuz dönər ikram ediləcəyin

16.09.2021 1185
.

Zooloqlar inəklərə görün nəyi öyrətdilər

Alimlər inək fermalarından çıxan tullantıların ətraf mühitə təsirini azaltmağın yolunu tapıblar. -a istinadən xəbər verir ki, məlum olduğu kimi, inəklər hər gün çox miqdarda peyin və sidik xaric edir. Buna görə də fermerlər gündəlik olaraq böyük təsərrüfatlarda tullantıların sanitariya problemi yaratmamas

15.09.2021 960
.

TOP MP3