Gömrük Akademiyasının yaranmasının 9 ili tamam olur

Gömrük Akademiyasının yaranmasının 9 ili tamam olurDövlət Gömrük Komitəsinin Akademiyası Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 24 yanvar 2012-ci il tarixli Sərəncamına əsasən yaradılıb. Akademiya ali və əlavə təhsil proqramlarını həyata keçirən, fundamental və tətbiqi elmi tədqiqatlar aparan xüsusi təyinatlı dövlət ali təhsil müəssisəsidir.

Akademiyanın yaradılmasında əsas məqsəd gömrük orqanlarında xidmət etmək üçün yüksək ixtisaslı, peşəkar mütəxəssislərin hazırlanması, gömrük orqanlarında xidmətə qəbul olunan əməkdaşlar üçün ilkin hazırlıq və gömrük xidməti əməkdaşları üçün ixtisasartırma təlimlərinin təşkil edilməsi, bununla yanaşı, elmi-tədqiqat işlərinin aparılmasıdır.

2014/2015-ci tədris ilində Dövlət Gömrük Komitəsinin Akademiyası ilk tədris ilinə başlayıb, 2017/2018-ci tədris ilində ilk məzunlarını yola salıb.

Akademiyanın prioritetlərindən ən başlıcası gömrük orqanlarında çalışmaq üçün lazım olan bütün ixtisaslar üzrə kadrların hazırlanmasıdır. Hazırda Akademiyada bakalavr pilləsi üzrə 4 ixtisas – Hüquqşünaslıq, İqtisadiyyat, İnformasiya təhlükəsizliyi və Beynəlxalq ticarət və logistika ixtisası üzrə tələbələr təhsil alırlar. İnformasiya təhlükəsizliyi ixtisası üzrə tələbə qəbulu 2019/2020-ci tədris ilindən, Beynəlxalq ticarət və logistika ixtisasına qəbul 2020/2021-ci tədris ilindən etibarən aparılır.

2019/2020-ci tədris ilindən başlayaraq "Gömrük işi" və "Cinayət hüququ, cinayət prosesi, kriminalistika və məhkəmə ekspertizası" ixtisaslaşmaları üzrə magistr hazırlığı da həyata keçirilir.

Hazırda Akademiyada tələbələrin ümumi sayı 374 nəfərdir. Onlardan 352 bakalavriat səviyyəsində, 22 nəfər magistraturada təhsil alır.

Beynəlxalq əlaqələrin qurulması və əməkdaşlığın genişləndirilməsi prioritet olaraq davam etdirilir. Akademiya bir sıra beynəlxalq qurumlarla əməkdaşlıq edir. Ümumdünya Gömrük Təşkilatı – ÜGT (World Customs Organisation - WCO), Gömrük Universitetlərinin Beynəlxalq Şəbəkəsi (The International Network of Customs Universities - INCU), Rusiya Gömrük Akademiyası və s. beynəlxalq təşkilatlarla əməkdaşlıq qurulub, Estoniya, Latviya, Litva, Rusiya, Ukrayna, Şimali Makedoniyanın müxtəlif ali təhsil müəssisələri, Türkiyə, Belarus, Cənubi Koreya və İspaniyanın gömrük tədris mərkəzləri ilə müqavilələr imzalanıb. Akademiya Birləşmiş Millətlər Təşkilatının (BMT) müxtəlif layihə və proqramlarında təmsil olunur. Akademiyanın geniş beynəlxalq platforma olan edX® ilə əməkdaşlığı sayəsində tələbələrlə yanaşı, gömrük xidməti əməkdaşları sözügedən platformadakı modullardan istifadə etmək imkanlarına malikdirlər.

Akademiyanın əsas fəaliyyət istiqamətləri bakalavr və magistr hazırlığı ilə yanaşı, xidmətə ilkin hazırlıq və ixtisasartırma təlimlərinin təşkilidir. Təlimlər Dövlət Gömrük Komitəsi sisteminə daxil olan gömrük orqanlarının əməkdaşlarının peşə və ixtisas səviyyəsini artırmaq, gömrük orqanlarına xidmətə yeni qəbul edilmiş əməkdaşlara peşə biliklərinin və xidməti intizam qaydalarının tələblərinin öyrədilməsi məqsədilə təşkil olunur.

Akademiyada Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə verilən "ÜGT-nin e-Learning Modullarından istifadə üzrə Lisenziya"ya əsasən "CLİCK! e-Learning" bazasında mövcud olan resurslar üzrə gömrük xidməti əməkdaşları üçün təlimlərin keçirilməsi nəzərdə tutulur.

Akademiyada Beynəlxalq Standartlar Sisteminin tətbiqi, təhsilin və idarəetmənin ISO standartlarının tələblərinə uyğun səviyyədə təşkil edilməsi məqsədilə Türk Standartları İnstitutu (TSE) tərəfindən struktur bölmələrin əməkdaşları üçün təlimlər keçirilib. Akademiyanın ISO 9001:2015 (Keyfiyyəti idarəetmə sistemi) sertifikatını alması üçün bütün müvafiq tədbirlər görülüb.

Akademiyada elmi fəaliyyət üzrə işlər aparılır. Professor-müəllim heyəti və tələbələr beynəlxalq elmi konfrans və seminarlarda mütəmadi iştirakı edirlər, elmi məqalələri beynəlxalq jurnallarda dərc olunur. Ümumdünya Gömrük Təşkilatının PİCARD ("Gömrük sahəsində akademik araşdırmalar və inkişaf üzrə əməkdaşlıq proqramı") illik iclaslarında və digər beynəlxalq tədbirlərdə iştirak edirlər. Akademiyanın tələbələri DGK-nin "Könüllü gömrükçü" dəstələrində təmsil olunurlar.

2020-ci ildə dünyada, o cümlədən Azərbaycanda Covid 19 virusunun yayılması ilə əlaqədar olaraq Azərbaycan Respublikası Nazirlər Kabineti və Təhsil Nazirliyi tərəfindən verilən müvafiq qərarlar əsasında keçən ilin mart ayından ölkəmizdə təhsilin onlayn formatda təşkili ilə bağlı addımlar atılmağa başlanıb. Təhsilin davamlılığının təmin edilməsi məqsədilə Gömrük Akademiyasında fənlərin onlayn tədrisi uğurla təşkil olunub. Akademiyada tədrisin bütün komponentlərinin onlayn həyata keçirilməsi üçün texniki imkanlar mövcud olduğundan respublika üzrə onlayn tədrisə daha tez transfer edən ali məktəblərdən biri də Gömrük Akademiyası olub. Azərbaycan ali təhsil müəssisələri arasında ilk olaraq Gömrük Akademiyasında onlayn dərslərin müvafiq tədris cədvəlinə əsasən tam həcmdə göstərilən vaxt və müddətdə keçirilməsi təmin olunub.

Bu günlərdə Dövlət Gömrük Komitəsinin Akademiyasının təşəbbüsü və təşkilatçılığı ilə "Azərbaycan ali məktəblərində onlayn təhsil təcrübəsi: çağırışlar və perspektivlər" adlı onlayn konfrans keçirilib. Tədbir Azərbaycanda pandemiya şəraitində ali məktəblərdə məsafədən təhsil prosesinin problemlərini və imkanlarını araşdırmaq məqsədi ilə Gömrük Akademiyası tərəfindən həyata keçirilmiş, yerli və xarici ekspertlərin cəlb olunduğu layihənin hesabatının təqdimatına və məsafədən təhsilin problemlərinin müzakirəsinə həsr olunub.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 507   Tarix: 24 yanvar 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycanda koronavirusa yoluxanların SAYI AÇIQLANDI: 29 nəfər ÖLDÜ - FOTO

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 042 yeni yoluxma faktı qeydə alınıb, 3 224 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. İndiyədə

18.09.2021 2874
.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589
.

Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"

Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d

17.09.2021 1693
.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179
.

Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...

Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır

18.09.2021 1109
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17.09.2021 1997
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18.09.2021 523
.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17.09.2021 999