Komadan ayılandan sonra dünyasını dəyişən ŞƏHİDİMİZİN AYILMA ANI- VİDEO

Komadan ayılandan sonra dünyasını dəyişən ŞƏHİDİMİZİN AYILMA ANI- VİDEOXəbər verdiyimiz kimi, Vətən müharibəsində ağır yaralanan Elşən Quluzadə, həkimlərin bütün səylərinə baxmayaraq, komadan ayılandan sonra şəhidlik zirvəsinə ucalıb.

BiG.AZ Sonxeber.az-a istinadən xəbər verir ki, 27 gün komada qaldıqdan sonra ayılan 22 yaşlı çavuş Quluzadə Elşənin son videosu yayılıb.

Onun ayılma anını əks etdirən görüntülər sosial şəbəkələrdə yer alıb.

Videoda şəhidimiz "Hər şey yaxşı olacaq, elə-belə şeydir..." deyir.

Qeyd edək ki, şəhidin vida mərasimində daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov və nazir müavinləri də iştirak ediblər.

Allah rəhmət eləsin!


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 4249   Tarix: 23 yanvar 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş