Timsah kişini dostunun gözü önündə PARÇALADI
Zimbabvenin Maunt-Darvin şəhərində timsah çayı keçməyə çalışan iki nəfərdən birini parçalayıb.
BiG.AZ xəbər verir ki, bu barədə "New Zimbabwe" nəşri yazır.
Belə ki, 26 yaşlı Nebart Doro 29 yaşlı dostu Cetiasi Çari ilə birlikdə daşqın zamanı Ruya çayını keçməyə çalışıb.
Çarinin polisə verdiyi məlumata əsasən, həmin vaxt Doronu su aparıb və o, timsahın hücumuna məruz qalıb.
Hazırda dostunun gözü önündə parçalanan Doronun meyiti polis dalğıclar tərəfindən axtarılır.
Natəvan Baxşiyeva
BiG.Az


Maraqlı Baxılıb: 1642 Tarix: 21 yanvar 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş