Dünyanın ən yaxşı kiçik şəhəri açıqlandı
Portu şəhəri rahat həyat şərtləri baxımından dünyanın ən yaxşı kiçik şəhəri seçilib.
BiG.AZ oxu.az-a istinadən xəbər verir ki, Portuqaliyanın iqtisadi mərkəzi sayılan şəhər Britaniyanın "Monocle" jurnalının tərtib etdiyi "Small Cities Index" siyahısında il ərzində doqquz pillə irəliləməyi bacarıb.
Portunun bu nailiyyəti daha çox pandemiya dövründə şəhər rəhbərliyinin zərər çəkmiş iş adamlarına yardımı sayəsində mümkün olub.
Reytinqdə ikinci yeri Belçikanın Levan şəhəri tutur. Üçlüyü Yaponiyanın İtosima şəhəri tamamlayır.
Avropa İttifaqından İtaliyanın Bolsano və Danimarkanın Olborq şəhərləri də ilk onluğa düşməyi bacarıblar.
BiG.Az


Maraqlı Baxılıb: 888 Tarix: 14 yanvar 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş