Yanvar ayında da 190 manat veriləcək? - RƏSMİ AÇIQLAMA

Yanvar ayında da 190 manat veriləcək? - RƏSMİ AÇIQLAMAYanvarın 18-nə kimi ölkədə tətbiq edilən sərt karantin rejiminin bitməsinə bir neçə gün qalıb. Lakin sərt karantin rejiminin yanvarın 31-nə kimi uzadılacağı ilə bağlı da fikirlər səsləndirilir. Bu gün hər kəsi maraqlandıran sual sərt karantin rejimi uzadılarsa, yanvar ayında da 190 manat birdəfəlik müavinət verilə bilərmi?

BiG.AZ xəbər verir ki, bununla bağlı Sonxeber.az-ın sualını cavablandıran Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctiamiyyətlə Əlaqələr və Kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov bildirib ki, bununla bağlı hələlik heç bir rəsmi qərar yoxdur:

"Karantin rejimi və 190 manat birdəfəlik müavinət verilməsi ilə bağlı qərarlar Operativ Qərargah tərəfindən qəbul edilir. Hələlik yanvarın 18-dən sonra hansı qərarın qəbul ediləcəyi ilə bağlı heç bir rəsmi məlumat yoxdur".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 26304   Tarix: 14 yanvar 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş