Los-Ancelesdə ən bahalı ev satışa çıxarılıb

Los-Ancelesdə ən bahalı ev satışa çıxarılıbLos-Ancelesin nüfuzlu Bel Eyr rayonunda ABŞ tarixindəki ən bahalı ev satışa çıxarılıb. "The One" adlı malikanəni almaq istəyən 340 milyon ABŞ dollarından keçməlidir.

Big.az "Report"a istinadən xəbər verir ki, bu barədə "The Sun" yazıb.

Nəşr yazır ki, 9,8 min kvadrat metr sahəyə malik olan bina eyni zamanda dünyanın ən böyük fərdi evidir. "The One" iki hektarlıq yüksək ərazidə yerləşir və sanki Los-Ancelesin üstündə gəzir.

Malikanədə 21 yataq otağı, 42 vanna otağı, 5 üzgüçülük hovuzu, keqelban oynamaq üçün dördzolaqlı meydan, 30 maşınlıq qaraj, kinoteatr, eləcə də ayrıca xeyriyyəçilik tədbirləri keçirmək üçü ayrıca məkan var. İnteryerlər sadə mebel və neytral rənglərlə xarakterizə olunur. Ev müasir sənət əsərləri ilə bəzədilib.

Mülk amerikalı kinoprodüser və developer Nayl Nayamiyə məxsusdur. O, "The One"ın inşasına 2013-cü ildə başlayıb, işin tamamlanması üçün 600-dən çox insanın əməyi lazım gəlib. Layihənin memarı Pol Maklin evin Los Ancelesdəki həyatın kvinteessensiyası olaraq düşünüldüyünü bildirib. Bu səbəbdən də binadakı müşahidə meydançasından bütün şəhər mərkəzini görmək olar.

"The One"ın hazırkı qiyməti ABŞ-da indiyə qədər satılan ən bahalı evin dəyərindən təqribən 2,5 dəfə çoxdur. Belə ki, bundan öncə Birləşmiş Ştatlarda Nyu-Yorkun Hempton şəhərində yerləşən evə görə 2014-cü ildə 137 milyon dollar ödənilib.

Mülkün sahibi "The One" üçün istənilən qeyri-real vəsaitə görə ünvanına yönələn tənqidlərə qeyri-adi cavab verib: "Mona Liza kimi nadir bir şeyiniz varsa, ona istədiyiniz qədər qiymət qoya bilərsiniz".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 771   Tarix: 14 yanvar 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş